Dördüncü prinsip. Potensial stressin qarşısını səmərəli şəkildə almaq üçün maonetar orqanlar pul siyasətinin hazılar ikən, intensiv beynəlxalq informasiya mübadiləsi aparmalıdırlar. Onun intensivliyi, forma və tezliyi milli maliyyə vasitəçilərinin transsərhəd əməliyyatlarına cəlb edilmə dərəcəsindən asılıdır. Sistemli riskin xarici amillərinin və milli maliyyə vasitəçilərinin transsərhəd qarşılıqlı asılılıqlarının dərki milli tənzimləyicilərin sıx əməkdaşlığını tələb edir. Buraya təkcə onlar arasında mütəmadi informasiya və məlumatlar mübadiləsi deyil, həmçinin birgə hərəkətlər proqramının, məsələn, öz fəaliyyətini eyni zamanda bir neçə yurisdiksiyalarda həyata keçirən təsisatlara birgə təsir (və/və ya sanasiya) planlarının işlənməsi də daxildir. Bu cür əməkdaşlıq nəzarət məlumatları da daxil olmaqla, maliyyə bazarındakı vəziyyət və iri maliyyə vasitəçilərinin maliyyə durumu haqqında məlumatlar mübadiləsini nəzərdə tutur.