Maliyyə təhlükəzliyi siyasətin aparılması sahəsində empirik təcrübənin ümumiləşdirilməsi ilə bağlı həyata keçirilən tədqiqatdan aşağıdakı nəticələr əldə edə bilərik
Maliyyə təhlükəzliyi siyasətin aparılması sahəsində empirik təcrübənin ümumiləşdirilməsi ilə bağlı həyata keçirilən tədqiqatdan aşağıdakı nəticələr əldə edə bilərik : Maliyyə təhlükəzliyi siyasətinin həyata keçirilməsinə milli Mərkəzi Bank cəlb olunduqda, səmərəli ola bilər;
Maliyyə təhlükəzliyi siyasətinə görə məsuliyyəti Mərkəzi Bankın üzərinə qoymaqla yanaşı, onun monetar siyasəti həyata keçirmək öhdəliyi də nəzərdə tutulmalıdır;
Maliyyə təhlükəzliyi təmin edən orqan kimi Mərkəzi Bankın sərəncamında müfaviq alətlər olmalıdır;
Maliyyə təhlükəzliyi prosesində iştirak edən bütün orqanlar mümkün siyasi təzyiqdən və ya sahəvi lobbizmdən müdafiə olunmalıdır;
Zəruri Maliyyə təhlükəzliyi qərarların səmərəli şəkildə və tezliklə həyata keçirilməsi üçün onun formulirovkasında, həyata keçirilməsində, cəmiyyətlə əlaqələrində iştirak edən bütün orqanlar arasında rol və səlahiyyətlər dəqiq bölüşdürülməlidir;
Həm bütün siyasi məqsədlərə (məsələn, pul-kredit, mikro və makroprudensial siyasətin məqsədlərinə) çatmağa imkan verən, həm də istənilən konkret hallarda tətbiq oluna bilən sadə institusional strukturu quraşdırmaq mümkün deyil.