7. Büdcələrin aşkarlığı prinsipi o deməkdir ki, təsdiq edilmiş büdcələrin və onların icarəsı haqqında hesabatların açıq mətbuatda dərc edilməsi icbaridir, büdcənin icrasının gedişi haqqında məlumatlar, büdcələrin tərtibi və icrası üzrə dövlət hakimiyyəti və idarəsi orqanlarının bütün qərar və sərəncamları kütləvi informasiya vasitələri vasitəsilə cəmiyyətin nəzərinə açıq bildirilməlidir.
8. Büdcələrin həqiqilik prinsipi onu ifadə edir ki, hər bir büdcə növünün göstəriciləri müvafiq inzibati-ərazi vahidinin iqtisadi – sosial inkişaf proqramının göstəricilərinə uyğun tərtib ediləklə büdcənin gəlirləri və xərclərinin reallığı təmin edilməlidir.