iqtisadi inkişaf proqramları üçün – bu və ya digər ərazilərin iqtisadi vəziyyətində baş vermiş dəyişikliklər çıxış edir.
Son nəticələrin başlıca təyinatı proqramın icrasından əldə edilmiş dəyişiklikləri əks etdirmək,cəmiyyətin rifahının yüksəlməsinə onun töhfəsini göstərməkdir.Başqa sözlə,sosial əhəmiyyətli son nəticələr müəyyən proqram çərçivəsində həyata keçirilmiş proses və fəaliyyətlərin proqramda bəyan edilmiş məqsəd (lər)in nail olunmasına imkan vermə (təsir) səviyyəsini səciyyələndirir.Bunlar hökumət qurumlarının (yəni büdcə vəsaitləri sərəncamlarının) konkret dövr ərzindəki fəaliyyətindən cəmiyyətin (yaxud ayrı-ayrı sosail qrupların) əldə etdiyi effekti, yəni rifah səviyyəsindəki dəyşikliyi qiymətləndirməyə imkan verir.Deməli, son nəticələr mahiyyətcə əldə edilmiş faktiki nəticələrin məcmusunu və bunların cəmiyyətin durumunda əks olunan təsirini xarakterizə edir.
Sosial əhəmiyyətli son nəticələrin qiymətləndirilməsi zamanı müəyyən çətinliklər də ortaya çıxa bilər.Belə ki,əksər hallarda sosial-iqtisadi proqramların icrasından heç də yeganə bir son nəticə deyil,bir sıra son nəticələr alınır ki,bunlar bir-birini ardıcıl tamamlayaraq (biri digərindən yaranaraq) proqramın məqsədlərinin reallaşmasına gətirib çıxardır.Buna görə də əksər hallarda proqramların icrasında əldə olunmuş son nəticələrin bir –birini qarşılıqlı tamamlayan ardıcıl bir neçə səviyyəni fərqləndirir.Ayrı-ayrı mənbələrdə (ədəbiyyatlarda) son nəticələr üzrə səviyyələrin sayı və izahları ilə bağlı fərqli yanaşmalar olsa da,əksər hallarda 3 səviyyə fərqləndirilir:
|