AK-3 sorbenti ilə xam neftdə xlor ionunun sorbsiyasının göstəriciləri:
Xam neftdə xlor ionunun qatılığı 42,6mq/l-dır. Cədvəl 4
Sorbsiya
prossesinin adı
|
Sorbsiya
prosseslərinin sayı
|
Sorbentin kütləsi,q
|
Xam neftin həcmi, ml
|
Neftdə xlor ionunun qatılığı
MCl, mq/l
|
Təmizlənmə dərəcəsi
R,%
|
Duzsuz Neft~(NEZ)
|
|
|
|
21,3
|
50
|
Xam Neft + AK-3
|
l
|
10
|
100
|
7
|
83,6
|
Xam Neft + AK-3
|
ll
|
10
|
200
|
7,9
|
81,5
|
Xam Neft + AK-3
|
lll
|
10
|
300
|
13,6
|
68,1
|
Xam Neft + AK-3
|
IV
|
10
|
400
|
15,8
|
62,9
|
Xam Neft + AK-3
|
V
|
10
|
500
|
19,8
|
53,5
|
Xam Neft + AK-3
|
VI
|
10
|
600
|
20,6
|
50,9
|
Xam Neft + AK-3
|
VII
|
10
|
700
|
29,2
|
31,5
|
Xam Neft + AK-3
|
VIII
|
10
|
800
|
36,1
|
15,3
|
Xam Neft + AK-3
|
IX
|
10
|
900
|
40,7
|
4,5
|
Beşinci sorbsiya prossesində sorbsiya neftində xlordan təmizlənmə dərəcəsi cəmi R=53,5 % olur. IX sorbsiya prossesindən sonra sorbsiyanı davam etdirdikdə sorbsiya olunmuş neftdə xlor ionunun qatılığı xam neftdə xlor ionunun qatılığından çox az fərqlənir. Cədvəl 4-dən göründüyü kimi IX sorbsiya prossesdə, 10 q ağac kəpəyindən 900 ml xam neft keçirdikdə xlor ionundan xam nefi təmizləmə dərəcəsi cəmi 4,5 % olur. Məhz bundan sonra sorbsiya prossesi dayandırılır.
Prossesi davam edirmək üçün vaxt aşırı sorbent regenerasiya olunmalı ya da yenisi ilə əvəz olunmalıdır. Sorbsiya qabiliyyətini itirmiş ağac kəpəyi termiki olaraq desorbsiya etdikdə, təbii seolitdən fərqli olaraq 90% -dən çox ilkin sorbsiya qabiliyyətini bərpa edə bilir. Desorbsiya prossesi 150-180°C temperaturunda quruducu sobada 5 saat saxlanılmaqla aparılmışdır. Desorbsiya dərəcəsinin yüksək qiymət alması, 150-180°C temperaturunda saxlanılması zamanı ağac kəpəyinin ilkin tərkibinəki su və kiçik molekullu üzvi molekulların üçub getməsi nəticəsində ağac kəpəyinin məsaməliliyinin artması güman edilir. Aparılan təcrübələrdə desorbsiya olunmuş ağac kəpəyinin daha gec doyması müəyyənləşdirilmişdir.
Yuxarıda deyilənləri nəzərə alsaq və istifadə olunmuş belə xam nefin 50 litrini 1 kq 3 mm fraksiyalı ağac kəpəyi ilə 70 % xlor ionundan təmizləmək münkündür.
Poliuretan əsaslı sintetik sorbentlə xam
neftdə xlor ionun sorbsiyası
Cədvəl 5-də xam neftin poliuretan əsaslı sintetik polimer sorbenti ilə sorbsiya prossesinin nəticələri verilmişdir.
Sorbsiya prossesinin təcrübi şəraiti əvvəlki prosseslərdə olduğu kimidir və şəkil 1-də verilmişdir.
Poliuretan əsaslı sintetik polimer sorbentilə xam neftdə xlor ionunun sorbsiyasının göstəriciləri: Xam neftdə xlor ionunun qatılığı 42,6mq/l-dır. Cədvəl 5
Sorbsiya
prossesinin adı
|
Sorbsiya
prosseslərinin sayı
|
Sorbentin kütləsi, q
|
Xam neftin həcmi, ml
|
Neftdə xlor ionunun qatılığı
MCl, mq/l
|
Təmizlənmə dərəcəsi
R,%
|
Duzsuz Neft (NEZ)
|
|
|
|
21,3
|
50
|
Xam Neft + PP
|
I
|
0,3
|
100
|
9,8
|
77
|
Xam Neft + PP
|
II
|
0,3
|
200
|
13,1
|
69,2
|
Xam Neft + PP
|
III
|
0,3
|
300
|
14,5
|
65,9
|
Xam Neft + PP
|
IV
|
0,3
|
400
|
18,9
|
55,6
|
Xam Neft + PP
|
V
|
0,3
|
500
|
21,9
|
49,5
|
Xam Neft + PP
|
VI
|
0,3
|
600
|
35,5
|
16,7
|
Xam Neft + PP
|
VII
|
0,3
|
700
|
37,7
|
11,1
|
Xam Neft + PP
|
VIII
|
0,3
|
800
|
42,7
|
0,00
|
Sintetik sorbent çox yüngül olduğundan l:d=10:1 tələbi ödənməsi üçün sorbsiya kalonuna poliuretan əsaslı sintetik polimer sorbentdən cəmi 0,3 q doldurmaq kifayyət edir. Müəyyən edilmişdir ki, ilk 100 ml xam neft sorbsiya kalonundan 50 dəq ərzində süzülür. Bu zaman 0,3 q poliuretan əsaslı sintetik polimer sorbent xam neftdə xlorun qatılığını 42,6 mq/l-dən 9,8 mq/l-ə qədər azaldmışdır. Bu prossesdə sintetik sorbent xam nefti xlor ionundan 77 % təmizləmişdir. Sonrakı əlavə edilən 100 ml xam neft (II sorbsiya prossesində) sorbsiya kalonundan 60 dəq ərzində süzülür. Bu zaman II sorbsiya prossesində xlorun qatılığı 42,6 mq/l-dən 13,1 mq/l-ə qədər azalmışdır. Xlor ionundan təmizlənmə dərəcəsi 69,2 % olmuşdur. Təmizlənmə dərəcəsinin 69,2 % olmasına səbəb sorbentdəki aktiv mərkəzlər nisbətən və tədricən dolmasıdır.
Qeyd edək ki, təbii seolit və ağac kəpəyi sorbentlərindən fərqli olaraq, poliuretan əsaslı sintetik sorbentdən süzülən sorbsiya neftinin ekstraksiyasından alınan məhlulda metal ionlarının atom-absorbsiyon metodla analizi göstərmişdir ki, neftin tərkibində çoxluq təşkil edən qələvi və qələvi-torpaq metallarının qatılığı demək olar ki, dəyişmir. Başqa sözlə sintetik sorbent xam neftdə olan su emulsiyasındakı qələvi və qələvi-torpaq metallarını sorbsiya etmir. Lakin cədvəl 5-dən göründüyü kimi sintetik sorbent xam neftdə olan xlor ionunun 77%-ni sorbsiya edə bilmişdir. Deməli poliuretan əsaslı sintetik sorbent xam neftdə xlor ionunu selektiv sorbsiya edir. Məlumdur ki, hər hansı ionun selektiv sorbsiyanın səbəbi, sorbent matrisinin üzərində yalnız selektiv sorbsiya olunan iona reaksiya verə bilən aktiv mərkəzlərin olmasıdır. Bunu nəzərə alsaq poliuretanların tərkibində uretan qrupunun olması səbəbindən xlor ionu emulsiyadakı protonla birləşərək molekuliar HCl şəklində qrupundakı azot atomuna birləşməsini biz hesab edirik. Kationların sorbent tərəfindən sorbsiya edilməməsinə baxmayaraq, xlor anionu protonla birlikdə sorbent tərəfindən udulduğundan su emulsiyasındakı kation~anion tarazlığı pozulmur.
Nəhayət IV sorbsiya prossesindən sonra sorbent xam neftdə xlor ionunun qatılığını 42,6 mq/l-dən cəmi 18,9 mq/l-ə qədər təmizləyə bilmişdir. Bu xam neftin 55,6 % təmizlənmə dərəcəsi ilə xlor ionundan təmizlənməsi deməkdir. Göründüyü kimi 0,3 q poliuretan əsaslı sintetik polimer sorbent 700 ml xam neft süzüldükdən sonra sorbent sorbsiya xassəsini itirir. Məhz sorbent doyduğu üçün artıq səkkizinci sorbsiya prossesini aparmağa ehtiyac yox idi. Poliuretan əsaslı sintetik polimer sorbent digər iki sorbentlə müqqayisədə nisbətən daha tez doymasına səbəb onun qeyri polyar neft mühitü ilə daha aktiv qarşılıqlı təsirdə olmasıdırki, nəticədə aktiv mərkəzlər daha tez dolur. Qeyd edək ki, bu sorbenti təbii seolit və ağac kəpəyindən fərqli olaraq termikidesorbsiya etmək olmur. Səbəbi poliuretanların 80-100°C temperaturdan başlayaraq yumuşalıb, əriməsidir.
Məhz bunun üçün sorbent doyandan sonra yenisi ilə əvəz olunmalıdır.
Dostları ilə paylaş: |