3.1.2.İnterfeyslərin növləri İnterfeys, ilk növbədə, qaydalar toplusudur. İstənilən qaydalar kimi onların ümumi əlamətə görə qruplaşdırılması mümkündür. Beləliklə, “interfeysin növü” anlayışı insanın kompüter ilə qarşılıqlı əlaqələndirmə qaydalarının oxşar əlamətə görə birləşdirilməsini bildirir.
İstifadəçi interfeysinin müasir növləri aşağıdakılardır:
Əmrlər interfeysi.
Qrafiki interfeys.
Nitq interfeysi.
Əmrlər interfeysi-İstifadəçi interfeysinin bu növünün belə adlandırılması onunla əlaqədardır ki, burada istifadəçi kompüterə “əmrlər” verir, kompüter isə həmin əmrləri icra edir və istifadəçiyə nəticələri təqdim edir. Əmrlər interfeysi paket texnologiyası və əmrlər sətri texnologiyası şəklində realizə olunur.
Paket texnologiyası. Tarixi olaraq texnologiyanın bu növü birinci yaranmışdır. Züs və Süzenin rele tipli maşınlarında (1937-ci il) bu texnologiya artıq mövcud idi. Texnologiyanın ideyası çox sadədir: kompüterin girişinə proqramlar ardıcıllığı və bu proqramların icrası qaydasım təyin edən simvollar ardıcıllığı verilir. Proqram icra olunduqdan sonra, növbəti proqram işə salınır. Müəyyən qaydalara görə maşın özü. üçün əmrlər və verilənləri tapır. Bu texnologiyada insanın maşma təsiri çox azdır və yalnız maşının işinin dayandırılması, proqramın dəyişdirilməsi və yenidən EHM-in işə salınması ilə məhdudlaşır.