1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-
Biometrik texnologiya- Bu texnologiya keçən əsrin 90-cı illərində yaranmış və hazırda işlənmə mərhələsindədir. Kompüterin idarə edilməsi üçün insanın sifətinin ifadəsi, baxışının istiqaməti, göz bəbəyinin ölçüsü və digər əlamətlər istifadə olunur. İstifadəçinin identifikasiyası üçün gözlərin əlvan təbəqəsinin cizgiləri, barmaq izləri və digər unikal informasiya istifadə olunur Təsvirlər rəqəmsal videokameradan oxunur, sonra isə obrazların tanınması üçün xüsusi proqramlar vasitəsi ilə həmin təsvirdən əmrlər ayrılır. Bu texnologiya, ehtimal ki, kompüter istifadəçisinin dəqiq identifikasiyası tələb olunan proqram məhsulları və tətbiqlərdə öz yerini tutacaqdır.