İxtisas: 5706. 01‒Azərbaycan dili İstiqamət: Filologiya elmləri ‒ dilçilik


Dissertasiyanın nəzəri və praktik əhəmiyyəti



Yüklə 349,49 Kb.
səhifə8/21
tarix02.02.2022
ölçüsü349,49 Kb.
#114056
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Dissertasiyanın nəzəri və praktik əhəmiyyəti. İşin nəzəri əsasını müasir Azərbaycan ədəbi dilinin derivatoloji və morfoloji quruluşu ilə əlaqədar mövcud tədqiqatlar, daha dəqiqi, Azərbaycan ədəbi dilində morfoloji yolla söz yaradıcılığında qeyri-məhsuldar şəkilçilərin tədqiqi ilə bağlı araşdırma və monoqrafik tədqiqatlar təşkil edir. Lakin Azərbaycan ədəbi dilindəki bir sıra qeyri-məhsuldar şəkilçiləri daha yaxşı tədqiq etmək, onların tarixi və təsviri qrammatikadakı funksiyasını üzə çıxarmaq məqsədi ilə türkoloji dilçiliyin, xüsusən də Oğuz qrupu türk dillərinin materialları məqsədli şəkildə linqvistik müqayisə müstəvisinə gətirilmişdir. Bu mənada B.Çobanzadə, M.Hüseynzadə, Ə.Dəmirçizadə, S.Cəfərov, Y.Seyidov, H.Mirzəyev, Q.Kazımov, İ.Kazımov, F.Cəlilov, İ.Quliyev, Y.Məmmədov, N.Xudiyev, Ə.Şükürlü, Ə.Rəcəbli, B.Xəlilov, K.Bəşirov? M.Ergin, Z.Korkmaz, T.Tekin, N.Hacıeminoğlu, N.Özkan, A.von Qaben, M.Erdal, N.K.Dimitriyev, A.N.Kononov, B.Serebrennikov, N.Hacıyeva və s. kimi dilçilərin mövzu ilə əlaqədar tədqiqatları əsas elmi-nəzəri mənbə kimi götürülmüşdür. Bundan başqa, tədqiqat zamanı G.Abdullayeva [2], E.Vəliyev [148], M.Fərzəliyeva [53; 54] və Ş.Hüseynovun [57; 58; 59] şəkilçi morfemlərlə bağlı müvafiq tədqiqatları da nəzərdən keçirilmişdir. Dissertasiya işi mövzunun aktuallıq dərəcəsindən asılı olaraq, əsasən tarixi və təsviri qrammatika baxımından yaxşı material verir. Bu mənada tədqiqat işində öz əksini tapmış dildaxili və dillərarası linqvistik müqayisələr, analiz və sintezlər, linqvistik təhlil və şərhlər, əldə olunmuş nəticələr dilçilik baxımından olduqca böyük praktik və nəzəri əhəmiyyət kəsb edir. Şübhəsiz ki, dissertasiya işi mövzu ilə əlaqədar aparılacaq gələcək tədqiqatlarda əsas mənbələrdən biri olacaq. Ayrı-ayrı şəkilçilərin funksional xüsusiyyətlərinin izahı zamanı müasir dil faktları ilə yanaşı, tarixi qrammatikanın nailiyyətlərindən də istifadə işin ümumi elmi tutumuna müsbət təsir edir və bu, Azərbaycan dilinin tarixi və təsviri qrammatikası üçün bəzi mübahisəli məqamların həllində kömək edə bilər. Bu mənada orta və ali məktəbdə tədris olunan Azərbaycan dilinin derivatoloji quruluşu haqqında müəyyən qədər dolğun məlumat əldə etmək üçün dissertasiya işi nəzəri və praktik aspektdən mühüm rola malikdir.

Dissertasiya işində müasir Azərbaycan ədəbi dilinin sözyaratma prosesindəki qeyri-məhsuldar şəkilçilərin funksional xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, eyni zamanda dilin imkanları daxilində həmin budaq morfemlərin tarixi inkişafı, işlənmə xüsusiyyətləri, fonovariantları öz əksini tapmışdır. Tədqiqata cəlb olunmuş qeyri-məhsuldar şəkilçilərin funksiyalarını, qoşulduğu sözlərdə yaratdıqları semantik çalarları, dilin tarixi inkişafında işləklik dərəcəsi və s. kimi məsələləri düzgün təhlil etmək, müqayisələr aparmaq, işlənmə tarixini müəyyənləşdirmək üçün “Orxon‒Yenisey” abidələri [124; 125], “Divani-lüğat-it türk” [94; 95; 96; 97], “Kitabi-Dədə Qorqud” dastanları [84], “Dastani-Əhməd Hərami” poeması [27], “Oğuznamə” [119], “Divani-hikmət” [30], “Kutadqu Bilik” [173], “Dəhnamə” [134], “Nəsihətnamə” [134], “Koroğlu” dastanı [86] kimi mənbələrdən seçilmiş konkret və dəqiq nümunələrdən istifadə olunmuşdur. (Məlumat üçün qeyd edək ki, dissertasiyada ixtisarların və şərti işarələrin siyahısında da verilmiş bu mənbələrin istifadəsində müəyyən cəhətlər özünü göstərir. Belə ki, “Orxon‒Yenisey” abidələrindən verilmiş nümunələrdə müvafiq abidənin adının ixtisarından sonra bəzən cəhət bildirən sözlərin ixtisarı və həmin sözün işləndiyi sətrin sıra nömrəsi verildiyi halda, “Kutadqu Bilik”dən verilmiş ixtisarlardakı rəqəmlər bəhs olunan sözün işləndiyi beytin sıra nömrəsini bildirir. Digər ixtisarlar isə adi qaydada verilmişdir.)

Bundan başqa, ayrı-ayrı şəkilçilərin inkişafı nəzərdən keçirilərkən M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, İ.Məlikzadə, Y.Səmədoğlu, M.Cəlal, İ.Şıxlı, B.Vahabzadə və s. kimi şair və yazıçıların yaradıcılığına bu və ya digər dərəcədə müraciət edilmiş, eləcə də “Azərbaycan dilinin dialekt və şivələri” lüğətinin materiallarına da istinad olunmuşdur.

Dissertasiya qeyri-məhsuldar şəkilçilərlə əlaqədar Azərbaycan dilçiliyini yeni nəzəri müddəalarla zənginləşdirməkdədir.




Yüklə 349,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin