İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər


Verilənlərin paylanmış emalı texnologiyasının əsas növləri



Yüklə 79,28 Kb.
səhifə22/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

4.2.2. Verilənlərin paylanmış emalı texnologiyasının əsas növləri

Verilənlərin paylanmış emalı texnologiyasının əsas növlərini nəzərdən keçirək:



  1. Müstəqil komputerə( yəni həm kliyent, həm server kimi bir EHM-də yerləşən) yönələn kliyent-server texnologiyası

  2. Mərkəzləşdiirlmiş paylanmaya yönələn kliyent-server texnologiyası

Bu texnologiyanın istifadəsi zamanı kliyent uzaq məsafədə olan vahid serverin verilənlərə müraciətini əldə edir, verilənlər ancaq oxuna bilər, verilənlərə dinamik müraciət uzaq məsafədə olan tranzaksiyalar və sorğular vasitəsilə həyata keçirilir.

  1. Lokal hesablama şəbəkəsinə yönələn kliyent-server texnologiyası

–yeganə server bazaya müraciəti təmin edir.

-verilənlərin emalına, onların təsvirinə və bazaya məntiqi müraciətinə cavabdeh olan prosesi kliyent formalaşdırır.

4. Verilənlərin bir yerdə dəyişməsinə yönələn kliyent-server texnologiyası

Bu texnologiyanın istifadəsi zamanı

-paylanmış tranzaksiyanın emalı həyata keçirilir.

-uzaq məsafədə olan serverlər bir-biri ilə şəbəkə ilə əlaqəli deyiullər, yəni server-koordinator yoxdur.

-“çıxılmaz vəziyyət”in (deadlock) yaranması təhlükəsi, yəni elə bir vəziyyət yaranır ki, bu zaman A məsələsi B məsələsi ilə bloka alınmış yazıları gözləyir, B məsələsi A məsələsi ilə bloka alınmış yazıları gözləyir.

5.Verilənlərin bir neçə yerdə dəyişməsinə yönələn kliyent-server texnologiyası

Əvvəlki texnologiyadan fərqli olaraq, burada müxtəlif serverlər arasında verilənlərin ötürülməsi protokolunu dəstəkləyən server koordinator mövcuddur

6. Paylanmış VBİS-ə yönələn kliyent-server texnologiyası.

O, bölünmə və təkrarlanma strategiyasını təmin edir, verilənlərə müraciətin daha cəld əldə edilməsinə imkan verir.

Kliyent server texnologiyasının istifadəsi işin bir hissəsinin serverdən kliyentin kompüterinə keçirilməsinə imkan verir.

Bununla da bu texnologiya verilənlər bazaları serveinin imkanlarının müstəqil artılırmasına və kliyentin alət vasitələrinin təkmilləşdirilməsinə imkan verir. Kliyent server texnoliyasının çatışmayan cəhəti EHM-in məhsuldarlığına tələblərin artırılması, hesablama şəbəkəsinin idarə edilməsinin çətinləşməsi, şəbəkə VBİS-i olmadıqda isə paylanmış emalın təşkilinin çətinləşməsindən ibarətdir.


Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin