Məhkəmə islahatı.Məhkəmədə rüşvətxorluğa, özbaşınalığa qarşı tədbirlər görüldü. Məhkəmə islahatına görə, qazı vəzifəsinə təyin olunan din xadimlərinin bu vəzifəyə layiqli olmasına xüsusi diqqət yetirilirdi. Qazı vəzifəsinə təyin olunan din xadimindən qanuna ciddi əməl edəcəyi haqqında iltizam alınırdı. 30 illik iddia sənədləri öz qüvvəsini itirdi. Mühakimələr üçün alınan ödənclərin məbləği dəqiqləşdirildi. Qeyd edək ki, məhkəmə islahatı tam şəkildə həyata keçirilə bilmədi.
Rabitə islahatları. Ölkədə vahid rabitə sistemi yaradıldı. Rabitə sistemi əmirlərin idarəsinə verildi. Rabitə sisteminə həm də diplomatik vəzifələri (xarici səfirlərin qarşılanması və müşaiyət olunması) yerinə yetirmək həvalə olundu. Əsas yollarda 3 fərsəxdən bir (21 km) yamlar(rabitə dayanacaqları) quruldu. Yam işçilərinə xidmətə görə əhalidən vəsait almaq qadağan edildi.
Pul islahatı. Ölkədə vahid pul sistemi yaradıldı,vahid ölçü və çəki sistemi bərqərar oldu. Mərkəzi hakimiyyət tərəfindən tanınmayan pulların dövriyyəsi qadağan olundu. Vahid pul, ölçü və çəki sistemi yaratmaqda məqsəd ölkədə ticarətin inkişafını əyanları isə ona uğursuz sui-qəsd təşkil etdilər.
Qazan xanın islahatlarının hazırlanmasında və həyata keçirilməsində onun vəziri, tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddin böyük rol oynamışdır. İslahatlar müəyyən müddət öz müsbət təsirini göstərdi, ölkədə kənd təsərrüfatı, sənətkarlıq, ticarət canlandı, əhalinin vəziyyəti nisbətən yaxşılaşdı, islam dininin mövqeləri möhkəmləndi. İslahatlar nəticəsində mərkəzi hakimiyyət möhkəmləndi, orduda nizam-intizam artdı, Hülakilər dövləti dağılmaqdan xilas oldu. Bu, Hülakilar dövlətinin ömrünü bir qədər uzatdı, lakin onun tənəzzülünün qarşısını ala bilmədi.
3.Naxçıvan və İrəvan xanlıqları Nadir şahın yaratdığı və ərazisi 5,5 milyon kvadrat kilometr olan Azərbaycan Əfşarlar imperiyası süqut etdi, dövlətin ərazisində onlarla xırda dövlətlər - xanlıqlar meydana gəldi. Təkcə Azərbaycan ərazisində 20 xanlıq meydana gəldi. Onlardan 8-i Cənubi Azərbaycanda, 12-i isə Şimali Azərbaycada yaranmışdı.