İtalyan dili ixtisası üzrə (Azərbaycan bölməsi) Tərcümə nəzəriyyəsi fənni üzrə



Yüklə 0,65 Mb.
səhifə2/8
tarix27.04.2018
ölçüsü0,65 Mb.
#49274
1   2   3   4   5   6   7   8

Şəkərli diabetin səbəbi – qanda insulinin hormonunun çatışmazlığı zamanı yaranmış qlükoza maddəsinin yüksək olmasıdır. 1-ci tip diabet vaxtı mədəaltı vəzi ümumiyyətlə insulinin istehsalını dayandırır, 2-ci tip diabet vaxtı isə insulinin ifrazı pozulduğuna görə xəstəlik yaranır. Qeyd edək ki, 90% xəstə məhz 2-ci tip diabet xəstəliyindən əziyyət çəkir. Piylənmədən əziyyət çəkən insanlarda artıq şəkərli diabet var və ya əgər onlar çəkilərini normallaşdırmasalar bu, yaxın vaxtlarda yaranacaq. Bundan başqa, şəkərli diabet növbəti simptomlarla da bilinir:


Yüksək susuzluq və sidik ifrazının artması.Sürətli çəki itkisi Dərinin qaşınması, Görmə qabiliyyətinin aşağı enməsi. Yaraların gec sağalması.  


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.


İlk növbədə cəmiyyətin inkişafının məhsulu olan hüquq sistemi mürəkkəb və çoxşaxəli hadisədir. O, cəmiyyətdə mövcud olan hüquqi hadisələrin bütün məcmusunu özündə birləşdirir. Belə ki, hüququn özü, hüquq mədəniyyəti, hüquqi tərbiyə, hüquq münasibətləri, hüquq qaydası, digər mühüm komponentlər hüquq sistemi anlayışına daxildir. Hüquq sisteminə daxil olan və yuxarıda sadalanan komponentlər öz əhəmiyyətinə, ictimai münasibətlərə və insanların davranışına təsir dərəcəsinə görə təbii olaraq eyni deyildirlər.

Beləliklə, ümumi qəbul olunmuş tərifə əsasən, hüquq sistemi – hər hansı bir dövlətin ərazisində qüvvədə olan hüquq normalarının vəhdətində və qarşılıqlı uzlaşmasında, habelə hüququn nisbətən müstəqil hissələrə bölünməsində ifadə olunan daxili struktur quruluşudur. Hər bir sistem kimi, hüquq sistemi də əsas əlamətlərlə ifadə olunur. Birincisi, hüquq sistemi özünün ilkin ünsürünü təşkil edən hüquq normalarının xaotik toplusu deyil, bütöv orqanik bir hüquqi hadisədir. Yəni o, insanların subyektiv mülahizələri əsasında deyil, məhz ictimai münasibətlərin müəyyən obyektiv amil və şərtləri altında yaranır və öz təşəkkülünü tapır. İkincisi, hüquq sistemi onu təşkil edən bütün sahə, institut və normaların sıx qarşılıqlı əlaqəsi ilə səciyyələnir.



  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hə r cür şərait yaradılmışdır. İlk dəfə  çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə söz, mətbuat, vicdan  azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir.

Ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edən  Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulmuşdur.

Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad  fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qəzet və jurnal, onlarla radio və televiziya  şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə  duran siyasi və ictimai təşkilatlara məxsusdur. Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə  edilməsi sahəsində müəyyən problemlər də mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur. 




  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.


Mülki hüquq - milli hüququn mühüm bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının alqı-satqı, əmlak kirayəsi, borc, habelə tapşırıq, saxlama və s. bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün bunlar indiki dövrdə - bazar iqtisadiyyatı dövründə mülki hüququn rolunun daha da artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır. Bu və ya digər hüquq sahəsinin metodu həmin sahə ilə tənzimlənən ictimai münasibətlərin xarakterindən, cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətdən, müvafiq ictimai münasibətlərin iştirakçılarının vəziyyətindən asılıdır. Mülki hüququn metodu - ictimai münasibətləri mülki-hüquqi tənzimetmə metodudur


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.


Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Çünki uşaqların hər biri dövlətin gələcəyidir. Azərbaycan Respublikasında uşaq hüquqları dövlətimizin nəzarəti altında fəaliyyət göstərir. Qeyd edək ki, bütün uşaqlar bərabər hüquqlara malikdir. Bəs uşaqlar öz huquqlarını bilirlərmi? Orta məktəbdə ən kiçikyaşlı şagirdlərin belə bu barədə ətraflı məlumatı varmı? Görəsən, Azərbaycan məktəbliləri hansı hüquqlara malik olduqlarını və onların nə kimi məqsədə xidmət etdiklərini bilirlərmi?

Uşaqların yaşamaq və inkişaf etmək, sağlamlıq, təhsil, ad və vətəndaşlıq almaq, vicdan, fikir və söz azadlığı, mənzil və digər huquqlari var.Uşağın cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə, oz xalqının və başqa xalqların ənənələrinə hörmətlə yanaşmaq və digər vəzifələrini var. Olkemizde usaqlar orta ümumi tehsil məktəblərində təhsil alır. Ümumi orta ümumi təhsil müvafiq təhsil proqramları (kurrikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey tipli məktəblərdə həyata keçirilir.


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin iyunun 18-də böyük dahi şəxsiyyət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu.

2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman — “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı.

Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.


Beynəlxalq antikorrupsiya fəaliyyətində azərbaycan mühüm rol oynayir

Dövlət başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Azərbaycan 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidentidir. 
Cari il oktyabrın 30-dan noyabrın 1-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Assosiasiyanın 8-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. 
Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. 
Ölkəmizin Assosiasiyanın işinə verdiyi dəyərli töhfələr nəzərə alınaraq 70-ə yaxın dövlətdən 250-dən artıq nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi mötəbər forumun açılışı Azərbaycanın ədliyyə nazirinə həvalə olunub. 
Nazir açılış nitqi ilə çıxış edərək korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin əhəmiyyətini, bu sahədə beynəlxalq təşkilatların, xüsusilə IAACA-nın rolunu, habelə maarifləndirmə işinin vacibliyini vurğulayıb.



  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Maykl Karpenter: Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır.

“Biz Azərbaycanla mövcud əməkdaşlığımızı yüksək qiymətləndiririk”.

Bu sözləri ABŞ-ın müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter deyib.

O, Azərbaycana səfəri zamanı baş nazirin müavini, müdafiə və xarici işlər nazirləri ilə görüşdüyünü qeyd edib.

“ABŞ Müdafiə Departamenti və Azərbaycanın təhlükəsizlik institutlarının uzunmüddətli əməkdaşlığını müzakirə etdik. Bizim Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bu, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biridir.

Biz terrorizmə, zorakı ekstremizmə qarşı mübarizədə,  təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Minnətdarıq ki, Azərbaycan dəstək məqsədi ilə sülhməramlılarını Əfqanıstana göndərir. Azərbaycan 11 sentyabr hadisəsi zamanı ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. O vaxtdan etibarlı tərəfdaş olaraq qalır”, - deyə Karpenter bildirib.

Maykl Karpenter deyib ki, ABŞ regionda təhlükəsizlik və sülhün təminatında maraqlıdır: “Bu ABŞ-ın uzunmüddətli marağıdır. 2002-ci ildən hərbi əməkdaşlıq üçün 60 milyon dollar vəsait sərf etmişik. Bizim bu sahədə dərin əməkdaşlığımız var”.




  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Prezident: İdmanımız inkişafımızın göstəricisidir.

“Azərbaycan idmanının inkişafı bizim ümumi inkişafımızın göstəricisidir”.

Bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham ƏliyevBraziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.

Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançısının mübarizə aparacağını vurğulayan dövlət başçısı bildirib ki, bu, ötən Olimpiadadakından çoxdur. İdmançılarımızın Olimpiadada ölkəmizi ləyaqətlə təmsil edəcəyinə əminliyini bildirən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, son dörd il ərzində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindirib və Vətənə böyük qələbələrlə qayıdıblar.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan idman dövlətidir. Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır.

Düşünülmüş siyasət, idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var, idmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların uğurları və onlara göstərilən dövlət qayğısıdır.




  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Ramiz Mehdiyevin kitabı italyan dilində çap olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin  kitabı italyan dilində çap olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb.

Bundan başqa, kitabda bölgədə ermənilərin xeyrinə həyata keçirilən demoqrafik dəyişikliklərdən, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin vəziyyətindən, beynəlxalq təşkilatların bu məsələdə tutduğu mövqedən, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyindən bəhs edilir.

Bu fundamental elmi əsərin italiyan dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və düzgün məlumatlar əldə etmək istəyən italiyan oxucular üçün dəyərli mənbə rolunu oynayacaq.


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Səfir: Əməkdaşlıq üçün yeni perspektivlər tapılmalıdır

Neftin qiymətinin aşağı düşdüyü zamanda əməkdaşlıq üçün yeni perspektivlər tapılmalıdır”.

Bunu 7-ci Azərbaycan-Rusiya forumu zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

“Energetika bazarındakı qeyri-sabitlik qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini kəskin aktuallaşdırdı. Bununla əlaqədar Rusiyanın şimalda və Baltik dənizindəki limanlarını Xəzər dənizi və Hind okeanının limanları ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı çərçivəsində genişmiqyaslı tranzit-logistika layihələr cəlbedicidir”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya regionlararası forumu ölkələr arasında gələcək əməkdaşlığın konturunu müəyyən edəcək:

“2016-ci ilin nəticələrinə görə, 19 region ilə 36 saziş imzalanıb. Azərbaycan və Rusiyadakı ənənəvi regional tərəfdaşlar arasında elmi-texnoloji və digər sahələrdə əlaqələrin uğurlu formatları işlənib hazırlanıb”.

Diplomat qeyd edib ki, Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan tərəfi hər bir regionun spesifik xüsusiyyətlərinin nəzərə alınmasıyla nümunəvi saziş layihəsinin yaradılmasını məqsədəuyğun sayır.

P.Bülbüloğlu Rusiya Federasiyasının subyektləri ilə ənənəvi əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib.




  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.


İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin son iki ildə atdığı mühüm addımlar kifayət qədər müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Dünyanı iqtisadi böhran bürüdüyü, neftin qiymətlərinin 3 dəfəyə yaxın aşağı düşdüyü bir dövrdə neft ölkəsi olan Azərbaycan məhz qeyri-neft sektorunun hesabına cari ili 4% iqtisadi artımla başa vurur.  Heç şübhəsiz ki, bu göstərici getdikcə daha da yüksələcək və Azərbaycan iqtisadiyyatın bütün sahələrindəki uğurları ilə öz şöhrətini daha da artıracaq. Bunun üçün ölkəmizin bütün imkanları, dövlət başçısının möhkəm iradəsi və buna söykənən tarixi çağırışları var. “Azərbaycanın gələcək iqtisadi inkişafını sənaye və kənd təsərrüfatı təmin edəcək” deyən Prezidentin Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışını yada salaq. Dövlət başçısı növbəti mərhələdə qarşımızda duran əsas fəaliyyət istiqamətlərini elmi araşdırmalarla zənginləşdirməyin vacibliyini vurğulayaraq Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tədqiqatlar üzərində işləməyə çağırdı. Sözsüz, Prezidentin bu çağırışlarında həm də təhsil işçilərinin payı var. Azərbaycanın yeni əsaslara və sahələrə söykənəcək gələcək iqtisadi inkişafından danışırıqsa, deməli, birinci növbədə təhsilin səviyyəsini artırmağın yolları barədə düşünməliyik. 


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

160-dan çox iş adamı Bakıya gəlir.

"Dünya Azərbaycanlı İş Adamlarının Forumuna təxminən 30 ölkədən - Rusiya Federasiyası, Türkiyə, ABŞ, Almaniya və digər ölkələrdən 160 nəfərdən çox iş adamının iştirakı, ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulub". Qeyd edilib ki, iş adamlarının siyahısı Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə məsləhətləşmələr əsasında hazırlanıb.

İqtisadiyyat Nazirliyi ilə birgə reallaşıdırılan Forumda ümumilikdə 300 nəfərdən çox qonağın iştirakı gözlənilir. Forumun məqsədi müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını ölkəmizə sərmayə qoymağa cəlb etmək və Dünya Azərbaycanlı İş Adamları Birliyini yaratmaqdır. Bundan başqa, İqtisadiyyat Nazirliyinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasna stimul verən amillər, əlavə imkanlar, əlverişli investisiya sahələrinə dair xüsusi təqdimatı olacaq. Eyni zamanda, tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının müxtəlif dövlət və hökumət nümayəndələri ilə görüşlərin təşkili də planlaşdırılır. Görüşlər və müzakirələr zamanı iş adamlarının səsləndirdiyi təkliflər, onların arzuları dinləniləcək və daha sonra müvafiq qurumlar tərəfindən müzakirə edilərək tədbirlər görüləcək.




  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Azərbaycan özəlləşdirmə prosesinə “PwC” şirkətini cəlb edir.

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsi məqsədilə “Pricewaterhouse Coopers” (PwC) beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. 

“İlin əvvəlindən etibarən dünyanın nüfuzlu dördlüyünə daxil olan beynəlxalq məsləhətçi şirkətlər, o cümlədən “PwC” ilə danışıqlar və qarşılıqlı məsləhətləşmələr aparılıb.

İmzalanmış memoranduma əsasən, “PwC” Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkili də həyata keçiriləcək.

Hazırda Komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlıq və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır. Özəlləşdirmənin yerli və xarici investorlar üçün daha cəlbedici formada həyata keçirilməsi məqsədi ilə qarşılıqlı məsləhətləşmələrə başlanıb.

İntensiv fikir mübadiləsi formatında keçirilən işgüzar görüşlər zamanı şirkət ekspertlərinin özəlləşdirmənin optimal üsulları, strateji sahələrin özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınır.


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Azərbaycanda daha 18 dövlət əmlakı özəlləşdirildi.

Büdcəyə 1,2 milyon manatdan çox vəsait cəlb ediləcək.Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün növbəti hərracı keçirib.Bugünkü hərracda ümumilikdə 18 əmlak özəlləşdirilib.

Hərrac nəticəsində 1,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək. Komitənin budəfəki hərracı rəqabətli keçib. Bir neçə qeyri-yaşayış sahəsinə verilən sifarişlərin çoxluğu səbəbindən bu əmlakların satışı üzrə hərraclar rəqabətli olub və ən yüksək qiyməti təklif edən qalib elan edilib.

Hərracda satılan istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Özəlləşdirilən iki kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdədir. Hərracda özəlləşdirilən “İmişli Pambıq” və “Neftçala Pambıq” səhmdar cəmiyyətləri ölkədə hazırda aktual olan pambıqçılıq sahəsinin inkişafı üçün perspektivli iri müəssisələrdir. Digər iri müəssisə isə Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi olub.

İnvestisiya qoyuluşu sayəsində özəlləşdirilən müəssisələrin tamamilə yenidən qurulması və müasir standartlara uyğun tam fəaliyyəti təmin ediləcək. Hərrac proseduruna əsasən, qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb.



  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xəritəsi hazırlanıb.

Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xəritəsi hazırlanıb.Xəritə Gürcüstan Dəmir Yolları İdarəsinin 144 illiyi münasibəti ilə hazırlanıb.

Xəritəni coğrafiyaşünas Giorgi Balaxadze tərtib edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün təşkil edəcək və nəticədə dəniz daşımaçılığına nisbətən yüklərin mənzil başına çatdırılması müddəti 2 dəfədən çox azalacaq. 

Bu bağlantı vasitəsilə yük daşımalarının həcmi 5-ci istismar ilindən sonra 3 milyon ton, sonrakı dövrlərdə isə 10 mln. ton və daha çox olacağı proqnozlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu isə 826 km-dir.


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

Xarici ticarət dövriyyəsinin müsbət saldosu yarıbayarı azalıb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən isə məhsul idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, xam neft və təbii qazın dəyəri nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 15 milyard 781,3 milyon dollar təşkil edib.

Ticarət dövriyyəsinin 38,3%-i Avropa İttifaqı, 12,1%-i MDB, 49,6%-i isə digər ölkələrin payına düşüb. İxracın strukturunda xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağları, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri , oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib. Bu məhsullar idxal prosessində üstünlük təşkil edir.


  1. Verilmiş mətni Azərbaycan dilindən italyan dilinə tərcümə edin.

İlham Əliyev: Azərbaycan iqtisadiyyatında neft və qazın payı hazırda 30 faizdir

“Azərbaycan iqtisadiyyatında hazırda neft və qazın payı 30 faizdir.Bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, Azərbaycan enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş aparır:  “Enerji siyasətimiz imkan verdi ki, Azərbaycan özü də xarici ölkələrə sərmayə qoysun. Müstəqilliyimizin ilk illərində Azərbaycan sərmayə baxımından xaricdən asılı idi. Biz indi özümüz xarici ölkələrə, o cümlədən Türkiyəyə sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. dollar təşkil edir. Bu gün enerji məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki enerji resursları və geniş ixrac şəbəkəsi bizdə var. Biz qarşılıqlı fayda əsasında işimizi qururuq”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki:

“Azərbaycan Türkiyənin inkişafına sevinir.Türkiyə və Azərbaycanın münasibətləri barədə təkcə onu xatırlatmaq istəyirəm ki, Türkiyə “20-lər” Sammitinə basqa bir ölkə dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi”




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin