4.3.2. Elektron sənəd dövriyyəsini təmin edən texnoloji əməliyyatlar
Elektron sənədlərin idarə edilməsi əməliyyatlarını üç qrupa ayırmaq olar: sənədlərin yaradılması, onların saxlanması və sənədlər üzərində manipulyasiya.
Elektron sənədlərin yaradılması
Mürəkkəb sənədlərin yaradılması mətnin yığılması, redaktəsi, şəkillərin hazırlmnması, səhifələrin maketləşdirilməsi, çap edilməsi kimi əməliyyatların yerinə yetirilməsini tələb edir.
Səsnədlərin yaradılması əməliyyatlarının skaner və problemyönlü tətbiqi proqramlar paketləri dəsti ilə(birinci növbədə, mətnin redaktəsi, proqramları və ya masaüstü nəşriyyat sistemləri) təchiz olunmuş kompüterdə səmərəli yerinə yetirilməsi mümkündür.
Elektron sənədlərin idarə edilməsi sistemlərində aşağıdakıları istifadə etmək olar:
-Mətn redaktorları: MS Word, Corel Word Perfect, Lotus WordPro
-nəşriyyat sistemləri- MS Publisher, Adobe Frame, Corel Print Office və s.
-skanerlər vasitəsilə alınan təsvirlərin redaktorları: Mark Professional, Photo Styler, Paint İmaging və s
Dostları ilə paylaş: |