5.6.Açıq informasiya sistemlərinin profiləri
Müasir mürəkkəb informasiya sistemlərinin yaradılması, müşayiət edilməsi və inkişafı açıq sistemlərin qurulması metodologiyasına əsaslanır. Açıq informasya sistemləri müasir cəmiyyətin bütün əsas sahələrinin infromasiyalaşdırlmasl prosesində yaradılır. Açıq informasiya sistemlərinin inkişafı və istifadəsi informasiya texnologiyalarının funksional standartlaşdırılması metodologiyası əsasında standartların tətbiqi ilə sıx əlaqədardır. Unifikasiya və reqlamentləşdirilmə məqsədilə həmin bza standartları topluları müəyyən sinfə aid layihələr, funksiyalar və sistemin komponentlərinə görə uyğunlaşdırılmalıdır. Bununla əlaqədar olaraq funksional standartlaşmanın əsas aləti kimi informasiya sisteminin profili anlayışı yaranmışdır.
Profil dedikdə verilmiş funksiya və ya funksiyalar qrupunun həyata keçirilməsi üçün nəzərdə tutulmuş əss və köməkçi imkanların dəqiq təyin olunmuş altçoxluqları ilə birgə bir neçə baza standartları toplusu başa düşülür.
Profil standartlaşma obyektinin funksional xarateristikalarına görə fərqlənir. Profil onda istifadə olunmuş baza standartları və normativ sənədlərə zidd olmamalıdır. O, alternativ variantlarından vacib olmayan imkanlaı, parametrlərin qiymətlərini seçməli və mümkün olan çərçivədə tətbiq etməlidir.
İnformasiya sistemlərinin problem yönlü tətbiq sahəsindən asılı olaraq baza standartları və profilləri birbaşa olaraq direktiv, idarəedici və ya tövsiyə sənədləri kimi, həmçinin texnoloji mərhələlərin və ya proseslərin yaradılması, müşayiət edilməsi və inkişafı məqsədilə avtomatlaşdırılmış vəsaitlərin seçilmsi və ya layihələndirilməsi üçün normativ baza imi istifadə oluna bilər.
Adətən iki profillər qrupu nəzərdən keçirilir:
-informasiya sisteminin arxitektura və strukturunu reqlamentləşdirən profillər
-sistemin layihələndirilməsi, işlənməsi, tətbiqi proseslərini reqlamnetləşdirən proseslər
-müəyyən sinfə aid tətbiqi məsələlərin həlli üçün nəzərdə tutulmuş informasiya sisteminin profilləri
Dostları ilə paylaş: |