Aparatların tutulması. Duzlar əsasən “isti” aparatlarda yığılır. Suda həll olmuş duzlar su buxrlanan zaman ayrılır və aparatlarda toplanır.
Aparatların korroziyası. Xlorid duzlarının hidrolizi nəticəsində xlorid turşusu ayrılır ki, bu da aparatların korroziyasına səbəs olur. Mazutda kifayət qədər duzların qalması su elektrik stansiyalarına daha güclü korroziya təsiri göstərir. Mazutla işləyən müasir İES-lər atmosferə sutkada tüstü ilə birlikdə 1000 kq-a qədər V2O5 buraxır.
Aparatların məhsuldarlığını azaldır. Boruların içərisinə yığılan duzlar onların en kəsiyinin ölçüsünü azaldır və bunun nəticəsi olaraq onların məhsuldarlığı azalır. Mazutda xloridlərin miqdarı 8000-2200 mq/l olduqda iş vaxtının 20%-i boş dayanmağa gedir.
Məhsulların çeşidlərini azaldır. Aparatlarda 10-20% duzlar çökür. Mazutda və qudronda duzların olması onlardan keyfiyyətli məhsulların alınmasına mane olur. Məs: Butilin karbon sulfiddə həll olması azalır, suda həll olan duzların qatılığını artırır ki, bunun da yol çəkilişi üçün işlədilən bitumlarda olması yol verilməzdir. Tərkibində duz olan mazutdan motor üçün yağ məhsulları almaq olmaz.