İxtisas : Riyaziyyat və informatika müəllimliyi Fənn : Azərbaycan tarixi Kafedra: Azərbayacn və şərqi avropa xalqarı


Azərbaycan SSR-də milli-azadlıq hərəkatı və Dövlət müstəqilliyinin bərpası



Yüklə 32,94 Kb.
səhifə7/7
tarix31.05.2022
ölçüsü32,94 Kb.
#116445
1   2   3   4   5   6   7
tarix serbest is

5.Azərbaycan SSR-də milli-azadlıq hərəkatı və Dövlət müstəqilliyinin bərpası
Azərbaycan Milli-Azadlıq Hərəkatı — Azərbaycan SSR-də baş verən xalq hərəkatı (1988–1991-ci illər).1988-ci ildə Azərbaycan SSR-də xalq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.
XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi.
Azərbaycan Xalq Cəbhəsinin 28 may yürüşü (1991)
Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi. Beləliklə, Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988–1991-ci illərin xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.
1991-ci il avqustun 19-23-də Moskvada dövlət çevrilişi baş verdi, lakin qarşısı alındı. Azərbaycanda hökumət mühafizəkar qüvvələri müdafiə etdi, demokratlar isə onlara qarşı çıxdılar. Dövlət çevrilişi baş tutmadı, demokratiya tərəfdarları qələbə çaldı. Bu hadisə SSRİ- nin dağılmasını sürətləndirdi. Bundan sonra Azərbaycanın dövlət müstə­qilliyinin bərpa edilməsi xalq hərəkatının əsas məqsədinə çevrildi. Xalqın tələbi ilə AR Ali Sovetinin növbədən kənar sessiyası çağırıldı və bu sessiyada 1991-ci il avqustun 30-da “Azərbaycan Respublika­sının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyənnamə” qəbul edildi. 1991-ci il sentyabırın 3-də H.Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Həmin il Azərbaycanda ilk prezident seçkiləri keçirildi və sentyabrın 8-də A.Mütəllibov Azərbaycan Respu­blikasının prezidenti seçildi. 1991-ci il sentyabrın 14-də Azərbaycan Kommunist Partiyası XXXIII fövqəladə qurul­tayında özünü buraxdığını elan etdi.
1991-ci il oktyabrın 3-də prezident və müxalifət liderləri Milli Şura yaradılması barədə razılığa gəldilər.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası xalqın tələbi ilə “Azərbaycan Respu­blikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktı”nı qəbul etdi. Azərbaycan Respu­blikası Azərbaycan Xalq Cüm­huriy­yətinin varisi elan olundu. Beləliklə, Azərbaycanın dövlət müstə­qilliyi bərpa olundu. Həmin gün rayon, şəhər icra hakimiyyəti başçısı, sonra dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis edildi. Ölkədə prezident idarəçiliyi yaradıldı. İlk dövlət katibi akademik Tofiq İsmayılov oldu.
1991-ci il noyabrın 20-də Qarakənd erməni yaşayış məntəqəsi yaxınlığında respu­blikanin yüksək vəzifəli dövlət xadimləri, Rusiya və Qazaxıstan müşahi­dəçiləri olan helikopter vuruldu. Noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti Milli Şura haq­qında qanuna yenidən baxdı (əvvəl oktyabrın 30-da baxmışdı) və 25 nəfər demokratik blokdan, 25 nəfər digər deputatlardan, cəmi 50 nəfərdən ibarət Milli Şura təsis edildi.
1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığında “Viskuli ” mehman­xana­sında Belorus, Ukrayna respublikaları və Rusiya Federa­siyası rəhbərləri “Müstəqil Dövlətlər Birliyi”nin yaradıl­ması haqqında müqavilə bağladılar və SSRİ-nin beynəlxalq subyekt kimi ləğv olunduğunu elan etdilər. 1991-ci il dekabrın 25-də M.S.Qorbaçov SSRİ prezi­denti vəzifəsindən istefa verdi və beləliklə, SSRİ-nin varlığına hüquqi cəhətdən son qoyuldu.
Beləliklə, SSRİ kimi nəhəng bir dövlət xəritədən silindi. SSRİ-nin dağılmasının səbəbləri onillərlə bu dövlətin öz daxilində yetişmişdi və uzun­müddətli köklərə malik idi. Dəqiq proqrama malik olmayan və ölkədə xaosa gətirib cıxaran M.S. Qorbacovun “yeni­dən­qurma” siyasəti də bu məsə­lədə taleyüklü rol oynadı.
SSRİ rəsmən fəaliyyətini dayandırdıqdan sonra 1991-ci il dekabrın 29-da Azər­baycan Respublikasının dövlət müstəqilliyi haqqında referendum kecirildi və əhalinin 95%-i dövlət müstəqilliyinə “hə” dedi.
Gənc Azərbaycan dövləti müstəqil xarici siyasət yerit­məyə başladı. Əsas vəzifə Azərbaycanı dünyaya tanıtmaq idi. İlk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, dekabrın 11-də Rumıniya, dekabrın 13-də Pakistan, daha sonra İsveçrə, İran, ABŞ, Rusiya Federa­siyasi və başqa dövlətlər Azərbaycanın dövlət müstə­qil­liyini tanıdılar.
Müstəqil Azərbaycan xarici siyasətdə ilk addımlarını atmağa başladı. Azərbaycan Respublikası 1991-ci ilin dekabrın 8-də İslam Konfransı Təşki­latına, 1992-ci il yanvarın 20-də Avropa Təhlukəsizlik və Əməkdaşlıq Müqaviləsinə (ATƏM), 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, martın 2-də BMT-yə üzv qəbul olundu.1992-ci il iyulun 10 -da Avropa Təhlü­kəsizlik və Əməkdaşlıq Müqaviləsinin üzvü kimi Helsinki Yekun Aktını imzaladı və Helsinki hərəkatına qoşuldu.
Yüklə 32,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin