İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya


Maliyyə təhlükəzliyinin təminatında sistem əhəmiyyətli bankların fəaliyyətinin tənzimlənməsi və institusional modellər



Yüklə 1,06 Mb.
səhifə40/61
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108986
1   ...   36   37   38   39   40   41   42   43   ...   61
3.2. Maliyyə təhlükəzliyinin təminatında sistem əhəmiyyətli bankların fəaliyyətinin tənzimlənməsi və institusional modellər

Sistem riskləri maliyyə sisteminin fəaliyyətinin pisləşməsi nəticəsində maliyyə xidmətlərinə çıxış imkanlarının məhdudlaşdırılması və real sektora neqativ təsir kimi qiymətləndirilir. Sistem risklərinin qiymətləndirilməsi zamanı sistem əhəmiyyətli maliyyə institutları mühüm rol oynayır.

Maliyyə institutlarının sistem əhəmiyyətliyinin müəyyən edilməsində üç meyar seçilir7. Meyarlar birbaşa və dolayı təsir kanallarını özündə əks etdirirlər.

Qlobal maliyyə böhranı göstərdi ki, müxtəlif yurisdiksiyaların ərazisində öz fəaliyyətini həyata keçirən iri maliyyə təsisatlarının biznes modelləri ən azı aşağıdakı səbəblər üzündən ciddi sistemli risk mənbəyi kimi çıxış edir.

Birincisi, böhrandan əvvəlki dövrdə qlobal aktiv maliyyə təsisatlarının əksəriyyəti ölçülərinə, fəaliyyət miqyasına və sistemli əhəmiyyətinə görə xeyli maddi fayda əldə edirdi. Bu, onda özünü göstərdi ki, onlar dünya maliyyə bazarlarından nisbətən aşağı faiz stavkaları ilə fondlaşdırma cəlb edə bilirdilər.

Ikincisi, millətlərüstü planlaşdırmanın olmaması onlara tənzimləyici arbitrajın üstünlüklərindən istifadə etmək, vahid mərkəzdən biznes xətləri üzrə likvidliyi, riskləri və vergi öhdəliklərini kompleks şəkildə balanslaşdırmaq imkanı verirdi.

Üçüncüsü, böhrandan sonrakı beynəlxalq araşdırmalar göstərdi ki, böhrandan əvvəlki dövrdə transsərhəd maliyyə vasitəçilərinin fəaliyyətini səciyyələndirən kiçik maliyyə təsisatları ilə müqayisədə leverec səviyyəsinin nisbətən yüksək olması, risklərə məruz qalma dərəcəsinin yüksək olması, balans arxası aktivlərin böyük həcmdə olması və kapitallaşmanın orta səviyyəsinin nisbətən aşağı olması idi.

Dördüncüsü, bir çox maliyyə qruplarında formal və faktiki idarəetmə strukturları diversifikasiya etmişdir. Nəticədə həm ana şirəkətlərin qeydiyyat yurisdiksiyasının, həm də qəbul edən yurisdiksiyaların nəzarət orqanlarında onların maliyyə davamlılığı, o cümlədən, kapitalın yetərliyi səviyyəsi və likvidlik normativlərinin yerinə yetirilməsi, onların götürdükləri risklərin səviyyəsi və xarakteri barədə yalnız təxmini təsəvvürlər ola bilərdi. Maliyyə qrupu çərçivəsində risklərin bölgüsü barədə onların heç təsəvvürləri olmazdı.

Tənzimləmə və nəzarətdə bu boşluğu doldurmaq zərurəti milli orqanların belə təsisatlara vahid standartlar əsasında əlaqələndirilmiş yanaşmasını tələb etdi.

Qlobal maliyyə böhranı göstərdi ki, qlobal əhəmiyyətli maliyyə təsisatların stressi və ardınca onların nizamsız şəkildə ləğv edilməsi milli və dünya maliyyə sistemlərinin ümumi stabilliyi üçün risk kəsb edə bilir.

Qlobal maliyyə təsisatlarından gələn riskləri azaltmaq məqsədilə Bank nəzarəti üzrə Bazel komitəsi qlobal əhəmiyyətli bankların və 2011-ci ilin noyabr ayında onların potensial itkiləri kompensasiya etmək qabiliyyəti ilə bağlı onlara verilən əlavə tələblərin qiymətləndirilməsi metodikası üzrə qaydaları (G-SİBs) bəyan etdi[Basel Committee on Banking Supervision Global systemically important banks: assessment methodology and the additional loss absorbency requirement (November 2011) at http://www.bis.org/publ/bcbs207.htm.] .

Qaydaların mətni “Böyük İyirmilər” liderləri tərəfindən onların 2011-ci il noyabr görüşündə bəyənilmişdir. Onlar həmçinin Bazel komitəsinə və maliyyə stabilliyi Şurasına milli sistem əhəmiyyətli banklar üçün də analoji qaydaları işləyib hazırlamağı tapşırdılar.

Qlobal əhəmiyyətli bankların fərqləndirilməsi üçün istifadə olunan metodikalar kəmiyyət yanaşmaya əsaslanır. Bu zaman sistem əhəmiyyətlilik beş risk amillərindən hər biri üçün birdən üçə qədər indikatordan istifadə etməklə hesablanır. Hər risk amili bankın sistem əhəmiyyətliliyinə bərabər (20%) töhfə verir və hər bir indikator kateqoriya çərçivəsində bərabər çəkiyə malikdir. Maliyyə stabilliyi Şurasının meyarlarına görə, müəyyən kəmiyyət göstəricisi altına düşən banklar qlobal əhəmiyyətli bank hesab olunur. Milli tənzimləyici orqanlar onların yurisdiksiyasında olan bankın qlobal əhəmiyyətli bank kimi tanınmalı olduğunu zənn edərlərsə, onda onlar bank ümumi siyahıya daxil edilmədikdə belə, bu siyahıya əlavələr edə bilərlər. Qlobal əhəmiyyətli bankların siyahısı hər il təzələnir.

Qlobal əhəmiyyətli sığortaçıların fərqləndirilməsi üçün də buna oxşar yanaşma tətbiq olunur. Qlobal əhəmiyyətli bankların qeydə alınmasi zamanı tətbiq olunan yanaşmadan fərqli olaraq, bu halda aşağıdakı iki risk amilinə daha böyük çəki verilir: 1) sığorta şirkətlərinin qeyri-ənənəvi biznesə qatılma dərəcəsi (45%); 2) onların qarşılıqlı bağlılığı (40%). Yerdə qalan üç amilə 5%-lik çəki verilmişdir. Bu cür seçimin əks etdirdiyi yanaşmaya görə, digər sığortaçılarla və ya bank sektorları ilə sıx əlaqələri olan və ya kredit-defolt svopu kimi qeyri-ənənəvi fəaliyyətdə təcili sövdələşmə yox, başqa məqsədlərlə iştirak edən və ya levereclə investisiya strategiyalarını aparan sığortaçılar çox güman ki, digər sığorta şirkətləri ilə müqayisədə sistemli risk amillərini daha çox gücləndirir.

Digər fərq bundan ibarətdir ki, sistem əhəmiyyətliliyin fərqləndirilməsi üçün konkret kəmiyyət göstəriciləri hələ ki, müəyyən edilməmişdir. Maliyyə stabilliyi Şurası və milli orqanlar onları vaxtaşırı olaraq hadisədən hadisəyə kvalifikasiya təsdiqləri əsasında fərqləndirir.
Cədvəl 13


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin