Maliyyə təhlükəsizliyi siyasətin obyekti kimi maliyyə vasitəçiləri, bazarlar, maliyyə bazarının infrastrukturu, eləcə də maliyyə sistemi və real iqtisadiyyat arasında qarşılıqlı əlaqələr çıxış edir. Monetar siyasətin maliyyə təhlükəsizliyinin təminatında əsas məqsədləri:
• tənəzzül və xarici şokları da nəzərə almaqla maliyyə sisteminin məcmu şoklara qarşı dayanıqlığının dəstəkləməsi;
• maliyyə sisteminin bütövlükdə üzərinə götürdüyü risklərin məhdudlaşdırılması;
• maliyyə tsiklinin hamarlaşdırılması: maliyyə sisteminin sabitliyi və ya iqtisadiyyat üçün potensial təhlükə ola biləcək “köpüklərin” yaranmasının qarşısının alınması.
Maliyyə təhlükəsizliyi siyasətə görə məsuliyyəti Mərkəzi Bankın üzərinə qoymaqla yanaşı, onun monetar siyasəti həyata keçirmək öhdəliyi də nəzərdə tutulmalıdır;
1. Maliyyə təhlükəsizliyi təmin edən orqan kimi Mərkəzi Bankın sərəncamında müvafiq alətlər olmalıdır;
2. Maliyyə təhlükəsizliyi prosesində iştirak edən bütün orqanlar mümkün siyasi təzyiqdən və ya sahəvi lobbizmdən müdafiə olunmalıdır;
3. Zəruri maliyyə təhlükəsizliyi qərarların səmərəli şəkildə və tezliklə həyata keçirilməsi üçün onun formulirovkasında, həyata keçirilməsində, cəmiyyətlə əlaqələrində iştriak edən bütün orqanlar arasında rol və səlahiyyətlər dəqiq bölüşdürülməlidir;
Dostları ilə paylaş: |