Ag+ + Cl- → AgCl ↓
Reaksiyanın ekvivalent nöqtəsində isə aşağıdakı reaksiya
2Ag++ CrO42- → Ag2CrO4↓
Bulanıq qırmızı kərpici çöküntünün alınması titrlənmənin son nöqtəsidir.
NaCl məhlulunun standart AgNO3 məhlulu ilə titrləmənin nəticələri aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl 1
-
Təcrübələrin
sayı
|
Titrlənən NaCl məhlulunun
həcmi, ml
|
Sərf olunan AgNO3
həcmi, ml
|
Tapılan NaCl məhlulunun həcmi, ml
|
1
|
1,00
|
3,04
|
1,00
|
2
|
2,00
|
6,10
|
2,01
|
3
|
3,00
|
9,17
|
3,02
|
4
|
4,00
|
12,20
|
4,01
|
NNaCl =0,0100 N
NAgNO3 =0,00328 N
VNaCl =1,00 ml
VAgNO3 =3,04 ml
Cədvəldən göründüyü kimi argentonometrik metodla xlor ionu kifayət qədər dəqiqliklə təyin olunur.
3.2. Xam neftdə xlor ionunun təyini və
sorbsiyasının tədqiqi
Neft Emalı Zavodundan analiz üçün götürülən xam və duzsuzlaşdırılmış neft nümunələrindəki xlor ionunun qatılığı cədvəl 2-də göstərilmişdir. Müxtəlif vaxtlarda NEZ-dən götürülmüş neft nümunələrindəki xlor ionunun qatılığı müəyyən qədər fərqlənir. Buna səbəb həmin neft nümunələrinin müxtəlif yataqlardan (Yüngül Balaxanı, Böyük Şor, Süraxanı, Neft Daşları) çıxarılmasıdır. NEZ-dan götürülən neft nümunələrində xlor ionunun analizi göstəririr ki, zavodda quraşdırılan xam nefti duzsuzlaşdırılan dehidrator qurğusu xam neftdə xlor ionu 50 ± 10% tərtibində təmizləyə bilir.
Xam neftdə xlor ionunun qatılığının təyini. 02 XI 2004 tarixində gətirilən “Xam Neft 1” nümunəsində xlor ionunun qatılığının təyini aşağıda göstərilmişdir.
NAgNO3 =0,00328 ± 0,00002 N
VNaCl =25,00 ml
VAgNO3 =5,00 ml
V2 ~ ekstraksiya olunan xam neftin həcmi
V1 ~ 1 l xam neft
MCl~1l xam neftdə xlor ionunun miqdarı
Qeyd edək ki, bütün neft nümunələrində xlor ionunun qatılığı, məlum Dövlət Standart Metodikasına əsasən təyin edilib və hər bir neft nümunəsində xlor ionunun qatılığı ΔM=±2,1 mq/l dəqiqliklə tapılır.
Cədvəl 2
Dostları ilə paylaş: |