1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-
Sadə qrafiki interfeys- İlk mərhələdə sadə qrafiki interfeys əmrlər sətri texnologiyasına oxşayırdı. Sadə qrafiki interfeysin əmrlər sətri texnologiyasından fərqli xüsusiyyətləri aşağıdakılardır:
təsvirin əyaniliyinin artırılması məqsədi ilə simvolların əks etdirilməsi zamanı simvolların bir hissəsinin rənglənməsi, inversiyası (qara fonda ağ simvolların əksi ilə, yəni ağ fonda qara simvollar ilə əvəzlənməsi), altından xəttin çəkilməsi və titrəməsinin mümkünlüyü;
qrafiki interfeysin konkret realizə edilməsindən asılı olmayaraq kursor tək sayrışan (titrəyən) düzbucaqlı kimi deyil, bir neçə simvol və hətta ekranın bir hissəsini əhatə edən müəyyən sahə ilə təqdim oluna bilər. Ayrılmış həmin hissə digər ayrılmış hissələrdən fərqlənir (adətən rəngi ilə);
istənilən klavişin sıxılmasına olan reaksiya kursorun ekranda tutduğu mövqedən asılıdır;
kursorun idarə edilməsi üçün tez-tez istifadə olunan kla- vişlərdən başqa manipulyatorların (siçan, trekbol və s.) istifadəsi başlandı, onlar vasitəsi ilə ekranın tələb olunan sahəsinin cəld ayrılması və kursorun cəld hərəkət etdirilməsi mümkün oldu,
rənqli monitorların geniş istifadəsi.
Sadə qrafiki interfeysin yaradılması MS DOS əməliyyat sisteminin geniş yayılması ilə əlaqəlidir. Bu növ interfeysin istifadəsinə tipik misal olaraq Norton Commander aörtüyünü və MultiEdit ChiWriter və Microsoft Word for DOS mətn redaktorlarını göstərmək olar.