3.2.IT-nin istifadəçi interfeysinin standartları
3.2.1. İT sahəsində standartlaşdırma
Avtomatlaşdırılmış informasiya texnologiyalarına tətbiq olunan “standartlaşdırma” anlayışım nəzərdən keçirək.
Standartlaşdırma dedikdə hesablama texnikasının aıparat və proqram vasitələrinin spesifikasiyası, istehsalı və istifadəsi üzrə razılaşmanın qəbul edilməsi, standartlar, normalar və qaydalann təyin edilməsi və tətbiqi başa düşülür.
IT sahəsində standartlaşdırma informasiya texnologiyalarının növlərinin, tərkib hissələrinin və proseslərinin funksional təyinatlarına uyğunluq dərəcəsinin artırılmasına yönəlir. Bu zaman beynəlxalq informasiya mübadiləsində texniki sərhədlər götürülür. Standartlar informasiya texnologiyaları sahəsində işləyən layi- həçilərə aşağıdakı imkanları təmin edirlər: digər layihəçilərin verilənlərinin, proqram və kommunikasiya vasitələrinin istifadə edilməsi; verilənlərin daxil/xaric edilməsinin (eksport/importunun) yerinə yetirilməsi; informasiya texnologiyalarının müxtəlif komponentlərinin inteqrasiyası. Məsələn, müxtəlif proqramlar arasında qarşılıqlı əlaqələndirmənin reqlamentləşdirilməsi üçün proqramlararası interfeysin standartları nəzərdə tutulmuşdur. Onlardan biri OLE (Object Linking and Embedding - obyektlərin əlaqələndirilməsi və daxil edilməsi) texnologiyasının standartıdır. Belə standartlar olmadan proqram məhsulları bir-biri üçün “qapalı” olardı. İnformasiya texnologiyaları sahəsində standartlaşdııma üzrə istifadəçilərin tələbləri istifadəçi interfeysinə qoyulan standartlarda (məsələn, GUI (Graphical User Interface - İstifadəçinin qrafiki interfeysi)) realizə olunurlar. İT sənayesinin inkişafında standartlar çox mühüm yer tutur. Standartlaşdırma üzrə təşkilatlar tərəfindən mindən çox standart qəbul olunmuş və ya işlənmə mərhələsindədir. İT-nin standartlaşdırılması prosesi hələlik başa çatmamışdır.
Siniflər və altsiniflərlə təqdim olunan istifadəçi interfeysinin standartlaşdırılması sahəsində müəyyən inkişaf əldə edilmişdir:
simvol interfeysi (əmr altsinfı);
qrafiki interfeys (WIMP, sadə, ikiölçülü, üçölçülü alt- siniflər);
nitq interfeysi;
biometrik (mimik) interfeys;
semantik (sosial) interfeys.
Hər biri özünə aid standartlarla nizamlanan istifadəçi interfeysinin funksional və erqonomik aspeklərini qeyd edirlər. Məsələn, ən geniş yayılmış ikiölçülü qrafik interfeysə aid olan WIMP-interfeysi aşağıdakı funksional standartlarla dəstəklənir:
ISO 9241-12-1998 standartı - informasiyanın, pəncərənin, siyahının, cədvəlin, işarənin, sahənin və s. vizual təsvirini nizamlayır;
ISO 9241-14-1997 standartı - menyunun vizual təsvirini nizamlayır;
ISO 9241-16-1998 standartı - birbaşa manipulyasiyalann vizual təsvirini nizamlayır;
ISO/IES 10741-1995 standartı - kursorun vizual təsvirini nizamlayır;
ISO/IES 12581-(1999-2000) standartı - piktoqramlann vizual təsvirini nizamlayır.
Erqonomik xarakteristikalara aid olan standartlar sinif və altsiniflərə görə unifikasiya olunmuş hesab edilirlər:
ISO 9241-10-1996 standartı - idarəedici erqonomik prinsiplər, məsələyə uyğunluq, özünü təsvir, nəzarət olunma, istifadəçilərin ümidlərinə uyğunluq, səhvlərə tolerantlıq, sazlanma, öyrənilmə;
ISO/IES 13407-1999 standartı - istifadəçiyə yönələn layihənin əsaslandırılması, prinsipləri, layihələndirməsi və həyata keçirilməsi.
Dostları ilə paylaş: |