Tədqiqatın nəzəri və metodoloji əsasları. Tədqiqatın nəzəri-metodoloji əsaslarını iqtisadi inkişaf, bazar iqtisadiyyatı, o cümlədən sahibkarlıq, maliyyə, büdcə-vergi məsələlərinin tədqiq edilməsi ilə məşğul olmuş ölkə və xarici iqtisadçı alimlər tərəfindən işlənib hazırlanmış elmi konsepsiyalar və hipotezlər, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları, Milli Məclisin bazar münasibətlərinin formalaşması və inkişafı, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrinin fəaliyyətinin tənzimlənməsi haqqında qəbul etdiyi müvafiq qanunlar və digər hüquqi-normativ aktlar təşkil edir.
Dissertasiya işində iqtisadi təhlil, müqayisə, müşahidə, məntiqi ümumiləşdirmə, monoqrafik tədqiqat, analitik-statistik, iqtisadi-riyazi və sair xüsusi tədqiqat üsullarından istifadə edilmişdir. Tədqiqat prosesində, ölkədə iqtisadi islahatların aparılması və uğurla həyata keçirilməsinə dair mövcud sənədlər diqqətlə təhlil olunmuşdur.
Dissertasiya işində abstraksiya, analiz, deduksiya, tarixi və məntiqi metodlardan istifadə edilmişdir.
Dostları ilə paylaş: |