İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər


Korporativ informasiya sistemləri



Yüklə 79,28 Kb.
səhifə29/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   ...   25   26   27   28   29   30   31   32   ...   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

4.6. Korporativ informasiya sistemləri

4.6.1. Korporativ informasiya sistemi anlayışı

Hazırda müxtəlif növ informasiya texnologiyalarının inteqrasiya olunmuş adlanan vahid komputer-texnoloji kompleksə birləşməsi tendensiyası müşahidə olunur. İnteqrasiya olunmuş informasiya texnologiyaları dedikdə müxtəlif növ İT-lərin birləşməsi başa düşülür. Burada xüsusi yer kommunikasiya vasitələrinə ayrılır. Onlar fəaliyyətin növlərinin avtomatlaşdırılmasının geniş texnoloji imkanlarının təmin edilməsi ilə yanaşı, avtomatlaşdırılmış informasiya texnologiyalarının müxtəlif şəbəkə variantlarının yaradılması əsasını da təşkil edirlər.

Verilənlərin emalının inteqrasiya olunmuş komputer texnologiyaları mürəkkəb texnolojji-informasiya və proqram kompleksi kimi layihələndirilir. O verilənlərin vahid təsvir üsulunu və istifadəçilərin sistemin komponentləri ilə qarşılıqlı əlaqələndirilməsini dəstəkləyir.

İnteqrasiya olunmuş komputer texnologiyaları korporativ informasiya sistemlərinin tətbiqi üçün bazanı təmin edirlər. Hazırda korparativ informasiya sistemi (KİS) inteqrasiya olunmuş informasiya idarəetmə sistemlərinin adıdır.

Ümumi mənada korporasiya (latınca corporatio-birlik) anlayışı mərkəzləşdirilmiş idrə altında işləyən və ümumi məsələləri həll edən müəssissələrin birləşməsini bildirir. Korporasiyanın tərkibinə daxil olan müəssisələr, şöbələr və inzibati ofislər, bir qayda olaraq, bir-birindən aralı yerləşirlər.

İnformasiya modeli- müəssisədə mövcud olan bütün informasiya axınlarını, emal qaydalarını və informasiya sahəsinin bütün elementlərinin marşurutlaşma alqoritmlərini təsvir edən biznes modelin altçoxlu\ğudur.

İnformasiya sistemi- tərkibinə aşağıda qeyd olunan vacib elementlər daxil edən bütün informasiya sənəd axınlarının idarə edilməsi prosesində iştirak edən müəssisənin tam infrastrukturudur.

-informasiya sisteminin fəaliyyətinin qaydalar və alqoritmlər toplusu olan informasiya modeli

-informasiya modelinin inkiaf reqlamenti və ona dəyişikliklərin daxil edilməsi qaydaları

-informasiya modelinin formalaşdırılması və inkişafına görə məsuliyyət daşıyan kadr resursları

-Sazlanan strukturlar proqram təminatının konfiqurasiyasına və onun funksional modullarının tərkibinə dəyişikliklərin daxil edilməsi reqlamenti

-aparat-texniki bazanın xidməti heyətini daxil etməklə istismar texniki kadr resursları

-proqram təminatının istifdəsi qaydaları və istifadəçi təlimatları

Korporasiyanın resurslarına maddi (materiallar, hazır məhsul) maliyyə, insan, biliklər, KİS daxildir.

İstənilən müəssisənin idarəetmə sistemi 3 əsas altsistemdən ibarətdir:


  1. Satışların və əməliyyatların planlaşdırılması

  2. Tələb olunan resursların (materialların, istehsal güclərinin ) təfsilatlı planlaşdırılması

  3. İstehsal və tədarük prosesində planların icrasının idarə edilməsi

Korporativ informasiya sistemləri dedikdə avtomatlaşdırmanın ideya və üsullarını realizə edən müəssisənin texniki və proqram vasitələrinin birləşməsidir.

KİS-in əsas vəzifəsi-maksimum gəlirin əldə edilməsi və müəssisənin bütün əməkdaşlarının maddi və peşəkar tələblərinin ödənilməsi üçün müəssisənin bütün resurslarının səmərəli idarə edilməsidir.

Tərkibinə görə KİS- hər bir konkret müəssisənin müəyyən mənada unikal məsələsini həll edən vahid informasiyaya görə həmcins sistemdə birləşdirilmiş müxtəlif proqram-aparat platformalarının müxtəlif istehsalçıların universal və ixtisaslaşdırılmış tətbiqlərinin toplusudur.

Korporativ informasiya sistemi dedikdə aşağıdakı minimum tələbləri ödəyən müəssisənin informasiya sistemi başa düşülür:

-sistemin funksional tamlığı

-informasiyanın etibarlı mühafizə sistemi

-sistemin uyğunlaşması və müşayiəti üçün alət vasitələrinin mövcudluğu

-uzaq məsafədən müraciətin və paylanmış sistemlərdə işin realizə olunması

-informasiyanın birləşməsi imkanı

KİS-in tətbiqinin üstünlükləri kimi aşağıdakıları göstərmək olar:

-müəssisənin bütün altbölmələrinin fəaliyyəti haqqında doğru və operativ informasiyanın alınması

-müəssisənin idarə edilməsinin səmərəliliyinin artırılması

-fəaliyyətin daha səmərəli təşkili hesabına işin ümumi səmərəliliyinin artırılması


Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin