Tədqiqatın obyekti və predmeti. Dissertasiya işinin obyektini, bütövlükdə bank sistemi, Mərkəzi Bankın məqsəd və vəzifələrinin maliyyə sabitliyinin müdafiəsinə təsirinin təhlil olunmasıdır.
Tədqiqatın predmeti kimi, milli maliyyə təhlükəsizliyinin təmin edilməsi aləti olan monetar siyasətin çərçivəsinin təkmilləşdirilməsi ilə bağlı prioritet istiqamətləri müəyyənləşdirilməsidir.
Tədqiqatın məzəri-metodoloji və informasiya bazası. Dissertasiyada aparıcı beynəlxalq mütəxəssis və ekspertlərin bank tənzimlənməsi və nəzarət sahəsində nəşrləri toplanıb ümumiləşdirilmişdir. Bu zaman maliyyə təhlükəsizliyinin təminatında monetar siyasətin tətbiqi xüsusiyyətlərinə və praktikasına xüsusi diqqət yetirilmişdir.
Pul siyasətinin araşdırılması prosesində retrospektiv təhlil tətbiq edilmişdir. Maliyyə təhlükəsizliyinin təmin edilməsində pul siyasətinin rolunun təyin edilməsi zamanı sistemli yanaşmadan istifadə olunmuşdur. Analiz və sintez, ümumiləşdirmə və sistemləşdirmə metodları aparılan pul siyasətinin milli maraqlara adekvatlılığının qiymətləndirilməsini təmin etdi.
Tədqiqatın informasiya bazasını xarici ölkələrin və ölkəmizin iqtisadçı alimlərinin monetar nəzəriyyə və maliyyə təhlükəsizlik sahəsində monoqrafiyaları, dövri mətbuatda nəşrləri, elmi hesabat və məruzələri təşkil etdi. Təhlil üçün Azərbaycan Respublikasının normativ-hüquqi və qanunvericilik aktları, AR Mərkəzi Bankının metodiki materialları, beynəlxalq maliyyə təşkilatlarının analitik işləmələri və ekspert rəylərindən istifadə olunmuşdur.
Dostları ilə paylaş: |