IX. Az
ərbaycanın qədim və orta əsrlər şəhər və əhalisi tarixi mənbələrdə
Şərqin qapısında yerləşən, qədim və zəngin tarixə malik olan Azərbaycan
haqqında bir çox mənbələrdə məlumatlar vardır. Bu mənbələrdə ulu əcdadlarımızın
Az
ərbaycanın inkişafı, tərəqqisi, abadlaşması üçün yorulmadan sərf etdikləri zəhmət, o
cüml
ədən vətənimizin istiqlaliyyəti uğrunda apardıqları mübarizə öz əksini geniş surətdə
tapmışdır.
Tarixi m
ənbələrdə Azərbaycanın ən qədim zamanlardan çox sıx məskunlaşmış
bir m
əmləkət olması, zəngin şəhər mədəniyyətinə malik ölkə kimi seçilməsi haqqında
m
əlumatlar verilir.
Misal üçün, Aşşurbanipalın «B» silindrindəki yazısında e.ə 669-631-ci illərdə
Assuriyada hökmdar olmuş Aşşurbanipalın Mannaya hərbi təcavüzündən bəhs edilir.
Sözüged
ən mənbədə Aşşurbanipal Mannada törətdiyi qarətlərdən, dağıntılardan
ağızdolusu danışarkən, viran qoyduğu ölkənin çoxlu şəhərlərə, yaşayış məntəqələrinə
malik olduğunu da bildirir: “...Mən Mannalılar ölkəsinə soxuldum, ... Ayusiaş qalasını,
Paşa, Busutu, Aşdiaş, Urkmiyamun, Uppiş, Sihua, Naziniri məntəqələrini - səkkiz
möhk
əmləndirilmiş şəhəri saysız-hesabsız yaşayış məntəqələri ilə birlikdə ələ keçirdim,
İzirtunun özünə kimi gedib çıxdım” (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. s.12).
M
ənbədən gətirilən iqtibasda Mannanın saysız-hesabsız yaşayış məntəqələrinə,
çoxlu möhk
əmləndirilmiş şəhərlərə malik olması buranın ən qədim dövrlərdən sıx
m
əskunlaşmış əhaliyə malik bir ölkə olmasını təsdiqləyir.
M
ənbədə Mannanın iri şəhərləri ətrafında yaşayış məntəqələrinin xatırlanması
is
ə bir növ müasir dövrdə iri meqapolislərin kiçik (lakin dövrünə görə böyük) modelini
xatırladır: “... Mən onun (yəni Mannanın) möhkəmləndirilmiş şəhərləri İzirtu, Urmeyate
v
ə Uzbianı mühasirə etdim, bu şəhərlərdə yaşayan adamları mən dövrəyə aldım və
onların ürəyini qopartdım, bu vilayəti mən fəth etdim, yaşayış məntəqələrini dağıtdım,
uçurdum, yandırdım” (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. s.12).
Mannanın adı çəkilən yaşayış məntəqələrində əhalinin sıx məskunlaşmasını
Aşşurbanipalın: “Bu yeri 15 gün içində boşaltdım, xaraba qoydum” – deyə, söyləməsi də
sübut edir. Y
əni təcavüzkarın böyük bir ordu ilə sözügedən şəhər və yaşayış
m
əntəqələrinin əhalisini yaşadıqları yerlərdən didərgin salması üçün iki həftədən artıq
bir vaxtın lazım olması daha Mannanın çoxsaylı əhaliyə malik ölkə olduğunu aydın
şəkildə göstərir. Elə Aşşurbanipal: “... Bu hücumda mən onun Erişteyana şəhərini
xaraba qoydum, onun bütün ölk
əsini kiçiltdim” – deyəndə, yəqin ki, qətliamlar və talanlar
n
əticəsində ölkə əhalisinin sayca azalmasını nəzərdə tuturdu.
E.
ə 786-760-cı illərdə Urartu hökmdarı olmuş Ι Argişti də Mannaya hərbi yürüşü
zamanı ölkə əhalisini məruz qoyduğu müsibət və fəlakətlərdən ağızdolusu danışır: “...
Ölk
əni mən dağıtdım, şəhərləri mən yandırdım, 3270 adamın hamısını mən öldürdüm,
başqalarını diri apardım” (Меликишвили Г.А «Урартские клинообразные надписи»
М.1960 s.247-246).
V
ə yaxud Ι Argiştinin oğlu ΙΙ Sarduri (e.ə 760-730) Mannanın Puladi vilayətinə
qar
ətçi yürüşlərindən bəhs edərkən: “Mən 21 qala fəth etdim, 45 və yaxud 44 şəhəri bir
gün
ərzində zəbt etdim”- deyə öyünür.
Sözüged
ən dövrdə Manna dövlətinin tez-tez Urartu və Assuriya dövlətlərinin
dagıdıcı yürüşlərinə məruz qaldıgını nəzərə alsaq, o zaman Mannadakı insan tələfatını
t
əsəvvür etmək elə də çətin olmaz. Məhz bu səbəbdən də Manna hökmdarları Assuriya
yönümlü siyas
ət yeridərək, ölkədə mərkəzi hakimiyyətin gücləndirilməsində maraqlı
idil
ər.Belə bir siyasi xəttin yeridilməsi ilk növbədə ölkənin iqtisadi potensialının bərpası
v
ə insan resurslarının qorunub saxlanılması üçün olduqca vacib idi.
Dem
əli, artıq ən qədim dövrlərdən üzü bəri istər, daxili istərsə də xarici siyasət
m
əsələlərində ölkənin demoqrafik maraqları aparıcı istiqamətlərdən biri kimi çıxış
etmişdir.
Antik dövr
ə dair mənbələrdə də Azərbaycanın şəhərləri və əhalisi haqqında son
d
ərəcə dolğun məlumatlar vardır. Bu məlumatların böyük əksəriyyəti istər Albaniya,
ist
ərsə də Atropatenadan bəhs edərkən əhalinin cəsurluğundan və zəhmətsevərliyindən
b
əhs edirlər.
M
əsələn, Misirli Dionisi Perieqet “Yeri məskunlaşdıran əhali” əsərində yazır:
“Nəhəng Xəzərin ümumi görünüşü yumrulanmış çevrə kimidir. ...Mən onun ətrafında
Şimal-şərqdən üzü bəri yaşayan tayfaların hamısından danışacağam. Birincisi, Xəzər
d
ənizi ətrafında skiflərdir, sonra unnlar, ardınca isə kaspilər, onların ardınca isə dağlıq
ölk
ədə yaşayan cəsur, döyüşkən albanlar və kadusilər gəlirlər” (К.Алиев. «Античные
источники по истории Азербайджана» Баку 1987 s.93).
Qay Yuliy Solin “Nailiyyətlər məcmusu” əsərində ölkəmizdən bəhs edərkən: “Bura
əhali baxımından çox sıx məskunlaşmış bir yerdir” – deyə yazır (К.Алиев.adi çək.kit.
s.93).
Portlu İppolit “Törəməyə dair kitab” əsərində maq, kaspi və albanları öz dilləri
olan xalqlar adlandıraraq: “Albanlar Kaspi qapıları tərəfdə yaşayırlar, yaxud Kaspi
qapılarının ağzında yaşayırlar” – deyə yazır.
Strabon özünün “Coğrafiya” əsərində Atropatenadan bəhs edərkən yazırdı:
“Orada adamlar gözəlliyi və hündür boyu ilə seçilirlər, eyni zamanda onlar
ür
əyiaçıqdırlar, xırdaçı deyildirlər” (К.Алиев. adi çək.kit. s.17-35).
Strabon Midiyalılardan danışarkən, xüsusilə də dağlıq Midiyada hökmdarlar
arasında çoxarvadlılığın yayılmasından ayrıca olaraq bəhs etmişdir.
Strabon yazırdı ki, dağlıq Midiyada bu adət hamıya aid edilir və onlara beş
arvaddan az arvad almağa icazə verilmirdi. Elə beşdən az kişisi olan qadınlar da bunu
özl
əri üçün bədbəxtlik hesab edirdilər.
Antik mü
əlliflərdən Polibi də əhali ilə bağlı Strabonun fikrini davam edərək
Midiyanı Asiyada həm ərazisinin böyüklüyünə, həm də əhalisinin çoxluğuna görə ən
qüdr
ətli dövlət hesab etmişdir (К.Алиев. adi çək.kit. səh.16).
Klavdi Ptolomey antik dövr Qafqaz Albaniyasından bəhs edərkən burada 29
şəhər və yaşayış məntəqələrinin mövcudluğundan söhbət açmış, onların coğrafi
koordinatlarını göstərmişdir.
Qeyd etm
ək lazımdır ki, mənbələr bir sıra Azərbaycan şəhərlərinin, xüsusilə
B
ərdə, Şamaxı, Şabran, Dərbənd, Beyləqan, Qəbələ və s. Sasani hökmdarlarının,
xüsus
ən də Ənuşirəvanın dövründə tikilməsindən xəbər versələr də, əslində həmin
şəhərlərin böyük əksəriyyətinin hələ antik dövrlərdə mövcud olan şəhərlərin yerində
yenid
ən tikilərək bərpa olunması haqqında da çoxlu elmi faktlar məlumdur.
Misal üçün, C
ənubi Qafqazda Gəncə-Qarabağ mədəniyyəti adı ilə məşhur olan
z
əngin arxeoloji mədəniyyətin mərkəzi rayonlarından olan Gəncəçay vadisi, o cümlədən
G
əncə şəhərinin ərazisində aşkar olunan arxeoloji abidələr (Kurqan qəbirlər və s.). Son
Tunc v
ə İlk Dəmir dövrünə (e.ə XΙΙΙ-XΙΙ əsrlərə) aid bu mədəniyyətin bünövrəsi əsasında
burada oturaq h
əyatın sonrakı, daha güclü və ardıcıl inkişafı üçün möhkəm zəmin
yaranmışdır. Arxeoloqlar dəqiq müəyyən etmişlər ki, Gəncəçay vadisində qədim və orta
əsrlərdə mövcud olmuş ən möhtəşəm yaşayış məskəni köhnə Gəncə şəhərinin yeri
o
lmuşdur (Q.Əhmədov, S.Onullahi «Gəncənin qədim və orta əsrlər tarixi» , Gəncə adlı
elmi m
əqalələr toplusu. B., 1994 s.3-33).
Yaxud, Naxçıvan şəhərinin Azərbaycanda orta tunc dövründə meydana gəlməsi
hamıya yaxşı məlumdur. Və yaxud orta əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi
baxımdan ən qüdrətli şəhərlərindən olan Təbrizin adı ΙΙ Sarqonun kitabəsində Tarui-
Tarmakisi kimi ç
əkilir.
ΙΙ Sarqon hakimiyyətinin yeddinci ilində (e.ə. 717) Manna ölkəsinə daxil olur. O,
Uşkayanı aldıqdan sonra Bari mahalında yerləşən Tarui-Tarmakisi qalasına gəlir və
artıq həmin dövrdə buranı varlı və möhkəm yaşayış yeri, qalası kimi təsvir edir:
“Beləliklə, e.ə VΙΙΙ əsrdə Təbriz abad bir şəhər olduğu halda, ΙΙ Sarqonun oraya yürüşü
n
əticəsində tamamilə dağılmış, sonralar yenidən bərpa olunaraq eramızın ΙΙΙ-ΙV
əsrlərində böyük şəhərə çevrilmişdir (Onullahi S.M. XΙΙΙ-XVΙΙ əsrlərdə Təbriz şəhərinin
tarixi. B., 1982. s.37).
Adları çəkilən Azərbaycan şəhərləri sonrakı dövr tarixi qaynaqlarında da sosial-
iqtisadi baxımdan inkişaf etmiş, sıx məskunlaşmış yaşayış məskənləri kimi xatırlanır.
VΙΙ əsrdən başlayaraq: “Ərəb istilası ilə əlaqədar tarixi Azərbaycan ərazisində
aparılan hərbi əməliyyatlar şəhər və kəndlərə böyük ziyan vurdu. Yaxın Şərqdəki bir çox
şəhərləri nisbətən asanlıqla, «iqtisadiyyata ciddi zərər yetirmədən» tutan ərəblər
Az
ərbaycan şəhərlərinin əksəriyyətində kəskin müqavimətlə rastlaşdılar. Şəhər
t
əsərrüfatına dəyən böyük zərər nəticəsində bir sıra şəhərlər tənəzzül etdi” (N.Vəlixanlı
Ərəb xilafəti və Azərbaycan B., 1993 s.79).
Ərəb mənbələrində, xüsusən də ΙX-X əsr ərəb müəllifləri –İbn Xordadbeh, Əl
İstəxri, əl-Müqəddəsi və b. əsərlərində Azərbaycanın çoxlu sayda şəhər və kəndlərinin,
yaşayış məntəqələrinin adları çəkilir.
Ərəb tarixçiləri bir çox Azərbaycan şəhərlərinin, əsasən Sasani hökmdarları Ι
Qubad (446-531) v
ə onun oğlu Xosrov Ənuşirəvanın (531-578) göstərişi ilə salındığını
bildirirl
ər. Halbuki, irəlidə Gəncə, Təbriz, Naxçıvanla bağlı misallarda Azərbaycan
şəhərlərinin hələ e.ə Ι minilliyin ilk əsrlərindən, yaxud daha qədim dövrlərdən mövcud
olması haqqında məlumat verilmişdi.
T
əqribən ΙX əsrdən başlayaraq, nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən
böyük şəhəri, mənbələrin «Arranın anası» adlandırdığı Bərdə idi.
Müq
əddəsi Bərdə şəhəri haqqında xüsusi bəhs edərək yazır ki: «Bərdə böyük,
kvadrat şəklində düzənlikdə yerləşmiş bir şəhərdir».
“Bu şəhər həmin vilayətin Bağdadıdır. Bərdə çox gözəl şəhərdir, lakin onun ətrafı artıq
dağılmışdır, şəhərin əhalisinin miqdarı azalmışdır” (M.Şərifli ΙX əsrin ΙΙ yarısı XΙ əsrlərdə
Az
ərbaycan feodal dövlətləri. B., 1978 s. 299).
Ərəb tarixçilərinin verdiyi məlumatlardan Bərdənin Yaxın Şərq şəhərləri içərisində
yüks
ək mövqe tutduğu bəlli olur.
İstəxri Bərdə şəhərindən bəhs edərək: “Bərdə çox böyük şəhərdir, onun eni və uzunu bir
f
ərsəxdir” – deyə yazır. Nəzərə alsaq ki, bir fərsəx atın bir saatda getdiyi yolun
uzunluğuna bərabərdir, onda Bərdə şəhərinin eni və uzununun 7-8 km olması bəlli olar”
(Qeyd, at bir saatda t
əxminən 12 min addım atır və yaxud 12 min addımlıq yol gedir. Bu
da orta hesabla 6-8 km-
ə bərabərdir). Müəllif sözünə davam edərək yazır: “Xəzinə
Suriyada olduğu kimi, Bərdədə də Cümə məscidindədir. Xəzinə xüsusi örtük və dəmir
qapı ilə bağlanır, o, 9 sütun üzərində durur. Hakimin sarayı Cümə məscidi ilə bir
sıradadır” (M.Şərifli ΙX əsrin ΙΙ yarısı XΙ əsrlərdə Azərbaycan feodal dövlətləri. B., 1978.
s.298).
M
əhz bu xüsusiyyətlərinə görə ibn Havqəl: “Bərdə şəhəri Arranın anası və bu ölkələrin
ən gözəl hissəsidir... Şəhər iqlimin sağlamlığı, əkinlərinin məhsuldarlığı, meyvələrinin,
ağacların və çayların bolluğu sayəsində gözəl vəziyyətdədir” (M.Şərifli ΙX əsrin ΙΙ yarısı
XΙ əsrlərdə Azərbaycan feodal dövlətləri. B., 1978. s.298).
T
əbii ki, Bərdə şəhərinin yuxarıda sadalanan xüsusiyyətləri – sağlam iqlimi, bol ərzaq və
maliyy
ə resursları, statusu burada əhalinin məskunlaşmasına, təbii artımına əlverişli
şərait yaradırdı. “Təqribi hesablamalara görə ΙX-X əsrlərdə burada yüz minədək əhali
yaşayırdı.” (N.Vəlixanlı Ərəb xilafəti və Azərbaycan B., 1993.s.85)
S
əlcuq sultanlarından Alp Arslanın və onun oglu Məlikşahın vəziri olmuş, bir neçə ölkəni
özünd
ə birləşdirən əzəmətli Səlcuq dövlətinin otuz il ərzində, demək olar ki, bütün
ixtiyaratını öz əlinə keçirmiş yüksək idarəetmə məharəti ilə böyük şöhrət tapmış Xacə
Nizamülmülk H
əsən ibn Əliyə görə,dövləti idarə edən Şah əhalinin dinc asayişini, rahat
yaşayışını, məskunlaşmasını təmin etmək üçün ən zəruri tədbirləri həyata
keçirm
əlidir.Başqa sözlə desək, Nizamülmülkə görə Şah-dünyanın abadlıgı ilə məşgul
olmalı, kəhrizlər çəkdirməli, arxlar qazdırmalı, böyük çaylar üzərində körpülər
saldırmalı,kəndləri abad etməli, qalalar ucaltmalı,yeni şəhərlər saldırmalı, yüksək
binalar, göz
əl malikanələr tikdirməli, böyük cadələrdə (karvan yollarında) karvansaralar
yaradılmasına əmr etməlidir.(Nizamülmülk Siyasətnamə. B., Elm. 1989 s. 33)
Nizamülmülk m
əmurların xalqla mədəni rəftarına da yüksək diqqət yetirmişdir:’’Iqtası
olan iqtadarlar bilm
əlidirlər ki, onların rəiyyət üzərindəki haqqları yalnız ondan ibarətdir
ki, onlara h
əvalə edilmiş vergiləri rəiyyətdən xoşluqla alsınlar.Aldılarmı, onların canları,
malları, arvad-uşaqları əmin-amanlıqda olmalıdır. Ev-eşiklərinə dəyilməməlidir.İqtadarlar
onların yolu üzərində maneə olmamalıdırlar.’’(Nizamülmülk adı.çək.kit.s.49.)
Bundan basqa Nizamülmülk
əhalinin məskunlaşdıgı yerləri tərk etməməsi üçün,
m
əmurlara tövsiyə edərərək yazırdı ki, rəiyyətdən biri yoxsullasıb, öküzə, toxuma
ehtiyacı olsa, ona əl tutub borc vermək, yükünü yüngülləşdirmək lazımdır ki, yerində
qalsin, evini t
ərk edib, qürbət vilayətlərə getməsin. Rəiyyətdən nə isə artıq alınsa, onu
d
ərhal geri qaytarmaq və rəiyyətə verdirmək lazımdır. (Nizamülmülk adı.çək.kit.s.87.)
Monqol hücumu
ərəfəsində və bilavasitə hücumlar dövründə (1213 və 1220-ci illərdə)
Az
ərbaycanda olmuş Yaqut əl Həməvi «Mucam əl-Buldən» adlı əsərində özündən
əvvəlki müəlliflərin Bərdə haqqındakı məlumatını versə də, bu məlumatı köhnəlmiş
hesab ed
ərək yazırdı: “Mən deyirəm ki, Bərdənin bu təsviri qədim dövrə aiddir. İndi isə o
deyil
ənlərdən bir şey qalmayıb... İndi Bərdədə kəndlərdəki kimi adam azdır” (Йакут Ал-
Хамави. Муджам Ал-Булдан Б., 1983 s.20).
Az
ərbaycan şəhərləri xalqımızın başına gələn bir çox müsibət və fəlakətlərin şahidləri
olmuş, bəzən yağı düşmənin amansız təcavüzü nəticəsində tamamilə boşalmış,
xarabazara çevrilmişlər. Lakin ən ağır sınaqlardan üzü ağ çıxmış, yenidən
m
əskunlaşmışlar. İbn əl-Əsir «Əl-kamil fi-t-tarix» əsərində monqolların Azərbaycana
birinci yürüşü zamanı Beyləqanda törətdikləri müsibətlərdən bəhs edərək yazır:
“Tatarlar 1221-ci ilin Ramazan ayının 6-da şəhəri zorla aldılar. Qılıncı sıyırıb kiçik,
böyük v
ə arvad buraxmadılar. Hamısını qırdılar. Hətta hamilə arvadların qarınlarını
yarıb, çağalarını çıxartdılar və öldürdülər. Özləri də arvadları zorlayıb sonra öldürdülər.
Onlar b
əzən bir evin qapısından girir, orada olan adamları bir-bir öldürür və arxayın
olurdular”. (Ибн-Ал-Асир. Тарих-Ал-Камил. Б., 1940. s.140).
M
ənbədə monqolların Beyləqan şəhərinin nümunəsində Azərbaycanda az qala total
q
ətliamlar törətdiyi aydın şəkildə görünür. Lakin diqqəti cəlb edən məqam Azərbaycan
şəhərlərinin hətta belə böyük insan itkilərindən sonra demoqrafik kompensasiyanı çox
da böyük olmayan zaman k
əsiyində bərpa edə bilməsidir. Yenə də Beyləqan şəhərinin
timsalında demoqrafik kompensasiyanın necə baş verməsinə nəzər saldıqda bu fakta
heyr
ətlənməyə bilmirsən.
İbn əl-Əsir sözügedən əsərində yazır: “... Yuxarıda söylədiyimiz kimi, bu şəhəri (yəni
Beyl
əqanı) tatarlar dağıtmış və qarət etmişdilər. Tatarlar buradan çıxıb Qıpçaq
vilay
ətinə getdilər. Sağ qalan beyləqanlılar qayıdıb gəlmiş və bacardıqları qədər tikililəri
yenid
ən bərpa etməyə müvəffəq olmuşdular”. (Ибн-Ал-Асир. Тарих-Ал-Камил. Б.,
1940. s. 148).
Bu heyr
ətamiz faktı Yaqut əl-Həməvi də sözügedən əsərində xüsusi olaraq qeyd
etmişdir: “Hicri 617-ci ildə (1220) tatarlar şəhərdə qarşılarına çıxan hər kəsi qətlə
yetirdil
ər, talan etdilər, sonra da yanğın törədib şəhəri oda qaladılar. Lakin onlar şəhəri
t
ərk edəndən dərhal sonra onun (Beyləqanın kursiv bizimdir.) sakinləri geri qayıtdılar.
Bir q
ədər sonra digər qaçqınlar da qayıdanlara qoşularaq geri döndülər. Ona görə də
şəhər yenidən əhali ilə məskunlaşmışdır” (Йакут Ал-Хамави. Муджам Ал-Булдан. Б.,
1983 s.21).
Orta
əsr mənbələri Azərbaycan şəhərlərinin maliyyə baxımından da kifayət qədər
t
əminatlı olmasını qeyd edirlər. Bir sıra şəhərlərimizdə yeraltı təbii sərvətlərimizin
bolluğu həmin şəhərlərin sosial-iqtisadi və demoqrafik durumuna təbii ki, çox ciddi təsir
göst
ərirdi: “... Sonra dağlardan keçib Azərbaycana qayıtdım və Muğana çatdım. Mən
böyük T
əbəristan dənizinin sahili ilə Şirvan vilayətlərindən olan Bakuya adlı yerə gəlib
çatanacan 80 f
ərsəx ağacların altı ilə getdim. Burada neft mənbəyi aşkar etdim. Onun
günd
əlik icarə haqqı (qəbələsi) 1000 dirhəmdir. Bunun yanında başqa bir mənbə də
vardı, ağ neft zanbaq yağı kimi axırdı” (N.Vəlixanlı Ərəb xilafəti və Azərbaycan B., 1993
s.108). M
əhz Bakının neft və duz kimi təbii sərvətləri, Xəzər dənizində son dərəcə
əlverişli buxtada yerləşməsi bu şəhərin sonrakı siyasi taleyində heç də az rol
oynamamışdı. Misal üçün 1723-cü ildə rus generalı Matyuşkin Bakını ələ keçirməzdən
əvvəl, ΙΙ Təhmasib Astara və Ərdəbil hakimlərinə Bakıya azuqə, qurğuşun, barıt
gönd
ərmək barədə göstəriş vermişdi. ΙΙ Təhmasib strateji və ticarət mövqeyindən əlavə,
neft v
ə duz hesabına böyük gəlir mənbəyinə malik Bakını heç cür əlindən vermək
ist
əmirdi: “Bunu xatırlatmaq kifayətdir ki, qala rusların əlinə keçdikdən sonra onlar hər il
dig
ər vergilərdən əlavə, yalnız Bakının nefti və duzu hesabına hər il 50 min manata
yaxın gəlir əldə edirdilər” (Musəvi T.M. Bakı tarixinə dair orta əsr sənədləri. B., 1967.
s.36).
Q
ədim və orta əsr mənbələrində Azərbaycan şəhərlərinin yaranma və inkişaf tarixinə
dair m
əlumatları diqqətlə öyrənib təhlil etdikdə həmin şəhərlərin əmələ gəlməsində rol
oynayan çoxsaylı amillərdən, yaxud səbəblərdən birinin daha mühüm əhəmiyyət kəsb
etm
əsi qənaətinə gəlirsən: “Keçmişdə belə amillər bazarlar (Bərdə), strateji
möhk
əmlənmiş qalalar (Qəbələ, Dərbənd, Şamaxı), müqəddəs sayılan ibadətgahlar
(Ərdəbil) və s. olmuşdur” (V.Muradov.Orta əsr Azərbaycan şəhərləri. B., 1983 s.91).
X
əsr ərəb tarixçi və coğrafiyaçılarının verdikləri məlumatlara görə Ərdəbil Azərbaycanın
ən böyük şəhəri olmuşdur... Şəhərin uzunluğu üçdə iki fərsəx, eni də elə bir o qədər
olmuşdur.
Feodal Az
ərbaycanının ən böyük ibadətgahı Şeyx Səfinin Ərdəbildəki dini kompleksi idi.
M
əhz bu amil Ərdəbili gələcəkdə yaradılan Səfəvi dövlətinin ideoloji mərkəzinə
çevir
əcəkdi.
Şəhərin içərisindən axan çay onun plan kompozisiyasında iştirak etmiş, mikroiqliminə
yaxşı təsir göstərmiş, yaşıllığa bürünmüş abad küçələri ilə birlikdə tikintinin estetik
d
əyərini artırmışdır (V.Muradov.Orta əsr Azərbaycan şəhərləri. B., 1983 s.94).
Görünür, m
əhz bu və ya digər amillər Ərdəbili sıx məskunlaşmış yaşayış
m
əskənlərindən birinə çevirmiş, şəhər ağır tarixi sınaqlar zamanı dağıdılsa da, əhalisi
onu müv
əqqəti tərk etsə də yenidən məskunlaşdırmışdır.
Ərdəbilin monqolların hücumundan sonrakı vəziyyətindən danışarkən Yaqut əl-Həməvi:
“Mən şəhəri tərk edəndən sonra tatarlar ora hücum etdilər... Şəhəri ələ keçirən tatarlar
müs
əlmanlara həmlə edərək heç kəsi sağ buraxmadılar. Yalnız qaçıb gizlənənlər
canlarını qurtara bildilər. Tatarlar şəhəri tərk edib viran qoyandan sonra, ora uzun
müdd
ət bir nəfər insanın belə yaşamadığı xarabazara çevrildi. Ancaq indi ora yenidən
əvvəlki simasına qayıdıb, hətta daha yaxşı olub” (Йакут Ал-Хамави. Муджам Ал-
Булдан. Б., 1983 s.12).
Avropa şəhərlərindən fərqli olaraq Azərbaycanın feodal şəhərlərində yeni müdafiə xətti
tikil
ərkən köhnəsi dağıdılmadığına görə bir neçə müdafiə xətti əmələ gəlirdi: “Hələ XVΙΙ
əsrin ikinci yarısında Bakı şəhərinin aralarında 15 addım məsafə olan iki: daxili və xarici
divarları var idi. ... Şəhərin böyüməsi ilə əlaqədar olaraq xarici divarlar 1883-cü ildə
sökülmüşdür” (V.Muradov.Orta əsr Azərbaycan şəhərləri. B., 1983 s.28).
Qeyd etm
ək lazımdır ki, etibarlı müdafiə divarları ilə əhatə olunmuş, kifayət qədər
etibarlı sədlərlə möhkəmləndirilmiş şəhərlər insanlarda təhlükəsizliklərinə inam hissi
yaratdığına görə həmişə sıx məskunlaşmışlar. Hətta divarların çəkilişinin şəhərin
sah
əsini müəyyən qədər azaltması da əhalinin sıx məskunlaşmasının qarşısını ala
bilmirdi. Siyasi sabitliyin tez-
tez pozulduğu orta əsrlərdə hamı təhlükəsiz məkanda,
yaxud
qala divarlarının daxilində yaşamaq istəyirdi.
Az
ərbaycan xalqı həmişə doğulub boya-başa çatdığı elinə-obasına, kəndinə, şəhərinə
sıx şəkildə bağlı olub. Elə məhz bu səbəbdəndir ki, orta əsr şəhərlərimiz hətta müdafiə
s
əddinə malik olmadıqda belə, düşmən belə şəhərləri yerlə-yeksan etdikdə belə, bu
şəhərlərimiz yenidən qısa zaman kəsiyində məskunlaşıb.
Az
ərbaycanın orta əsrlərdə mövcud olmuş demək olar ki, bir çox, yaxud bütün şəhərləri
q
ədim yaşayış yerlərinin yerində meydana gəlmişdir. Misal üçün, Azərbaycanın ən
q
ədim və böyük mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərinin yerində e.ə ΙV-ΙΙΙ
əsrlərdə yaşayış yeri olmuşdur. Sasani hökmdarı burada mövcud olan qədim yaşayış
yerini b
ərpa etdiyinə görə şəhərin salınması da onun adı ilə əlaqələndirilir.
Ümumiyy
ətlə istər ərəb, istərsə də fars mənbələrində Azərbaycan şəhərlərinin
salınmasında Sasani hökmdarlarının adları daha çox hallanır. Misal üçün, Əl-Bəlazuri Ι
Qubadın 360 şəhər saldığını xüsusi olaraq qeyd etmişdir.
XΙΙΙ əsrin anonim müəllifi «Əcaib əd-dünya» əsərində Azərbaycan şəhərlərini abad, hər
cür h
əyat vasitələrilə gen-bol təchiz edilmiş, bu səbəbdən də yaxşı məskunlaşmış
yaşayış məskənləri kimi təsvir edir. Belə ki, anonim müəllif Dərbəndi geniş şəhər kimi
t
əsvir edir. Şabrandan bəhs edərkən: “... Hər cür neməti boldur” , Şəmkirdən bəhs
ed
ərkən: “Burada əncir, nar, yemiş, kahı boldur” – deyə, söyləyir.
Anonim mü
əllif Naxçıvandan bəhs edərkən isə bu şəhərin əhali ilə sıx məskunlaşmış
bir yaşayış yeri olmasını xüsusi olaraq vurğulayır: “Naxçıvan – bu, yaxşı
möhk
əmləndirilmiş, yüksəkdə yerləşən, böyük və əhalisi sıx olan Azərbaycan
şəhəridir”.
Mü
əllif fikrinə davam edərək, Naxçıvanı dövrünün ən qabaqcıl şəhərlərindən biri kimi
t
əsvir edir: “Burada çoxlu saraylar, köşklər, eyvanlar vardır. Şəhərin kənarında daşdan
tikilmiş qala, qalanın içərisində isə mədrəsə və məscid inşa edilmişdir. Qalada suyu çox
göz
əl olan çeşmə də vardır... Şəhərin ətrafında yaxşı axar su, bağlar və çoxlu yaşıllıqlar
vardır”. Təbii ki, müəllifin şəhər haqqında söylədikləri burada əhalinin sıx
m
əskunlaşması üçün bütün amillərin olmasını aydın şəkildə göstərir. Məhz ona görə də
mü
əllif şəhərin məskunlaşması ilə bağlı fikrini belə tamamlayır: “Deyirlər ki, yer üzündə
bu şəhər kimi əhalisi olan, belə sıx məskunlaşmış şəhər yoxdur” (Ализаде А.
Социально-экономическая и политическая история Азербайджана в XΙΙΙ-XΙVвв. Б.,
1956. s.52).
«Əcaib-əd-dünya»nın müəllifi Gəncə və Təbriz şəhərlərini də yaşayış üçün son dərəcə
əlverişli yaşayış məskənləri kimi təqdim edir: “Gəncə məskunlaşmış və çiçəklənən
şəhərdir. ... Onun insanları bacarıqlı və iti zəkalıdırlar”, yaxud: “Təbriz Azərbaycanda
böyük şəhərdir. Eldəgizin şanlı hakimiyyəti illərində paytaxt elan edilən bu şəhərdə
dünyanın hər bir yerindən əcnəbilər gələrək məskunlaşmışlar.” – deyə, söyləyən müəllif
sözüged
ən şəhərlərin sıx məskunlaşmış şəhərlər olduğunu nəzərə çatdırmışdır
(Ализаде А. Социально-экономическая и политическая история Азербайджана в
XΙΙΙ-XΙVвв. Б., 1956. səh.49-50).
Sonrakı dövrlərdə də istər Gəncədə və Təbrizdə, istərsə də digər şəhərlərdə əhalinin
t
əbii artımının inkişaf dinamikası həqiqətən də tarixən Azərbaycanın təkcə yüksək
şəhərsalma və şəhər mədəniyyətinə deyil, eləcə də bütövlükdə əhali məskunlaşması
üçün lazım olan bütün təbii imkanlara, zəngin ehtiyatlara, böyük potensiala malik
olduğunu bir daha konkret tarixi faktlarla sübuta yetirir. Məsələn, 1648-ci ildə Təbrizdə
olmuş fransız səyyahı Aleksandr do Rud yazırdı: “İranda səyahətdə olduğum zaman
m
ən Təbriz kimi möhtəşəm, əhalisi zəngin olan şəhər görmədim”.
1673-cü ild
ə Təbrizdə olmuş Fransız səyyahı Şardən yazırdı: “Bu, yerinə, böyüklüyünə,
z
ənginliyinə, ticarətinə, əhalisinin sayına görə Səfəvilərin ikinci şəhəridir” (J.Şardən.
S
əyahətnamə. B., 1994.s 72).
Şardənin Təbrizin əhalisi haqqında dediyi fikirlər də böyük maraq doğurur: “Təbrizin
əhalisinin nə qədər olduğunu öyrənmək üçün çox səy göstərmişəm. Bununla belə, onu
d
əqiq öyrəndiyimə əmin deyiləm. Lakin belə fikirləşirəm ki, onun əhalisinin 550 min
n
əfərə qədər olduğunu qətiyyətlə demək olar. Şəhərin nəcib adamlarının çoxu məni
inandırmaq istədilər ki, onun əhalisi on bir min yüzdən (bir milyon yüz mindən) də
çoxdur” (J.Şardən. Səyahətnamə. B., 1994 s.75).
S.Onullahi Şardənin Təbriz əhalisinin sayı ilə bağlı verdiyi məlumata inanmadığını, bu
m
əlumatın şişirdilmiş olduğunu bildirərək yazmışdır: “Şardənin Təbriz əhalisinin miqdarı
bar
ədə göstərdiyi rəqəm bir qədər şişirdilmişdir. Lakin şübhə yoxdur ki, XVΙΙ əsrin
ortalarında Təbrizdə 300-400 min əhali olmuşdur.” (S.Onullahi.XΙΙΙ-XVΙΙ əsrlərdə Təbriz
şəhərinin tarixi.s.161)
Qeyd etm
ək yerinə düşərdi ki, son dərəcə mühüm geostrateji məkanda yerləşən
Az
ərbaycan tarix boyu ən mühüm, ziddiyyətli və mürəkkəb hadisələrə şahidlik edib, çox
vaxtsa bilavasit
ə bu hadisələrin fəal iştirakçısı olub. Azərbaycanın çətin günlərini
şəhərləri də onunla birgə yaşamış, bu taleyi onunla birgə bölüşmüşlər.
Bel
ə ki, yadelli işğalçılar şəhərlərimizi viran qoyaraq, onu büsbütün boşaltmış, bəzən isə
əhalini sadəcə şəhərdən sıxışdırıb çıxararaq, özləri həmin yerlərdə məskun olmuşlar.
M
əsələn, Həmdullah Qəzvini monqolların Azərbaycana yürüşü zamanı otuz beş kəndi
dağıdaraq, viran qoymalarından, əhalisini büsbütün qıraraq, həmin kəndlərdə
m
əskunlaşdıqlarından, yaxud monqolların daha yüz yaşayış məntəqəsindən əhalini
s
ıxışdıraraq, həmin ərazilərdə məskun olmalarından təfərrüatı ilə məlumat verir
(Ализаде А. Социально-экономическая и политическая история Азербайджана в
XΙΙΙ-XΙVвв. Б., 1956. s.172).
Dem
əli, tarixi inkişafın ayrı-ayrı dövrlərində bir çox ictimai-siyasi, sosial-iqtisadi amillərin
t
əsiri ilə Azərbaycan şəhərlərinin əhalisinin sayı da artıb-azalmışdır. Məsələn, XVΙΙ əsrin
birinci yarısında yeni Gəncə şəhərinin uzunluğu bir fərsəng (6-7 km), eni isə 0,5 fərsəng
(3,35 km) idi. Bu hesabla yeni G
əncənin şəhərinin sahəsi köhnə Gəncə şəhərinin sahəsi
il
ə təqribən eyni olmuşdur. Lakin sahəsinə görə köhnə Gəncəyə nisbətən yeni Gəncədə
əhalinin sayı səkkiz dəfə az olmuşdur. Belə ki, XVΙ əsrin 80-ci illərində Gəncədə 50 min
ail
ə (250 min nəfər) məskun olduğu halda, XVΙΙ əsrin 40-cı illərində 6 min ev (30 min
n
əfər) əhali məskunlaşmışdır (Q.Əhmədov, S.Onullahi. Gəncə XVΙΙ əsrdə B.1994 s.32).
Buradan bel
ə bir nəticəyə gəlmək olar ki, nəinki qədim və orta əsrlər dövründə,
ümumiyy
ətlə, bəşər tarixinin istənilən zaman kəsiyində sənət və ticarət mərkəzləri olan
şəhərlərin sosial-iqtisadi inkişafı ilə demoqrafik inkişafı həmişə düz mütənasib olub. Bu
inkişaf amilinin əsasında isə müharibələrarası dinc dövrlər və siyasi sabitlik son dərəcə
müst
əsna rol oynayıb.
Dostları ilə paylaş: |