İxtisas : Riyaziyyat və informatika müəllimliyi Fənn : Azərbaycan tarixi Kafedra: Azərbayacn və şərqi avropa xalqarı



Yüklə 32,94 Kb.
səhifə1/7
tarix31.05.2022
ölçüsü32,94 Kb.
#116445
  1   2   3   4   5   6   7
tarix serbest is


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti


Fakültə : Riyaziyyat
İxtisas : Riyaziyyat və informatika müəllimliyi
Fənn : Azərbaycan tarixi
Kafedra: Azərbayacn və şərqi avropa xalqarı
Müəllim: ass.S.Kərimova , prof.Ş.Səlimov
Tələbə : Qarayev Yunis
Qrup : 427
Kurs : 3


SDU 2022
SUALLAR


1.Albaniyanın təsərrüfat həyatı


2.XIII-XIV əsrlərdə Azərbaycanın iqtisadi həyatı


3.Naxçıvan və İrəvan xanlıqları


4.Şimali Azərbaycanda milli – siyasi partiyalar və təşkilatlar


5.Azərbaycan SSR-də milli-azadlıq hərəkatı və Dövlət müstəqilliyinin bərpası

1.Albaniyanın təsərrüfat həyatı

Qafqaz Albaniyası Azərbaycanın şimal hissəsində tarix elminə məlum olan ilk dövlətdir.


Albaniyanın əsas əhalisi olan albanların adı ilk dəfə Qavqamel döyüşü ilə əlaqədar çəkilmişdir. E.ə. 331-ci ildə Qavqamel döyüşündə alban döyüşçüləri İran şahı III Daranın ordusuna köməyə gələrək İsgəndərə qarşı vuruşmuşlar.Bu onu göstərir ki, artıq Əhə­mənilər döv­rün­də albanlar vahid tayfa şəklində birləşmişdilər. E.ə. 330-cu ildə Əhəmənilər imperiyası dağılmış, Əhəmənilərə vaxt-vaxt xərac ödəyən albanlar isə tam müstəqilliyə nail olmuş və öz dövlətini yaratmışlar.
Albaniya dövləti e.ə. IV əsrin axırı - III əsrin əvvəllərində Araz çayından şimaldakı ərazilərdə meydana gəlmişdir. Yunan coğrafiyaçısı Strabonun verdiyi məlumata görə Albaniya şimalda Sarmatiya (indiki Dağıstan), qərbdə İberiya (indiki Gürcüstanın şərqi), cənubda Azər­bayqan (Atropatena) və cənubi-qərbdə Ermənistan ilə həmsərhəd olmuşdur. Albaniyanın paytaxtı yaran­dığı vaxtdan 551-ci ilə qədər Qəbələ, 551-ci ildən 705-ci ilə, yəni süqutunadək Bərdə şəhəri olmuşdur.
Albaniya əhalisinin məşğu­liy­yəti əkin­çilik, bağçılıq, üzümçülük, maldarlıq və sənət­karlıq idi. Yunan – Roma mənbələrində əkin sahələrinin Albaniyada da Misir və Babildə olduğu kimi kanallar vasitəsilə suvarıldığı qeyd edilir. Əkinçilikdə mükəmməl alətlərdən istifadə olunurdu. Müxtəlif meyvələr becərilir, üzümdən şərab hazırlanırdı. Qaramal, davar, at, dəvə bəslənilirdi. Yunanlı Elian Albani­yada balıq­çılıq haqqında maraqlı məlumat verir. O göstərir ki, bu balıqların piyin­dən sürtkü yağı və içalatını bişirib yapışqan hazırla­yırlar.Metaldan müxtəlif silah və əmək alətləri hazırlanmış, dulusçuluq daha çox inkişaf etmişdir. Gildən kərpic, kirəmit, müxtəlif qablar, insan və heyvan fiqurları hazırlanır və dulus kürələrində bişirilirdi. Mingə­çevirdə arxeoloji qazıntılar zamanı antiq dövrə aid çoxlu dulus kürələri aşkar edilmişdi. Saxsı qabların üzəri quş, heyvan, insan, bitki rəsmləri və həndəsi fiqurlarla bəzədilirdi. Toxuculuq, daxili və xarici ticarət inişaf etmişdir. Eramızın ilk əsrlərində Alba­niyada şüşə qablar hazırlanmışdır. Albaniyada möhürlərdən geniş istifadə olunurdu. Əksəriyyəti üzük formasında hazırlanan möhürlərlə sənədləri təsdiqləyir, məhsul yığılmış qabları və anbarların qapılarını möhürləyirdilər.
Albaniya ərazisindən mühüm ticarət yolları keçirdi. Bu yollardan biri Xəzər dənizi sahili ilə cənubdan şimala, digəri isə Kür çayı boyu Qara dənizə çıxırdı ki, bu yolla əsasən Hindistan və Çin malları daşı­nırdı.
Arxeoloji qazıntılar zamanı tapılmış sikkələr göstərir ki, ticarətdə puldan geniş istifadə edilmişdi. Albaniyada işlədilən ən qədim pul Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş pullardır. Kənardan gətirilmiş pullar tələbatı ödəmirdi və e.ə. III əsrdən başlayaraq Albani­yada İsgəndərin pullarına oxşar pullar kəsilmişdi. Şamaxıda, Qəbələdə, Nüydidə (Ağsu) tapılmış pul dəfnələri bunu təsdiq edir. Albaniyanın bazarlarında Make­doniyalı İsgəndərin, Selevki, Parfiya, Roma, Yunan-Baktriya pullarından da istifadə edilmişdi.
Hələ e.ə. I minilliyin ortalarında Albaniya ərazilərində sənət­kar­lıq və ticarətin inki­şafı ilə şəhərlərin meydana gəlməsi üçün şərait yarandı.Albaniya dövləti yarandıqdan sonra bu proses daha da sürət­ləndi. Şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən adətən mühüm ticarət yollarının qovşağında, dini mərkəzlərin (məbədlərin) ətrafında salınırdı. Xüsusən ticarət yolları üzərində çoxlu şəhərlər meydana gəlmişdi. Strabon Uti vilayətində olan Ayniana və Anarika şəhər­lərinin adını çəkir. II əsrdə yaşamış Klavdi Ptolemey Albaniyada 29 şəhər və yaşayış məntəqəsinin, o cümlədən Qəbələ və Şamaxının adını çəkmişdir.
E.ə. IV əsrdən başlayaraq Albaniyada ictimai bərabərsizlik daha da dərinləşdi. Əvvəllər hər bir tayfanın öz başçısı var idi. Dövlət yarandıqdan sonra isə hər tayfa öz tayfa başçısı olmaqla, vahid hökmdara tabe oldular. Albaniyada padşahdan sonra ən hörmətli adam Ay məbədinin kahini idi. Sosial bərabərsizliyin nəticəsi kimi Albaniyada əhali dörd təbəqəyə bölünürdü: 1) padşah, ordu başçısı; 2) din xadimləri (kahinlər); 3) hərbiçilər və əkinçilər; 4) təsərrüfatda işləyən adamlar.
Albaniya quldar dövləti idi, lakin qul əməyindən klassik quldar dövlətlər­də ol­duğu kimi (Qədim Misir, Hindis­tan, Yuna­nıstan, Roma) geniş istifadə olunmurdu – Albaniyada quldarlıq patriarxal xarakter daşı­yırdı. Qul əməyindən yalnız varlı təbə­qələrin ev təsər­rüfatında, məhdud şəkildə kənd təsərrüfatı və sənətkarlğın bəzi sahələrində istifadə olunurdu. Maddi və mənəvi nemətlərin əsas yaradıcıları azad adamlar idilər.
Alban ordusu da azad adamlarlardan təşkil olu­nurdu. Albanlar müharibə zamanı nizə, ox və sairə ilə silahlanır, əyin­lərinə zirehli paltar geyir, başlarına dəbilqə qoyur­dular.



Yüklə 32,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin