İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər


İNFORMASİYA TEXNOLOGİYALARININ İNTEQRASİYASI



Yüklə 79,28 Kb.
səhifə20/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   ...   16   17   18   19   20   21   22   23   ...   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

4.İNFORMASİYA TEXNOLOGİYALARININ İNTEQRASİYASI

4.1.Verilənlərin emalının paylanmış sistemləri

4.1.1.Verilənlərin paylanmış emalının xarakteristikası

Verilənlərin paylanmış emalı ən vacib şəbəkə texnologiyalarından biridir. Fərdi komputerlər iş yerlərində, yəni informasiyanın yarandığı və istiifadə olunduğu yerlərdə quraşdırılır. Onlar rabitə kanalları vasitəsilə də birləşirlər.

Verilənlərin paylaşmış emalı istifadəçi və onun tətbiqi proqramları şəbəkə sisteminin səpələnmiş qovşaqlarında yerləşmiş vasitələr ilə işləmə imkanının əldə edilməsindən ibarətdir.

Şəbəkə mühitinin proqram təminatı şəbəkə şəbəkə əmliyyat sistemləri tərəfindən xidmət olunur və dəstəklənir. Server rolunda əsas və daha güclü komputer çıxış edir.

Verilənlərin paylanmış emalı informasiya işçisinin informasiyaya olan dəyişən tələbatının ödənilməsi səmərəliliyinin artırılmasına və bununla da qəbul olunan qərarların çevikliyinin təmin edilməsinə qərar verdi.

Verilənlərin paylanmış emalının üstün cəhtləri aşağıdakılardır:

- İnformasiyanın saxlanması, qeyd olunması, ötürülməsi və verilməsi funksiyalarını yerinə yetirən və bir birilə qarşılıqlı əlaqəda olan çoxsaylı istifadəçilərin olması

-şəbəkənin hesablama resurslarına informasiya işçilərinin mürəciət etməsinin təmin olunması

Paylanmış emal və paylanmış verilənlər bazası anlayışları sinonim deyil. əgər paylanmış emal zamanı baza ilə iş aparılarsa, onda nəzərdə tutulur ki, verilənlərin təsviri, baza iləməntiqi səviyyədə iş kliyentin fərdi komputerində yerinə yetirilir. Verilənlərin emalının təşkili onların paylanması üsulundan asılıdır. Verilənlərin paylanmasının mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və qarışıq üsulları mövcuddur.

4.1.2.Verilənlərin mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş təşkili. Verilənlərin mərkəzləşdirilm təşkili həyata keçirilmə nöqteyin nəzəindən ən sadə təşkil üsuludur.

Bir serverdə verilənlər bazasının yeganə surəti yerləşir. Verilənlər bazası ilə bütün əməliyyatlar bu server ilə təmin olunur. Verilənlərə müraciət uzaq məsafədn soröu və ya uzaq məsafədən tranzaksiya vasitəsilə yerinə yetirilir. Üsulun üstün cəhəti verilənlər bazasının aktual vəziyyətdə saxlanmasının asan olması, çatışmazlığı isə bazanın həcminin xarici yaddaşın həcmi ilə məhdudlaşması bağlıdır.

Verilənlərin mərkəzləşdirilməmiş təşkili informasiya bazasının fiziki olaraq bir neçə paylanmış bazalara bölünməsini nəzərdə tutur. Hər bir kliyent ümumi informasiya bazasının bir hissəsi və ya ümumiyyətlə informasiya bazasının surəti olan bilən özünün bazasını istifadə edir. Bu da hər bir kliyent üçün verilənlər bazasının təkrarlanmasına gətirib çıxarır.

Bölünmə əsasında verilənlərin paylanması zamnaı verilənlər bazası bi neçə serverdə yerləşir. Ayrı-ayrı hissələrin surətlərinin olması yolverilməzdir.

Bu üsulun üstün cəhətləri aşağıdakılardır: sorğuların əksəriyyəti lokal verilənlər bazaları ilə ödənildiyindən cavabın alınması vaxtı qısalır, verilənlərin mümkünlüyü və onların saxlanması etibarlılığı artır.

Verilənlərin mərkəzləşdirilmmiş təşkilinin müəyyən çatışmazlıqları da mövcuddur: uzaq məsafədən sorğu və ya tranzaksiyaların bir hissəsi bütün serverlərə müraciəti tələb edə bilər, bu isə gözləmə vaxtını və xidmətin qiymətini artırır.

Bölünmüş verilənlər bazaları lokal və qlobal şəbəkələrin birgə istifadəsi zamanı çox yararlıdırlar.

Təkrarlama üsulunun məğzi ondan ibarətdir ki, şəbəkənin hər bir serverində tam verilənlər bazası yerləşir. Bununla da verilənlərin ən etibarlı saxlanmasının təyin edilir.Üsulun çatışmayan cəhətləri kimi bunları qeyd etmək olar: xarici yaddaşın həcminə qoyulan tələblərin artması, surətlərin uyğunlaşması üçün sinxronlaşdırma tələb olunduğuna görə bazaların təshih edilmələrinin çətinləşməsi. Bu üsul etibarlıq amili böhran vəziyyətdə olduqda, baza kiçik olduqda, yenilənmənin intensizliyi yüksək olmadıqda istifadə olunur.

4.1.3. Verilənlərin saxlanmasının qartışıq təşkili

Paylanmanın iki üsulunu, yəni bölünməni və təkrarlanmanı birləşdirən və hər iki üsulun mənfi və müsbət cəhətlərini birləşdirən verilənlərin saxlanmasının qarışıq təşkili üsulu da mövcuddur.

Bu halda şəbəkəda verilənlərin harada yerləşməsi haqda informasiyanın saxlanması tələb olunur. Bu zaman bazasının etibarlı və səmərəli fəaliyyətinin təmini məqsədi ilə ümumiyyətlə baza üçün ayrılmış yadaşın həcmi və hər serverdə baza üçün ayrılmış yaddaşın həcmi arasında kompromis əldə edilir, paralel emal, yəni paylanmış sorğu və ya tranzaksiyanın xidmət olunması asanlıqla həyata keçirilir. Verilənlərin təşkilinin qarışıq üsu7lu ancaq şəbəkə VBİSi mövcud olduqdda mümkündür

Kollektiv istifadə olunan VBlərdə mərkəzi texnoloji manqa kimi verilənlər bazalarının serverləri çıxış edir. Verilənlər bazaları serverlərinin proqram vasitələri çoxistifadəçili tətbiqlərin həyata keçirilməsini, verilənlərin mərkəzləşdirilmiş saxlanmasını təmin edirlər.

Lokal şəbəkələrdə istifadə olunan fayl-serverlərə nisbətən, verilənlər bazaları serverlərinin məhsuldarlığı bir tərtib yuxarıdır.

Fayl-serverə əsaslanan şəbəkə VBİS-lərinin gücü kifayət etmir. Yüklənmiş şəbəkənin məhsuldarlığı aşağı düşür. Məhsuldarlıqla bağlı problem prosessorların kifayət qədər gücə malik olduqları ilə deyil, fayl-serverlərin “hər şey və ya heç nə” prinsipinin həyata keçirmələri ilə bağlıdır.


Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin