İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya


Valyuta bazarında dövriyyənin həcmi, mln. valyuta vahidi



Yüklə 1,06 Mb.
səhifə30/61
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108986
1   ...   26   27   28   29   30   31   32   33   ...   61
Valyuta bazarında dövriyyənin həcmi, mln. valyuta vahidi





2014 (I rüb)

2015 (I rüb)

artım, %-lə

ABŞ dolları ilə əməliyyatların həcmi, dollarla

9187

21719

236

Avro ilə əməliyyatların həcmi, avro ilə

696.5

1635

235

Mənbə: AMB

Ötən ilin eyni dövrün ən nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi 2.4 dəfə, Avro il əməliyyatların həcmi is 2.3 dəfə artmışdır. Banklar tərəfindən əhaliyə xalis satılan nağd valyutanın həcmi 2.1 dəfə artmışdır.Valyuta bazarında yaranmış və vəziyyətin əzərəalaraq, AMB –nin İdarə Heyətinin qərarı ilə 21 fevral 2015 -ci il tarixinə ABŞ dollarının manata qarşı məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edildi. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədi ilə qəbul edilmişdir. Bu qərarın qəbulu ərəfəsində manatın partnyor ölkələrin valyutalarına qarşı bahalaşması səviyyəsi özünün pik həddinə çatmışdı. Belə ki, 2014–cü ilin əvvəl əlindən 2015-ci ilin fevral ayının ortalarındək manat ticarət tərəfdaşlarının valyutalarına nəzərən orta çəkili hesabla 30% bahalaşmışdı. Bu dövrdə ABŞ dollarına nəzərən Rus rublu 86%, Avro 20%, Qazax təngəsi 20%, türkmən manatı 22%, Moldova leyi 17%, Belarus rublu 52%, Ukrayna qrivnası 169%, Turk lirəsi 13%, İran realı 12%, Gürcü larisi 31% dəyərdən düşmüşdü. Məzənnənin 33.55% korreksiyası manatın qeyd olunan valyutalara qarşı baş ermiş orta çəkili bahalaşmasını neytrallaşdıra bildi. Valyuta bazarında yaranmış yeni şəraiti nəzərə alaraq Mərkəzi Bank eyni zamanda hesabat dövründə məzənnə siyasətinin əməliyyat çərçivəsində dəyişiklik etmişdir. Belə ki, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanmışdır. Manatın real ikitərəfli məzənnəsi ABŞ dollarına qarşı 21.1%, Avroya qarşı 10.7%, Türkiyə lirəsinə qarşı 13.2%, Rus rubluna qarşı 21.1% ucuzlaşmış, Belarusiya rubluna qarşı isə 2.5% bahalaşmışdır. Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir.

Valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq, AMB-nin İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə ABŞ dollarının manata qarşı məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edildi. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilmişdir.

Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 2015 I rübünə 57.9% təşkil etmişdir. Xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı isə dövrün sonuna 36% olmuşdur. I rübdə manatla əmanət və depozitlər 30% azalsa da, xarici valyutada əmanət və depozitlər 69.8% artmışdır.

Dollarlaşma xüsusilə də, maliyyə dollarlaşmasının iqtisadiyyatda istifadə oluna biləcək maliyyə resurslarını genişləndirməklə maliyyə sisteminin dərinliyini artırdığı da bir həqiqətdir. Ancaq dollarlaşmanın maliyyə dərinləşməsində yaratdığı bu artım uzunmüddətli dövrdə, real iqtisadiyyatda yalnız o zaman faydalı ola bilər ki, iqtisadi artımın dəstəklənməsi ilə maliyyə stabilliyini optimal nöqtədə birləşdirə bilsin. Yəni, maliyyə dollarlaşmasının məqbul səviyyəsi o səviyyə hesab olunmalıdır ki, istifadə oluna biləcək maliyyə resurslarını genişləndirərək iqtisadi artıma dəstək verməklə yanaşı, eyni zamanda, maliyyə stabilliyi üçün təhlükə yaratmasın.


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin