5. Proqramlaşdırma texnologiyasının alətləri
5.1. Proqram idarəetmə prinsipləri
EHM-in fəaliyyətinin əsasını proqram idarəetmə prinsipi təşkil edir. Bu prinsipin məğzi aşağıdakı kimidir. Məsələnin həlli alqoritmini realizə edən əmrlər ardıcıllığından ibarət olan proqram kompüterin yaddaşına daxil edilir, bundan sonra onun birinci əmrdən avtomatik acras başlayır. İcra olunmuş hər bir əməliyyatdan sonra, maşın avtomatik olaraq növbəti əmrin icrasına keçir və bu proses hesablamanın sonunu bildirən əmrə qədər davam edir.
Hazırda proqram məhsullarının yaradılması texnologiyası ilə bağlı istiqamət uğurla inkişaf etdirilir. Bu proqramların istehsalının sənaye texnologiyasına keçidlə, proqramların istehsalı və istismarına çəkilən müddətin, əmək və material xərclərinin azalması, zəmanətli keyfiyyət səviyyəsinin təmin edilməsi ilə əlaqəlidir.
Proqramlaşdırma texnologiyasının alətləri dedikdə proqramlaşdırma texnologiyasını dəstəkləyən ( təmin edən) proqram məhsulları başa düşülür.
Bu istiqamətlər çərçivəsində proqram məhsullarının aşağıdakı qrupları formalaşmışdıır:
Tətbiqlərin yaradılması vasitələri: proqramların yaradılması ilə bağlı ayrı-ayrı işlərin yerinə yetirilməsini təmin edən lokal vasitələr; proqramların yaradılması ilə bağlı qarşılıqlı işlər kompleksinin yerinə yetirilməsini təmin edən proqramların layihəçilərinin inteqral vasitələri.
Proqramm sistemlərinin təhlili, layihələndirilməsi və yaradılması üsullarını təqdim edən və informasiya sistemlərinin işlənməsi və realizə olunması proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş CASE texnologiyaları.
Dostları ilə paylaş: |