İstifadəçinin qrafiki inferfeysi- İstifadəçinin qrafiki interfeysi son istifadəçinin işinə yönəlmiş müasir proqram məhsullarının əksəriyyətinin vacib komponentidir. Əksər hallarda qrafiki interfeys Windows mühitində fəaliyyət göstərən proqram məhsulları üçün istifadəçinin interaktiv iş rejimində realizə olunur və manipulyasiya vasitəsi kimi qeydedici qurğu və klaviaturadan istifadə edərək enən menyu sistemi şəklində qurulur. Enən menyu (pull-down menu) - menyunun başlığının qeyd edilməsi ilə çağırılan, birbaşa olaraq bu başlığın altında peyda olan və onun bölmələrindən birinin seçilməsindən sonra yox olan menyudur.
İstifadəçinin işi tərkibinə idarəetmə obyektləri, emal rejimlərin və əmrlərin piktoqramlarına uyğun olan alətlər panelləri daxil olan ekran formaları ilə həyata keçirilir.
İstifadəçinin standart qrafiki interfeysi bir sıra tələblərə cavab verməlidir:
istifadəçinin proqram məhsulu ilə işinin informasiya texnologiyasının dəstəkləməsi;
proqramla ünsiyyəti qarşılıqlı əlaqələndirmənin xarici səviyyəsində quran son istifadəçiyə yönəlməsi;
“altılıq” prinsipinin ödənilməsi, yəni menyunun hər bir bölməsinə altıdan çox olmayan anlayışın daxil etməsi, hər bir anlayışın altıdan çox olmayan opsiyalardan ibarət olması;
qrafiki obyektlərin standartlaşdırılmış təyinatlarının və ekranda mövqelərinin mümkün qədər qorunması.
Qrafiki istifadəçi interfeysinin işlənməsinə aid bir neçə üsulu nəzərdən keçirək.
Tətbiqin paneli adətən üç hissəyə ayrılır:
əməliyyatlar menyusu;
panelin gövdəsi;
funksional klavişlər sahəsi.
Dostları ilə paylaş: |