İnformasiya sisteminin profilinin formalaşdırılması prinsipləri
İnformasiya sistemlərinin profillərini istifadəsi aşağıdakı məsələləri həll etməlidir:
-layihələrin əmktutumunun aşağı salınması
-informasiya sisteminin komponentlərinin keyfiyyətinin artırılması
-işlənən sistemlərin genişləndirilməsi və miqyaslandırılmasının təmin edilməsi
İnformasiya sistemləri profillərindən istifadənin atuallığı informasiya texnologiyalarının standartlaşdırılmasının müasir vəziyyəti ilə təyin olunur. Həmin vəziyyət aşağıdakılar ilə xarakterizə olunur:
-mürəkkəb informasiya sistemlərinin yaradılması və tətbiqinə qoyulan tələblərin natamam və qeyri-bərabər ödənilməsini təmin edən bir çox beynəlxalq və milli standartlar mövcuddur
-beynəlxalq və miklli standartların işlənməsi, razılaşdırılması və təsdiqinə sərf edilən müddətin çox olması onların konservatizmliyinə(mühafizəkarlığına) və müasir informasiya texnologiyalarından xroniki olaraq geri qalmağına gətirir.
-normativ və metodik sənədlərin təkmilləşdirilməsi və uyğunlaşdırılması bir sıra hallarda onların əsasında milli və beynəlxalq standartların yaradılmasına imkan verir.
İnformasiya sistemlərinin profillərinin işlənməsi və tətbiqinə digər yanaşma isə defakto standartlarına və beynəlxalq konsorsiumların tövsiyələrinə cavab verən uyğunladırılmış beynəlxalq və milli standartların istifadəsindən ibarətdir.
Açıq sistemlər mühitinin etalon modeli istənilən informasiya sisteminin iki təkib hissəyə ayrılmasını təyin edir: tətbiqlər və həmin tətbiqlərin fəaliyyət göatərdiyi mühit.
Tətbiq və mühit arasında standartlaşdırılmış interfeyslər(API) təyin olunur. Həmin interfeyslər istənilən açıq sistemin profillərinin vacib hissəsidir. Beləliklə, iyerarxik strukturlu informasiya sistemlərinin profilərinin tərkibinə aşağıdakılar daxildir:
-konkret sistem ilə yerinə yetirilən funksiyalar standartlaşdırılmış təsviri
-sistemin xarici mühit ilə qarşılıqlı əlaqələndirməsi funksiyaları
-sistemə daxil olan ayrı-ayrı funksional komponentlərin profilləri
Konkret profilin səmərəli istifadəsi üçün aşağıdakılar tələb olunur:
-profilə daxil edilməli olan standartların və normativ sənədlərin, onlarln istifadəsi variantları
-yeni standartların və ya normativ sənədlərin yaradılması tələb olunan konret profilin sahələrinin sənədləşdirilməsi
-profili nəşr etmıli və ya gələcəkdə yayılması məqsədilə formal mərhələlərdən keçirilməsi
Dostları ilə paylaş: |