İnformasiya sisteminin həyat dövrünün strukturu
İnformasiya sisteminin tam həyat dövrünün tərkibinə, bir qayda olaraq, strateji planlaşdırma, təhlil, layihələndirmə realizə olunma, tətbiq və istismar daxildir. Ümumi halda həyat dövrü bir neçə mərhələyə ayrıla bilər. Prinsip etibarilə bu bölmə ixtiyari xarakter daşıyır. Rational Seftware korporasiyası ilə təklif olunan metodologiyaya görə həyat dövrünün dörd mərhələsi, yəni başlanğıc, dəqiqləşdirmə, quraşdırma və keçid mərhələləri mövcuddur.
Başlanğıc mərhələsində sistemin tətbiq sahəsi və sərhəd şərtləri müəyyən olunur Bu məqsədlə işlənən sistemin qarşılıqlı əlaqədə olduğu bütün xarici obyektlərə araşdırmalı və bu qarşılıqlı əlaqənin xüsusiyyəti yüksək səviyyədə təyin olunmalıdır. Başlanğıc mərhələdə sistemin bütün funksional imkanları təyin olunur və onlar arasında mühüm olanların təsviri aparılır.
Mərhələnin tətbiqinin nəticələri kimi aşağıdakılar qəbul edilir:
-İşlənmənin müvəffəqiyyətlilik meyarları
-riskin qiymətləndirilməsi
-işlənmənin icrası üçün tələb olunan resursların qiymətləndirilməsi
-əsas mərhələlərin başa çatdırılması müddətlərini qeyd etməklə təqvim planı.
Dəqiqləşdirmə mərhələsində tətbiqi sahənin təhlili aparılır, informasiya sisteminin arxitektuurasının əsası işlənir.
Dəqiqləşdirmə mərhələsinin sonunda arxitektura həllərinin və layihədə risk yaradan əsas elementlərin aradan qaldırılması qaydalarının təhlili aparılır.
Quraşdırma mərhələsində istifadəçiyə təhvil edilə bilən tamamlanmış məhsul işlənir.
Keçid mərhələsində işlənmiş proqram təminatının istifadəçilərə təhvil verilməsi yerinə yetirilir. Real şəraitdə işlənmiş sistemin istismarı zamanı müxtəlif növ problemlər yaranır. Bu problemlərin həlli hazırlanmış məhsula düzəlişlərin edilməsi ilə bağlı əlavə işlərin aparılmasını tələb edir.
Dostları ilə paylaş: |