Dialoqların işlənməsi. Dialoqların layihələndirilməsi və realizəsi mərhələləri aşağıdakılardır:
- abstrakt dialoqların layihələndirilməsi - tələb olunan dialoqlar çoxluğunun, onların əsas məlumatlarının və mümkün ssenarilərin təyin edilməsi;
- konkret dialoqların layihələndirilməsi - hər bir dialoqun tipi və formasının, həmçinin istifadə olunan dillərin sintaksis və semantikasmın təyin edilməsi;
- texniki dialoqların layihələndirilməsi - əsas və əlavə qurğuların seçilməsi və hər bir dialoq üçün daxil etmə/xaric etmə proseslərinin layihələndirilməsi, həmçinin ötürülən məlumatların dəqiqləşdirilməsi.
Abstrakt dialoqların əsasını avtomatlaşdırılması üçün proqram məhsulu nəzərdə tutulan texnoloji prosesin ideologiyası təşkil edir.
Ssenarilərdən başqa interfeysin vəziyyət diaqramları və ya dialoq qrafları istifadə olunur.
Dialoq qrafı - istiqamətləndirilmiş ölçülmüş qrafdır, hər təpəsinə ekrandakı konkret şəkil (kadr) və ya istifadəçiyə mümkün olan əməllər dəsti ilə xarakterizə olunan dialoqun müəyyən vəziyyətidir. Təpələrdən çıxan qövslər istifadəçi tərəfindən qeyd olunmuş əməllərin yerinə yetirilməsi zamanı vəziyyətin mümkün dəyişmələrini göstərirlər. Qövslərin çəkiləri kimi vəziyyətdən vəziyyətə keçidin şərtləri və keçid zamanı yerinə yetirilən əməliyyatlar qeyd olunur.
Qrafdakı hər bir marşrut dialoqun mümkün variantına uyğun gəlir.
Dostları ilə paylaş: |