İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya



Yüklə 1,06 Mb.
səhifə22/61
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108986
1   ...   18   19   20   21   22   23   24   25   ...   61
Birinci prinsip. Sistemli riskin diaqnostikası nəzarət nəticəsində əldə olunan məlumatlara, bazar göstəricilərinə və sistemli riskin aqreqasiya edilmiş indikatorlarına əsaslanmalıdır. Pul siyasətini həyata keçirən orqan - risk amillərinin güclənməsi haqqında həyəcanlı siqnalların formalaşması barədə informasiya əldə edib maliyyə vasitəçilərinin fəaliyyətinə təsir etmə imkanı əldə edər. Müasir monetar nəzəriyyəsi milli maliyyə sistemlərinə ciddi təsir göstərən müxtəlif sistemli riks amillərini qeyd edir. Makroprudensial qərarların səmərəliliyi baxımından sistemli riskin müxtəlif indikatorlarının əhəmiyyətliliyini qiymətləndirən göstəricilərin təsiri də müxtəlifdir. Buna görə də milli tənzimləyici ən azı maliyyə vasitəçiliyinin üstünlük təşkil edən tipini, milli maliyyə sisteminin inkişaf səviyyəsini və milli maliyyə bazarının dərinliyini, habelə müxtəlif kredit məhsullarının tələb və təklif dinamikasının tendensiyalarını nəzərə almaqla milli maliyyə sistemi üçün ən əhəmiyyətli olan göstəriciləri seçməlidir.

Ikinci prinsip. Pul siyasəti hazırlanar ikən, milli maliyyə bazarının bütün seqmentləri ilə maliyyə təsisatları arasındakı qarşılıqlı əlaqələrin dinamikasının monitorinqini aparmalı, həm də milli maliyyə vasitəçilərinin transsərhəd əlaqələrini dərk etməlidir. Stress situasiyalarının təcrübəsi göstərir ki, maliyyə təsisatları arasında qarşılıqlı asılılıqlar tez bir zamanda güclənə bilir ki, bu da öz növbəsində gözlənilməz neqativ şok zamanı maliyyə xidmətlərinin təklifində pozuntulara və/ və ya bu təkliflərin dayandırılmasına gətirib çıxarır.

İqtisadi məzmununa görə ekvivalent xidmətlərin təklif edilməsi üzrə maliyyə aktivliyi maliyyə bazarının bir seqmentindən başqa seqmentlərə yerini dəyişə bilir. Maliyyə vasitəçiliyinin bu xüsusiyyəti ya müxtəlif maliyyə sahələrinin milli tənzimləyiciləri arasında mütəmadi informasiya mübadiləsini, ya da tənzimləyici səlahiyyətlərin bir orqanın əlində cəmləşdirilməsini tələb edir.

Maliyyə vasitəçiliyi aktivliyinin yerini dəyişməsi maliyyə sabitliyinin neqativ təsir göstərə bilirsə, onda monetar orqan pul siyasətinin köməkliyi ilə maliyyə bazarına müdaxiləyə hazır olmalıdır. Bunun üçün milli maliyyə vasitəçilərinin (xüsusən də sistem əhəmiyyətli) maliyyə durumunun dinamikası haqqında dəqiq məlumatların vaxtında və mütəmadi olaraq toplanması və emalı tələb olunur.

Üçüncü prinsip. Monetar orqan pul siyasəti alətlərindən istifadə edərək hal-hazırda daxili bazarda maliyyə stabilliyini daha çox təhdid edən sistemli riskin və maliyyə disbalansının konkret amillərinin məhdudlaşdırılmasına yönələn infrastruktur siyasəti aparmalıdır. Onun istifadə etdiyi alətlər ənənəvi, lakin maliyyə vasitəçiləri tərəfindən həddindən artıq (sistemli stabillik nöqteyi-nəzərindən) riskləri götürməsini məhdudlaşdıran prudensial tələblərə söykənməlidir.

Milli Mərkəzi Bankların təcrübəsinin empirik öyrənilməsi göstərdi ki, hal-hazırda sistemli riks amillərinin neqativ təsirini azaltmağa imkan verən kompleks alətlər dəsti artıq vardır. Belə alətləri ya birdəfəlik, ya da zamanda dəyişən şəkildə kökləmək olar. Makroprudensial tənzimləmə orqanının istifadə etdiyi alətin köklənməsi tipindən asılı olmayaraq, onun qabaqlayıcı təsiri kifayət qədər sərt olmalıdır. Sistemli risklərin formalaşması fazasında sərt tələblərin tətbiqi, sistemli risklər hətta materiallaşdıqda belə, şokun milli maliyyə sistemi boyunca yayıldığı halda daha miqyaslı tənzimləməyə olan tələbatı azaldır.




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin