İXTİsas: boks kurs: 3 qrup: 159A22



Yüklə 53,51 Kb.
tarix02.05.2022
ölçüsü53,51 Kb.
#115633
ABIŞOV KAMAL-MÜTƏHƏRRİK OYUNLAR


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



AZƏRBAYCAN GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ



AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI



  • TƏLƏBƏ:ABIŞOV KAMAL

  • MÜƏLLİM:HÖKÜMƏ MƏMMƏDOVA

  • İXTİSAS:BOKS

  • KURS:3

  • QRUP:159A22

  • FƏNN:MÜTƏHƏRRİK OYUNLAR



  • I-III SİNİFLƏRDƏ KEÇİRİLƏN OYUNLAR

I-III siniflərdə, xüsusilə I-II siniflərdə bədən tərbiyəsi dərslərində mütəhərrik oyunlar mühüm yerlərdən birini tutur. Bu kiçik məktəb yaşlı uşaqlara xas olan hərəkətlərindən böyük tələbatı yerinə yetirmə vacibliyi ilə izah olunur. Uşaqlar boy atır, orqanizmin mühüm funksiya və sistemləri inkişaf edir.

Qaçış, dırmanma, müvazinət, sürünmələr, ritmik yeriş, tullanmalar kimi hərəkətləri uşaqlar oyun zamanı tez qavrayırlar. Onlar hərəkətlərə tez və asan yiyələnirlər.

Bu yaşda uşaqlarda hərəki təcrübəsi az olur, buna görə tədris ilinin əvvəlində sadə quruluşlu və elementar qaydadarla süjetli xarakterə malik oyunlar vermək məsləhətdir. Sadə oyunlardan mürəkkəb oyunlara keçərkən hər bir oyun iştirakçılarının təşəbbüs göstərməyini, onların nizam-intizamını, hərəkət koordinasiyasını təkmilləşməsinə və inkişafına tələbatı tədricən artırmaq lazımdır.

I-ci sinifdə tədris ilinin əvvəlində komandalı oyun keçirmək məsləhət deyil. Hərəki təcrübənin əldə edilməsi nəticəsində, eyni zamanda uşaqlarda kollektiv fəaliyyətli oyunlara qarşı maraq oyanmaqla yanaşı, bədən tərbiyəsi dərslərində ikilikdə yarış elementlərini (qaçışda, obruçların diyirləndirilməsində, ip üzərindən tullanma, topu diyirlətmə və s.) keçirmək olar. Gələcəkdə isə iştirakçıları bir neçə qrupa bölməklə müxtəlif sadə tapşırıqlarla estafet tipli yarışlar da keçirmək olar.

I-III siniflərdə bir çox oyunların keçirilməsi üçün inventar və vəsaitlər lazımdır. Görmə reseptorları zəif olan uşaqlarda diqqətləri cəmləşmiş halda olmur. Onlar üçün inventarlar hazırlayarkən rəngarəng olmalıdır ki, onları yaxşı görə bilsinlər.

İnventarların uşaqların fiziki imkanlarına müvafiq olması mühüm şərtlərdən biridir. O, yüngül, həllinə görə rahat olmalıdır. Belə ki, içərisi doldurulmuş 1 kq-lıq top yalnız diyirlətmə üçün istifadə oluna bilər. Belə topdan atmalar üçün istifadə etmək olmaz, 7-9 yaşlı uşaqlar topla keçirilən oyunda içərisi doldurulmuş topdan yox, voleybol topundan istifadə edilməlidir. I-III siniflərdə oyunların keçirilməsi üçün yaxşı olar ki, aşağıdakı inventarlardan istifadə olunsun: müxtəlif rəngli, çox da böyük olmayan bayraqcıqlar, 40 kiçik toplar, 4 böyük toplar (voleybol tipli toplar), 4 obruç, 40 qısa iplər, 2 uzun ip, içərisi torpaqla doldurulmuş 6 kisəciklər, kağızdan düzəldilmiş 6-8 silindrvari papaq və gözləri bağlamaq üçün 6-8 sarğı.

Kiçik məktəb yaşlı uşaqlara oyunları izah edərkən izahat qısa olmalıdır, çünki uşaqlar fəaliyyətlərin izahatını tez qavramasına çalışır. Çox vaxt uşaqlar izahata sonadək qulaq asmadıqları halda oyunda bu nağıl formasında izah olunan süjetli oyunları uşaqlar böyük maraqla qavrayır və oyunda rolları yaradıcı surətdə yerinə yetirir, təsəvvürün tərbiyələnməsinə imkan verir. Belə danışıqla izahat vermə alınan fiziki yükdən sonra istirahət etmək və ya uşaqlar diqqətsiz olduqda oyunu yaxşı qavramaq üçün məsləhətdir.

I-III sinif şagirdləri həddindən artıq fəaldırlar. Onlar öz imkanlarını nəzərə almadan aparıcı olmaq istəyirlər. Buna görə bu siniflərdə qabiliyyətinə müvafiq və ya şərtlənmiş saya qədər sayandan sonra aparıcı seçilir. Oyunçulardan biri hər hansı bir rəqəm deyir (məsələn, 30), müəllm, qarşısında duran oyunçuları ardıcıl sayır və deyilən rəqəm hansı şagirddə qurtarırsa, deməli, aparıcı həmin şagird olur.

Ola bilər ki, bundan əvvəlki oyunda qalib gələn şagirdi aparıcı təyin etsinlər, mükaıfatlandırmaq məqsədilə bundan əvvəlki oyunda tapşırığı digərlərinə nisbətən daha yaxşı icra etdiyinə görə, qaçarkən heç kim onu tuta bilmədiyinə görə, oyunda ən yaxşı mövqedə qalib gəldiyinə görə və s. aparıcı vəzifəsini həmin şagirdə tapşırılır. Aparıcının seçilməsi uşaqlarda özünün və komanda yoldaşının qüvvəsini düzgün qiymətləndirməsi qabiliyyətini inkişaf etdirir.

Yaxşı olar ki, aparıcı tez-tez dəyişilsin. Bu ona görə edilməlidir ki, fəallıqla hər bir şagirdin tələbatı yerinə yetirilsin, tapşırılan bölməyə cavabdehliyi tərbiyələndirsin və elementar təşkilatçılıq bacarığı inkişaf etsin.

Əyləndirici (tormozlandırıcı) funksiyasının tərbiyələnməsi üçün oyunda verilən siqnalların böyük əhəmiyyəti varır. I-III sinif şagirdlərinə əsas etibarilə söz siqnalı vermək məsləhətdir, belə siqnal bu yaşda hələ təkmilləşməmiş ikinci siqnal sisteminin inkişafına kömək edər. Uşaqlar oyun fəaliyyəti üçün verilən resitativ (danışıq) siqnalı çox xoşlayırlar. Xorla qafiyəli sözün axırına hazırlaşmağa imkan verir. 7-9 yaşlı uşaqların oyunlarında verilən siqnallar fitlə verilən qsa siqnala nisbətən daha effektlidir. Fitlə verilən cəld siqnal uşaqlarda tormozlama yaradır və oyun gedişatında muvafiq fəaliyyətə olan reaksiya azalır (az olur).

Uşaqlarda böyük mütəhərriklik və iradi keyfiyyətlərin zəif inkişaf etməsini nəzərə alaraq buraxılan səhvlərə görə oyundan çıxarmaq məsləhət deyil. Oyundan çıxarılan şagird nizam-intizamı pozur və lazımi fiziki yükü almır. Əcər oyunun məzmununa görə uduzan oyunçu müvəqqəti oyundan çıxarılıbsa, çıxarılan oyunçu üçün müəyyən bir yer ayrılmalı, bu zaman həmin yer meydançadan çox uzaqda olmalı, şagird oyundan uzun müddətə çıxarılmamalıdır.

Oyunda nizam-intizamı pozan, oyun qaydasına riayət etməyənlərə qarşı müəllim dözməli, yadında saxlamalıdır ki, qayda pozuntusu təcrübəsizlikdən kollektiv oyunlarda oynamaq təcrübəsi olmamasından, ümumi və fiziki inkişafın kifayət qədər olmamasından irəli gəlir.

Fiziki yük ciddi surətdə nizama salınmalı və ona məhdudiyyət qoyulmalıdır. Oyunun ümumi davamiyyəti çox da böyük olmamalıdır. Qaçışla, tullanma ilə əlaqədar oyunlarda qısa müddətli fasilələr verilməlidir. Maneələri dəf etməklə verilən oyunlar şagirdlərin qüvvəsinə müvafiq olmalıdır. Oyunun nəticələrinin elan edilməsi vaxtını uzatmaq olmaz.

Uşaqların hələ qavramadığı (qaçış, hündürlüyə və uzununa tullanma, kiçik topları atmaq) hərəkətləri oyun vaxtı təkmilləşdirməklə yanaşı birgə fəaliyyətə alışdırmaq lazımdır. I-III sinif şagirdlərin bədən tərbiyəsi dərslərində tətbiq edilən mütəhərrik oyunlarından uşaqların kollektivdə fəal və düşünülmüş nizam-intizamın tərbiyələnməsi üçün istifadə olunur: bir-birinə Mane olmadan qaçmaq; müəyyən olunmuş siqnala cəld fəaliyyət göstərmək; oyuna tez alışmaq; aparıcının nüfuzuna tabe olmaq; meydançanın hüdudunu görmək və meydançadan kənara çıxmamaq.

Tərtib olunmuş qaydalara hörmətlə yanaşmaq, dəqiq və vicdanla riayət etməyi uşaqlara öyrətmək vacibdir. Bu vəzifələr oyunların çoxsaylı təkrarı nəticəsində həll oluna bilər.

I-III siniflərdə hər bir bədən tərbiyəsi dərslərində dərsin ümumi məqsədilə əlaqədar oyunlar daxil edilir. Dərsin əsas hissəsində cəldlik və çevikliyi inkişaf etdirmək üçün çox vaxt qaçışla bağlı oyunlar (“Oktyabryatlar”, “İki şaxta”, “Canavar xəndəkdə”) verilir ki, qısa müddətli cəld qaçışdan, sıçrayışlardan, tullanmalardan sonra istirahət verilməlidir.

Ritmik yeriş və əlavə gimnastika hərəkətləri ilə verilən oyunlar uşaqlardan təşkilatçılıq, diqqət tələb edir, onlarda ümumi fiziki inkişafına imkan verən hərəkət uyğunluğu təkmilləşir. Belə oyunları yaxşı olar ki, dərsin hazırlayıcı və tamamlayıcı hissələrində keçmək məsləhətdir (“Topu qonşuya ver”, “Kim yaxşıdır”, “Qadağan edilmiş hərəkət”).

Kiçik məktəb yaşlı uşaqların məşğələlərinə müxtəlif hərəki məzmunlu komandalı oyunları geniş tətbiq edilməlidir. I və II siniflərdə sadə estafetlər, III sinifdə – rəngarəng estafetlər keçirmək olar. Estafetlərdə verilən tapşırılqlar bədən tərbiyəsi üzrə proqrama uyğun olmalıdır.

I və II siniflərdə bir sıra dərslər müxtəlif fəaliyyətli rəngarəng mütəhərrik oyunlardan təşkil oluna bilər. Oyunlardan təşkil olunmuş dərs bir sıra oyun vərdişlərinə yiyələnməyi və mütəşəkkil davranış tələb elir. Belə dərsə uşaqlara tanış olan və bir-iki yeni oyunlar daxıl edilir. Metodiki cəhətcə düzgün keçirilən dərs böyük tərbiyəvi əhəmiyyətə malik olub, lakin maarifləndirici əhəmiyyəti kifayət qədər olmur, belə ki, oyun vaxtı hər bir şagirdə vərdişlərin düzgün formalaşması gedişatına nəzarət bir qədər çətin olur.



Oyunlarla keçirilən dərslər hər yarım ilin sonunda, tətildən əvvəl keçirmək məsləhətdir (əsas etibarilə I sinifdə), çünki hər bir yarım ildə keçirilən əsas hərəkətləri şagirdlər na dərəcədə qavradığını müəyyənləşdirmək, onların oyunda təşəbbüsünü müəyyənləşdirmək vacibdir.
Yüklə 53,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin