5.4. İnformasiya sistemlərinin işlənməsi metodologiyası və texnologiyası
İnformasiya sistemlərinin yaraılması metodologiyası informasiya sisteminin qurulması prosesinin təşkili və bu prosesin idarə olunmasının təmin edilməsindən ibarətdir.
İnformasiya sistemlərinin yaradılması metodologiyası vasitəsilə yerinə yetirilən əsas məsələlər aşağıdakılardır:
-müəssisənin məqsəd və vəzifələrinə cavab verən və işgüzar proseslərin avtomatlaşdırılması tələblərinə uyğun gələn informasiya istemlərinin yaradılmasının təmini
-əvvəlcədən razılaşdırılmış büdcə çərçivəsində, müəyyən olunmuş vaxt müddəti ərzində verilmiş parametrlərlə sistemin yaradılması
-açıqlıq, köçürülə bilmə və miqyaslanma tələbərinə cavab verən informasiya sistemlərinin yaradılmasının təmin edilməsi
-yaradılan sistemdə əvvəl işlənmiş və müəssisədə tətbiq olunan informasiya texnologiyaları vasitələrinin istifadə edilməsinin mümkünlüyü.
Lyihləndirmənin metodologiya, texnologiya və alət vasitələri(CASE-vasitələr) istənilən informasiya sisteminin layihəsinin əsasını təşkil edir. Metodologiya informasiya sistemlərinin həyat dövrünün proseslərinin yerinə yetirilməsini təmin edən konkret texnologiyalar və onları dəstəkləyən standartlar, metodikalar və alət vasitələri ilə realizə olunur.
Layihələndirmə texnologiyasının əsas məzmununu texnoloji təlimatlar təşkil edir. Bu təlimatlar texnoloji əməliyyatların yerinə yetirilməsi ardıcıllığının təsvirindən, bu və ya digər əməliyyatın yerinə yetirilməsindən asılı olan şərtlərdən və əməliyyatların təsvirindən ibarətdir.
Layihələndirmə texnologiyası 3 tərkib hissədən ibarətdir:
-layihələndirmənin texnoloji əməliyyatlarının yerinə yetirilmə ardıcıllığı
-texnoloji əməliyyatların yerinə yetiirlməsinin nəticələrinin qiymətləndirilməsi üçün istifadə olunan meyar və qaydalar
-layihələndirilən sistemin təsviri üçün istifadə olunan qrafiki və mətn vasitələri.
Hər bir texnoloji əməliyyat aşağıdakı material və informasiya resursları ilə təmin olunmalıdır.
-əvvəlki əməliyyatda alınmış və standart şəkildə təqdim olunmuş verilənlər
-metodik materiallar, təlimatlar, normativlər və standartlar
-proqramlar və texniki vasitələr
-icraçılar
İnformasiya sistemlərinin layihələndirilməsi, işlənməsi və müşayiət edilməsi texnologiyasının ödədiyi tələblər aşağıdakı kimi ifadə oluna bilər:
-informasiya sisteminin tam həyat dövrünün dəstəklənməsi
-təyin edilmiş keyfiyyət və müəyyən olunmuş vaxt müddətində sistemin işlənməsi məqsədlərinin əldə edilməsinin təmin edilməsi
-minimum vaxt müddətində işlək sistemin əldə edilməsinin təmin edilməsi
-layihənin quruluşunun idarə edilməsi imkanının nəzərə alınması, layihə və onun tərkib hissələrinin versiyalarının yaradılması, layihə sənədlərinin avtomatik verilməsi imkanı və onun versiyalarının layihənin versiyaları ilə sinxronlaşdırılması.
-icra olunan layihə qərarlarının sistemin realizə olunma vasitələrindən asılı olmamasının təmin edilməsi.
Dostları ilə paylaş: |