3.4. Ağac kəpəyi ilə xam neftdə xlor ionunun sorbsiyası
Cədvəl 4-də xam neftin 3mm fraksiyalı ağac kəpəyi ilə sorbsiya prossesinin nəticələri verilmişdir. Təcrübə yuxarıdakı göstərilmiş qaydada aparılmışdır və şəkil 1-də göstərilmişdir.
Müəyyən edilmişdir ki, birinci sorbsiya prossesində 10 q 3mm fraksiyalı ağac kəpəyi xam neftdə xlor ionunun qatılığını 42,6 mq/l-dən 7 mq/l-ə qədər azaldır. Bu sorbsiya prossesində xam nefti xlor ionundan R=83,6% təmizləmək olur. Yuxarıda qeyd edilən səbəbdən sorbentdəki aktiv mərkəzlər tədricən dolur və beşinci sorbsiya prossesində sorbsiya olunmuş neftdə xlor ionunun qatılığı 19,8 mq/l olur.
Dostları ilə paylaş: |