Tədqiqat işinin praktiki əhəmiyyəti. İş əsasən praktiki əhəmiyyət daşıyır. Belə ki, əldə edilmiş nəticələrdən istifadə edilərək ölkədə büdcə-vergi sisteminin formalaşması üçün onun təşkili prinsiplərindən, yeni islahat və gələcək perspektivlərdə istifadə olunması məsləhət görülür. İşin nəzəri əhəmiyyəti isə bu sistemin tələbələr tərəfindən dərindən öyrənilməsi tövsiyyə edilir. Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin həyata keçirilməsində, səmərəli maliyyə mexanizminin tətbiq edilməsində, büdcə və vergi sisteminin təkmilləşdirilməsində tədqiqat işinin nəticələrindən istifadə edilməsi mümkündür.