İxtisas : Riyaziyyat və informatika müəllimliyi Fənn : Azərbaycan tarixi Kafedra: Azərbayacn və şərqi avropa xalqarı



Yüklə 32,94 Kb.
səhifə4/7
tarix31.05.2022
ölçüsü32,94 Kb.
#116445
1   2   3   4   5   6   7
tarix serbest is

Məhkəmə islahatı.Məhkəmədə rüşvətxorluğa, özbaşı­nalığa qarşı tədbirlər görüldü. Məhkəmə islahatına görə, qazı vəzifəsinə təyin olunan din xadimlərinin bu vəzifəyə layiqli olmasına xüsusi diqqət yetirilirdi. Qazı vəzifəsinə təyin olunan din xadimindən qanuna ciddi əməl edəcəyi haqqında iltizam alınırdı. 30 illik iddia sənədləri öz qüvvəsini itirdi. Mühakimələr üçün alınan ödənclərin məbləği dəqiqləşdirildi. Qeyd edək ki, məhkəmə islahatı tam şəkildə həyata keçirilə bilmədi.
Rabitə islahatları. Ölkədə vahid rabitə sistemi yaradıldı. Rabitə sistemi əmirlərin idarəsinə verildi. Rabitə sisteminə həm də diplomatik vəzifələri (xarici səfirlərin qarşı­lanması və müşaiyət olunması) yerinə yetirmək həvalə olundu. Əsas yollarda 3 fərsəxdən bir (21 km) yam­lar(rabitə dayanacaqları) quruldu. Yam işçilərinə xidmətə görə əhalidən vəsait almaq qadağan edildi.
Pul islahatı. Ölkədə vahid pul sistemi yaradıldı,vahid ölçü və çəki sistemi bərqə­rar oldu. Mərkəzi hakimiyyət tərəfindən tanınmayan pulların dövriyyəsi qadağan olundu. Vahid pul, ölçü və çəki sistemi yaratmaqda məqsəd ölkədə ticarətin inkişafını əyanları isə ona uğursuz sui-qəsd təşkil etdilər.
Qazan xanın islahatlarının hazırlanmasında və həyata keçirilmə­sində onun vəziri, tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddin böyük rol oynamışdır. İslahatlar müəyyən müddət öz müsbət təsirini göstərdi, ölkədə kənd təsərrüfatı, sənətkarlıq, ticarət canlandı, əhalinin vəziyyəti nisbətən yaxşılaşdı, islam dininin mövqeləri möhkəmləndi. İslahatlar nəticəsində mərkəzi hakimiyyət möhkəmləndi, orduda nizam-intizam artdı, Hülakilər dövləti dağılmaqdan xilas oldu. Bu, Hülakilar dövlətinin ömrünü bir qədər uzatdı, lakin onun tənəzzülünün qarşısını ala bilmədi.


3.Naxçıvan və İrəvan xanlıqları
Nadir şahın yaratdığı və ərazisi 5,5 milyon kvadrat kilometr olan Azərbaycan Əfşarlar imperiyası süqut etdi, dövlətin ərazisində onlarla xırda döv­lətlər - xanlıqlar meydana gəldi.
Təkcə Azərbaycan ərazisin­də 20 xanlıq meydana gəldi. Onlar­dan 8-i Cənubi Azərbay­canda, 12-i isə Şimali Azərbaycada yaranmışdı.

Yüklə 32,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin