Tədqiqatın informasiya bazası. Büdcə-vergi siyasəti üzrə aparılan araşdırmalar, problemin öyrənilməsi, tədqiqi, təhlili və ümumiyyətlə işlənib hazırlanmasında faktiki və rəqəm informasiyası mənbəyi kimi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin illik hesabatları və statistik məcmuələrinə, digər əlaqədar dövlət təşkilatlarının və beynəlxalq qurumların material, hesabat və sənədlərinə, həmçinin internet şəbəkəsində müvafiq iqtisadi inkişaf göstəriciləri üzrə informasiya bazasına geniş istinad edilmişdir.