Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqat bank sektorunda maliyyə təhlükəsizlik nəzəriyyəsi və maliyyə təhlükəsizliyinin təmin edilməsində monetar siyasətin prioritet istiqamətlərin konturları konkretləşdirir. Bank sektorunda strateji təhdidlərin təhlili və onların qarşısının alınması üzrə təklif olunan tədbirlər yaxın illər üçün iqtisadiyyatın strateji inkişafının əsaslarının daha dərindən işlənməsi üçün konseptual baza ola bilər.
Dissertasiya işinin nəticələrindən pul və valyuta siyasətinin təkmilləşdirilməsi üzrə tövsiyələrinə işlənməsində, ölkənin maliyyə təhlükəsizliyinin təmin edilməsi mexanizm və alətlərinin işlənməsi üçün metodoloji baza kimi istifadə oluna bilər.
Dissertasiya işinin materiallarından müəllifin Azərbaycan Dövlət İqtisad Universitetində tədris etdiyi aşağıdakı kurslarda istifadə olunmuşdur: «Bank işi», «Dünya maliyyə və valyuta–kredit siyasətinin müasir arxitekturası», «Beynəlxalq valyuta-kredit münasibətləri», «Pul və banklar».
Dostları ilə paylaş: |