Birbaşa (bilavasitə) nəticə göstəriciləri prosesin,proqramın yaxud tədbirlərin yerinə yetirilməsi nəticəsində əldə edilmiş iş və xidmətlərin həcmini və keyfiyyətini,yəni ümumən görülmüş işləri səciyyələndirir.Bunlar yerinə yetirilən işlərin keyfiyyət və kəmiyyətini səciyyələndirir.Məsələn,il ərzində tikilən yeni məktəblərin,xəstəxanaların,yol ötürücülərinin sayı,alınmış komputerlərin və komputerləşdirilmiş məktəblərin sayı,alınmış insulinlərin və insulin almış xətələrin sayı,işsizlik müavinəti alanların sayı,ünvanlı sosial yardım verilmiş ailələrin sayı və s. Kimi məlumatlar yerinə yetirilmiş işlərin kəmiyyətini əks etdirir.Birbaşa nəticələrin keyfiyyət göstəriciləri büdcə fəaliyyətlərinin əhatə dairəsini,etibarlılığını və tamlığını əks etdirir.Məsələn,işsizliyə görə müavinət alanların sayının qeydiyyata alınmış bütün işsizlərin ümumi sayında payı,insulin almış xəstələrin insulinə ehtiyacı olan bütün xəstələrin sayında payı,ünvanlı sosial yardım almış ailələrin belə yardım üçün müracət etmiş ailələrin sayında payı vəs.Birbaşa nəticə göstəriciləri orta ifadəli ola bilər.Məsələn,ölkə üzrə orta aylıq pensiyanın məbləği,minimum əmək haqqının məbləği,orta hesabla bir ailəyə verilmiş ünvanlı sosial yardımın məbləği və s.Hökumətin illik fəaliyyəti barədə Milli Məclisə təqdim etdiyi hesabatlarda olan məlumatların əksəriyyəti bu qəbildəndir.