İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər



Yüklə 79,28 Kb.
səhifə17/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

Dialoqun forması. “Həmsöhbətlər” tərəfindən başa düşülən dil olmadan dialoqun baş verməsi mümkün deyil. Dialoq aparılan dilin təsvirinə onun sintaksis (dilin və ya onun formalarının mümkün cümlə quruluşunu (sözlər, cümlələr) təyin edən qaydalar) və semantikasmm (dilin və ya onun tərkibinin sintaktik baxımdan düzgün cümlə quruluşlarının mənasını təyin edən qaydalar) tərifləri daxilir.

Dialoqun üç forması fərqləndirilir:

-fraza forması;

-direktiv forma;

-cədvəl forması.

Fraza forması istifadəçi ilə “ünsiyyətin” təbii dildə və ya onun altçoxluqunda aparılmasını nəzərdə tutur. Dialoqun tərkibini əmr, nəqli və sual cümlələri və suallara cavablar təşkil edir. Əksər hallarda sadə cavabı nəzərdə tutan dialoqlar istifadə olunur. Frazalann emalı zamanı söz forması anlayışından istifadə edi­lir. Söz forması dedikdə qonşu probel və ya durğu işarələri arasında yerləşən mətn hissəsi başa düşülür.

Morfoloji təhlil dedikdə kontekstdən asılı olmayaraq söz forma­larının təhlili başa düşülür. Morfoloji təhlilin iki üsulu mövcuddur:

- deklarativ üsul - lüğətdə hər bir sözün mümkün söz formala­rının mövcudluğu nəzərdə tutulur, bu zaman təhlil lüğətdə söz for­malarının axtarışından ibarətdir. Həmin üsul ixtiyari kombinasiyada kiçik və böyük hərflərdən təşkil olunmuş məlumatların emalını tə­min edir;

- prosedura üsulu - cari söz formasından (sonralar identifıkasiya olunan) əsas sözün seçilməsini nəzərdə tutur.

Söz formaları tanındıqdan sonra məlumatın sintaktik təhlili yerinə yetirilir. Təhlilin nəticələrinə görə məlumatın sintaktik strukturu təyin edilir, yəni cümlənin təhlili aparılır. Sonra semantik təhlil yerinə yetirilir, yəni söz formaları arasında məna daşıyan nisbətlər təyin edilir. Bu zaman cümlənin mənasını təyin edən əsas predikatlar (xəbərlər) qeyd olunur. Dialoqun fraza formasını realizə edən interfeys aşağıdakıları etməlidir: məlumatları təbii-dil formasından daxili təsvir formasına və əksinə çevirməlidir, istifadəçi və sistemin məlumatlarının təhlil və sintezini yerinə yetirməlidir, dialoqun baş vermiş hissəsini izləməli və yadda saxlamalıdır.

Fraza formasının çatışmayan cəhətləri:

- resursların böyük həcmdə sərfi;

- ifadələrin (xülasə edilmiş fikir) birmənalı şərhinə zəmanətin olmaması;

- uzun, qrammatik baxımdan düzgün frazaların daxil edilməsi zərurəti.

Fraza formasının üstün cəhəti - sistem ilə azad ünsiyyətin olmasıdır.

Direktiv forma xüsusən işlənmiş formal dilin əmrlərinin (direktivlərin) istifadəsini nəzərdə tutur. Əmr dedikdə başlanan prosesin identifikatorunu və tələb olduqda proses üçün verilənləri daxil edən kombinəedilmiş verilənləri təsvir edən formal dilin cümləsi başa düşülür.

Əmr aşağıdakı kimi daxil edilə bilər:

- xüsusi formatlı mətn sətri şəklində (əmrlər sətrində MS DOS əmrləri);

- klavişlər kombinasiyalarının sıxılması (Windows-tətbiqlərin “cəld müraciət” kombinasiyaları);

- siçanın hərəkət etdirilməsi (piktoqramları “daşımaqla”);

- ikinci və üçüncü üsulların kombinasiyası.

Direktiv formanın üstün cəhətləri:

- daxil edilən informasiyanın həcminin kiçik olması;

- çeviklik, yəni əməliyyatın seçilməsi imkanı mümkün əmrlərin seçilməsi ilə məhdudlaşır;

- istifadəçi tərəfindən idarə olunan dialoqa yönəlmə;

- ekranın minimum sahəsinin istifadə edilməsi və ya heç istifadə edilməməsi;

- digər formalarla uyğunlaşma imkanı.

Direktiv formanın çatışmayan cəhətləri:

- ekranda izahlı köməyin praktiki olaraq olmaması, bu isə daxil edilən əmrlərin və onların sintaksisinin yadda saxlanmasını tələb edir;

- başlanmış proseslərin vəziyyəti haqqında əks əlaqənin, demək olar ki, olmaması;

- mətn informasiyasının daxil edilməsi və ya siçan ilə işləmə bacarıqlarının olması;

-istifadəçi tərəfindən sazlanma imkanının olmaması.

Direktiv forma tez-tez istifadə olunan əmrləri və ya klavişlər kombinasiyalarını asanlıqla yadda saxlayan peşəkar istifadəçi üçün rahatdır. Bu halda formanın üstün cəhəti (çeviklik və yaxşı zaman xarakteristikaları) daha parlaq özünü büruzə verir. Cədvəl forması - istifadəçi proqram tərəfindən təklif olunan cavablardan birini seçir. Dialoqun dili sadə sintaksis və birmənalı semantikaya malikdir və asanlıqla realizə oluna bilər. Forma istifadəçi üçün rahatdır, belə ki, seçmək hər zaman asandır, xüsusən də istifadəçi peşəkar olmayanda. Konkret cavaba mümkün cavablar çoxluğu sonlu olduqda bu forma istifadə oluna bilər. Mümkün olan cavabların sayı çox (20-dən çox) olduqda, cədvəl formasının istifadəsi məqsədəuyğun deyil.

Cədvəl formasının üstün cəhətləri:

- izahlı köməyin mövcud olması;

- daxil etmə zamanı səhvlərin sayının azalması: istifadəçi informasiyanı daxil etmir, onu qeyd edir;

- istifadəçinin öyrətmə vaxtının azalması;

- digər formalar ilə uyğunlaşma imkanı;

- bəzi hallarda istifadəçi tərəfindən sazlanma imkanı.

Cədvəl formasının çatışmayan cəhətləri:

- ekran üzrə naviqasiya bacarıqlarının olması zərurəti;

- vizual komponentlərin təsviri üçün ekranın nisbətən böyük sahəsinin istifadəsi;

- ekranda informasiyanın daim yenilənməsi ilə əlaqəli olan kompüterin resurslarının gərgin istifadəsi.

Dialoqun tipləri və formaları biri-birindən asılı olmayaraq seçilir, yəni istənilən forma dialoqun hər iki tipi üçün tətbiq olunur.

Sinxron dialoqlar - proqram təminatının normal işləməsi zamanı baş verən dialoqlar.

Asinxron dialoqlar - normal prosesin ssenarisi pozulduqda, sistem və ya istifadəçinin təşəbbüsü ilə yaranan dialoqlar. Onlar sistem və ya istifadəçi tərəfindən təcili məlumatların alınması zamanı istifadə olunurlar.


Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin