İxtisas: Amerikaşünaslıq Şöbə: Kurs: Qrup



Yüklə 58,7 Kb.
səhifə1/5
tarix10.01.2022
ölçüsü58,7 Kb.
#110157
  1   2   3   4   5

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fakültə: Tarix

İxtisas: Amerikaşünaslıq

Şöbə:

Kurs:

Qrup:

Tələbə:

Kafedra: Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi

Mövzu: Con Ficerald Kennedinin daxili və xarici siyasəti

Kurs işi

Kafedra müdiri:prof.M.Fətəliyev

Elmi rəhbər: Nəsimi Rzayev

Bakı-2012

Plan:

Giriş


  • I Fəsil

Con Ficerald Kennedi: XX əsrdə ABŞ-ın ilk və yeganə katolik prezidenti ……………………6 -14

  • II Fəsil

Con Ficerald Kennedinin daxili siyasətinin əvvəlki prezidentlərin yürütdüyü siyasətlərdən fərqi .......................15-21

  • III Fəsil

Con Ficerald Kennedi administrasiyasının xarici siyasətinin üstün və fərqli istiqamətləri (prioritetləri) .........................22-26

Nəticə...........................................27-28



  • Ədəbiyyat

Giriş

Bilindiyi kimi,60-cı illərin əvvəllərində ABŞ cəmiyyəti fövqəladə dərəcədə mühüm olan problemlərin təcili olaraq həll edilməsi zərurəti qarşısında qalmışdı. Hər şeydən əvvəl, F.Ruzveltin “Yeni kurs”u dövründə əsası qoyulan əhalinin sosial müdafiə sistemi lazımı səviyyədə deyildi. Bu sistem cəmiyyətin aşağı təbəqələrini əhatə etmirdi. Həmin təbəqələrin arasında irqi,etnik azlıqların nümayəndələri də var idi. İrqi ayrı-seçkiliyin bütün formalarını ləğv etmək mühüm problemlərdən birinə çevrilmişdi.Belə mürəkkəb vəzifələrin həyata keçirilməsi üçün külli miqdarda vəsait tələb olunurdu.Bu vəsaitlər ölkənin iqtisadi inkişaf səviyyəsini yüksəltməklə əldə edilə bilərdi. Potensial imkanların hərəkətə gətirilməsi və ölkənin qarşısında duran qlobal vəzifələrin həyata keçirilməsi üçün maliyyə ehtiyatları yaratmaq dövlətin funksiyalarını fəallaşdırmağı tələb edirdi.Belə şəraitdə dövlətin tənzimləyici funksiyası amerikan cəmiyyətinin daimi amilinə çevrilməli idi. Gözlənilən müvəqqəti də olsa baş verdi. Lakin dövlətin tənzimləyici qüvvəsi istər həm daxili, istərsə də xarici siyasətdə böyük uğursuzluqlara gətirib çıxardı.

Qeyd edək ki,1960-cı ildə hökümət insanların həyatında tədricən güclü bir qüvvəyə çevrilməyə başladı.Belə ki, F. Ruzveltin hakimiyyəti dövründə artıq Ağ Ev qanunvericilik təşəbbüsünə başlamış və Konqreslə yaxından əlaqə şəraitində işləməyə çalışırdı ki, yaranan Böyük Depressiyanın az da olsa qarşısını ala bilsin və maksimum dərəcədə azaltsın . Məhz bu sahədə görülən ilkin tədbirlərdən biri federal xərclərin artırılması sahəsində baş verdi .Federal xərclər 1929-cu ildə 3,1 milyard dollar idisə,1953-cü ildə 75 milyard dollara qədər artdı və 1960-cı illərdə 150 milyard dollardan çox oldu .1 Federal hökümətdə isə işləyən mülki işçilərin sayı 1 milyondan II Dünya Müharibəsi dövründə

3,8 milyona çatmış, sonra isə sabitləşərək ,1950-ci illərin son rübündə isə 2,5 milyon oldu. Bütün bu qəbildən keçirilən tədbirlər belə yaranan gərgin siyasi-iqtisadi ve sosial vəziyyətin qarşısını almağa yetmirdi.Əlbəttə ki,amerikalıların əksər hissəsi hökümətin rolunun genişlənməsi məsələsini qəbul edirdi, lakin az sonra bu genişlənmənin nə qədər davam edəcəyi barədə narazılıqlar baş qaldırdı. Duayt Eyzenhauerin hakimiyyətinin son dövrlərinin sakit axarla keçməsi və son 10 il ərzində əldə edilən iqtisadi-siyasi nailiyyətlərin öz qüvvəsini yavaş-yavaş itirməsi artıq amerikalıları narahat etmiyə bilməzdi. Nəticə etibari ilə, Amerikalıların narazılıqları keçiriləcək olan prezident seçkilərində öz həllini tapmalı idi və bu səbəbdən də 1960-cı il seçkiləri öz qızğınlığı ilə ABŞ tarixində iz qoydu.

Həmin ilin prezident seçkiləri kampaniyasında həm amerikalıları narahat edən həm də Federal hökümətin artıq həll etməkdə çətinlik çəkdiyi problemlər diqqət mərkəzində idi. 1960-cı il prezident seçkilərində Demokratlar partiyasdan olan namizəd C.F.Kennedi, respublikaçılar partiyasından isə Riçard Nikson mübarizə aparırdı.Hər iki partiyanın seçkiqabağı kampaniyası irəli sürülən və vəd edilən təkliflər eləcə də planlar ilə seçilirdi.Respublikaçılar partiyasının platformasında dövlətin sosial-iqtisadi fəaliyyətin fəallaşdırılması irəli sürülsə də,aparıcı rol xüsusi kapitala verilirdi.Bununla belə respublikaçılar federal xərcləri azaltmaq və fərdi təşəbbüs üçün daha geniş tədbirlərin bərpasına inam bəsləyirdilər. Demokratlar isə özlərinin seçkiqabağı platformalarında iqtisadi artımın dövlət tərəfindən stimullaşdırılmasının zəruriliyi tezisini irəli sürürdülər.Onlar həm də xarici siyasətdə baş verən “passivlik”də belə höküməti günahlandırmaqdan çəkinmirdilər.

Nəhayət,1960-cı il noyabr ayının 8-də keçirilən seçkinin nəticələri açıqlandı.Con Kennedi vitse-prezident,eyni zamanda Respublikaçılar partiyasından namizəd kimi irəli sürülən Riçard Nikson üzərində mütləq qələbəsini çaldı.

Ümumiyyətlə,bu işin əsas mövzusu ABŞ siyasi tarixində 35-ci prezident kimi iz buraxan Con Ficerald Kennedinin hem daxili, həm də xarici siyasətinin öyrənilməsinə həsr olunub.Qeyd etmək lazımdır ki,amerikalılar üçün “İmperator prezident” statusu daşıyan C.F.Kennedinin həyatı,onun prezidentlik fəaliyyəti öncəsi karyerasındakı uğurlar,Ağ evdə onun və administrasiyasının həyata keçirdiyi programlar,ölkəsi və eləcə də bəşəriyyətin xilası üçün atdığı addımlar və hələ də bilinməyən, müəmmalı ölümü yüksək şəkildə araşdırılmış və uğurla tədqiq edilmişdir.ABŞ-ın müasir təhsil sisteminin banilərindən biri sayılan C.Kennedi, XXI əsrdə də öz prezidentliyi dövründə həyata keçirdiyi bir sıra program (xüsusən də “Yeni Hüdudlar” ) və tədbirləri ilə gündəmdədir.ABŞ-ın Sovetlər üzərində qələbəsinin ideoloji konsepsiyasının əsasını qoyan C.Kennedinin həyat və fəaliyyəti daha çox rus tarixçiləri tərəfindən tədqiq edilmiş və qələmə alınmışdır.Ona görə də bu mövzu haqda yazılan ədəbiyatların böyük bir qismi də məhz rus dilindədir.Beləki,bu işin əsas məqsədi Amerika xalqının “Yeni nəsilə”olan keçidini sürətləndirən, “Yeni hüdudlar” programı ilə istər sosial,istərsə də iqtisadi sahədə uğurlara imza atan,və ABŞ-ın qətlə yetirilən prezidentləri sırasına daxil olan C.F.Kennedi –nin ABŞ-ın 35-ci ölkə başçısı kimi tədqiq edilməsidir.Biz də dünyada xüsusilə də,Amerika tarixində öz aktuallığı ilə seçilən amerikalıların diliylə desək, “Con Kennedi mifi ”nin araşdırılmasını təqdim edirik.

_________________



1 Vaqif Aslanov “Amerika tarixinin əsas cəhətləri” Bakı ( 1999)


Yüklə 58,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin