5. Büdcələrin balanslaşdırılması prinsipinə görə hər bir büdcə növü balanslaşdırılmalıdır. Bu o deməkdir ki, büdcələrdə nəzərdə tutulan xərclərin həcmi həmin büdcənin gəlirlərinin həcminə uyğun olmalıdır (büdcənin kəsirini ödəmək üçün nəzərdə tutulan mənbələrdən daxil olan vəsaitlər də daxil olmaqla).
6. Büdcə vəsaitinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipi onu ifadə edir ki, əvvəlki dövrdə buraxılmış büdcə vəsaiti iş və xidmətlərin səviyyəsinə uyğun olmalı və qənaət rejiminə ciddi əməl olunmalıdır.