1.3. Maliyyə təhlükəzliyinin təminatı çərçivəsində pul siyasətinin
əsas prinsipləri
Dövlətin maliyyə təhlükəsizliyinin təmin edilməsi bir çox ölkələrin əsas məsələsidir.Müasir iqtisadiyyat şəraitində milli iqisadiyyatın təhlükəsizliyinin artırılmasına yardım etməyi, müxtəlif destabilləşdirən faktorlara qarşı durmağı, iqtisadiyyatın effektli fəaliyyətinin təminat mexanizmi olmağı maliyyə sistemi – iqtisadi faliyyətin subyektlərinin maliyyə resurslarının və pul fondlarının formalaşması və bölüşdürülməsi üzrə iqtisadi münasibətlər məcmusu bacarar. Maliyyə münasibətləri o dərəcədə müxtəlifdir ki, onların maliyyə sisteminin sahələri üzrə paylanılması indiyədək diskussiyaya səbəb olur.
Maliyyə sistemi– Azərbaycan iqtisadiyyatının qarşısında dayanan ambisiyalı inkişafı məsələlərin həlli üçün bir əsasdır; invesitisyada yatırımların transformasiyasının effektivliyini və Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını müəyyən edən milli infrastrukturun açar komponentidir.
Lakin bütün bunlara baxmayaraq, 2014-cü ildə qeyri-neft ÜDM-ə nisbətdə bank aktivləri 76%- ə, iqtisadiyyata kreditlər 56.1%-ə, bankların kapitalı 12.9%-ə təşkil edir.
Maliyyə sisteminin missiyası – iqtisadiyyatın və cəmiyyətin investisiya artımına və sosial sabitliyə olan tələbatlarını ödəyən maliyyə xidmətlərin təqdim edilməsidir.
Rəqabət qabiliyyəti dayanıqlı iqtisadi artıma, kapital axınına və ölkənin dünyavi-təsərrüfat mövqeyinin möhkəmlənməsinə yardım edən milli iqtisadiyyatın başlıca xarakteristikalarından birinə çevrilir. Bununla əlaqədar maliyyə təhlükəsizliyinin və rəqabət qabiliyyətinin təmin edilməsi zəruriliyi Azərbaycan daxil olmaqla, dünyanın bir çox ölkəsində dövlət nizamlanmasının olduqca mühüm oriyentirinə çevrilir.
Milli iqtisadiyyatın təhlükəsizliyin yüksəldilməsi, onun uyğunlaşmasının və milli maliyyə-kredit sisteminin bazar mexanizminin möhkəmləndirilməsi və inkişafı bazasında çevikliyinin hesabına mümkündür.
Dövlətin maliyyə təhlükəsizliyinin qiymətləndirilməsi problemi, müxtəlif iqtisadi münasibətlərin tədqiqatı zamanı müzakirə mövzusuna çevrilir.
Dövlətə və cəmiyyətə isə pul sisteminin iqtisadiyyatın inkişafına verdiyi töhfə haqqında obyektiv informasiya lazımdır.
Yuxarıda qeyd edilmişdir ki, pul sisteminin vəziyyətinə, müvafiq olaraq iqtisadiyyatın monetizasiyasının səviyyəsində milli iqtisadiyyatın müxtəlif sektorlarında iqtisadi şəraitin dəyişməsi təsir göstərə bilir.
Ən iri beynəlxalq agentliklərin reytinq qiymətləndirilməsi, maliyyə bazarlarında maliyyə institutlarının mövqeyini, milli iqtisadiyyatlara qoyulan investisiyalarnın həcmini, fond birjalarında dövr edən borc öhdəliklərinin kursunu müəyyənləşdirən meyarların siyahısına daxil edilmişdir.
Moody`s və Standard and Poor`s kimi bir-biri ilə rəqabətdə olan bazar göstəricilərinin tədarükçüləri fərdi borclular, borclu ölkələr və konkret borc alətləri üzərində nəzarət üçün çoxlu pul və vaxt sərf edrilər. Lakin bu cür reytinqlərin dinamikasının xüsusən də valyuta, borc, bank böları dövlətrində öyrənilməsi göstərdi ki, bocrluların reytinqində baş verən dəyişikliklər yaxınlaşmaqda olan maliyyə böhranı haqqında erkən xəbərdarlığın “pis” siqnallarıdır. Çox vaxt onlar ümumiyyətlə maliyyə sektorundakı problemlər haqqında xəbərdarlıq etmək iqtidarında olmur və bunun əvəzinə “post faktum” xəbər verirlər, buna görə də demək olar ki, həmişə maliyyə-bank sektorunda cari hadisələrdən geri qalırlar.
Qeyd edilən şübhələrə baxmayaraq, dəqiq müəyyən olunmuş stabillik və davamlılıq indikatorlarının hətta inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında, məsələn, Azərbaycanda, daha geniş dairəli makroiqtisadi indikatorlara tətbiq olunması üçün geniş imkanlar var.
Fitch Ratings təşkilatı müəyyən edilmiş metodologiya əsasında ölkə reytinqlərinin mütəmadi qiymətləndirməsini aparır. Reytinqlər mövcud vəziyyətin, potensial təhdid və imkanların qiymətləndirilməsi əsasında gələcək performansa istiqamətlənmişdir. Ölkə reytinqlərinin sıralanması mövcud risklərdən tutmuş mümkün defolt ehtimallarının qiymətləndirilməsinədək uzanır. Hər bir ölkənin reytinqi gələcək iqtisadi aktivlik, investisiya qoyuluşları, maliyyə sabitliyi üçün ciddi determinantlardan sayılır.
Dostları ilə paylaş: |