Pambıq lifi əsasında MnO2 aktiv mərkəzli selektiv
sorbentin sintez metodikası
Tərkibi 98% sellülozadan ibarət olan 100q təbii pambıq lifi distillə suyu ilə yaxşıca yuyulduqdan sonra 80C temperaturda sabit çəki alınana qədər quruducu sobada qurudulur. Həcmi 2 l olan kimyəvi stəkana 1500 ml distillə suyu tökülür və məhlul 70C temperaturuna qədər su hamamında qızdırılır. Sonra distillə suyunun üzərinə 0,050 N kalium permanqanat məhlulu alınması üçün lazım olan 11,85 q kalium permanqanat duzu (KMnO4) əlavə olunur, həll olana qədər ehtiyatla qarışdırılır.
Alınan məhlulun temperaturunun 80C temperaturu keçməməsinə ciddi nəzarət olunur, çünki bu temperaturdan yuxarıda məhlulda manqanat anionunu (MnO4-) öz formasını dəyişir, reduksiya olunaraq MnO2 və Mn2O3 oksidləri şəklinə keçir. Nəticədə isə məhlul öz oksidləşdirici xassəsini qismən və ya tamam itirir, bu baş verməməsi üçün temperatura ciddi nəzarət edilir.
Qurudulmuş pambıq lifi sobadan çıxarıldıqdan sonra məhlulla yaxşı qarşılıqlı təsirdə olması üçün didilir və su hamamında yerləşdirilmiş 0,050 N kalium permanqanat məhlulu olan stəkana daxil edilir. Manqanat məhlulunun lifə nüfuz etməsi üçün lif şüşə çubuqla ehtiyatla qarışdırılır. Pambıq lif temperaturu 80C olan məhlulda 2 saat saxlanılır. Pambıq lifinin rənginin ağdan qaraya dəyişməsi reaksiyanın başa çatmasını göstərir. Permanqanat məhlulu ilə işlənən lif stəkandan çıxarılandan sonra distillə suyu ilə yaxşıca yuyulur. Yuyulma distillə suyunun rəngi dəyişməyənə qədər aparılır. Sonra yuyulmuş lif 85C temperaturda quruducu soba yaxşıca qurudulur. Qurudulmuş sorbenti yenidən sorbsiya olunacaq lay suyu ilə qarşılıqlı təsir sahəsini artırmaq üçün didilir.
Qeyd edək ki, aparılmış bir neçə sintez təcrübələrdə sintez mühitində dəyişən valentli kationların (Co2+, Ni2+, Cr2+ və xüsusi ilə Fe2+) olması lifin sintez prossesinə mane olmasını müəyyənləşdirilmişdir. Bu təcrübi fakt sintez mühitində olan MnO4- anionunun reduksiya olunaraq MnO2 və Mn2O3 oksidlərinə çevrilməsini göstərir. Çünki, bu zaman yaranan aktiv mərkəzləri (R*=*OH) yuxarıda göstərilən ionlar daha yüksək oksidləşmə dərəcəsinə kimi oksidləşərək söndürürlər. Məsələn:
Dostları ilə paylaş: |