Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işində büdcə və vergi siyasətinin mahiyyəti, bu sahədə dövlətin siyasəti araşdırılmaqla bərabər, həm də Azərbaycanda büdcə-vergi siyasətinin təşkili prinsipləri, gəlirlərin proqnozlaşdırılması və xərclərin səmərəli idarə edilməsi tədbirlərinin müəyyənləşdirilməsinə həsr edilmişdir.
Tədqiqatın məqsədinə uyğun olaraq, aşağıdakı vəzifələr qarşıya qoyulmuş və həll edilmişdir:
- iqtisadiyyatın dövlət tənzimlənməsindəki rolunu müəyyən etmək üçün büdcə-vergi siyasətinin fəaliyyət xüsusiyyətlərinin aşkar edilməsi;
- dövlət büdcəsinin gəlir və xərc təsnifatının, idarə olunma prinsiplərinin və tənzimlənməsi yollarının müəyyənləşdirilməsi;
- vergi sisteminin müasir vəziyyətinin və mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyətdə olan ayrı-ayrı vergi növlərinin təhlil edilməsi;
- büdcə gəlirlərinin və xərclərinin iqtisadi əsaslarının tədqiqi və onların formalaşması mexanizminin müəyyən olunması;
- hazırkı dövrdə büdcə-vergi siyasətinin səmərəliliyinin artırılması istiqamətlərinin araşdırılması.
Dostları ilə paylaş: |