İxtisas: Cihaz mühəndisliyi Fənn: Mikroprosessorlar və mikrokontrollerlər Mövzu



Yüklə 2,51 Mb.
səhifə1/5
tarix09.12.2023
ölçüsü2,51 Mb.
#138589
  1   2   3   4   5
lab 2


Azərbaycan Hava Yolları” QSC
Milli Aviasiya Akademiyası

Laboratoriya işi №2

Fakültə: Fizika-texnalogiya
İxtisas: Cihaz mühəndisliyi
Fənn: Mikroprosessorlar və mikrokontrollerlər
Mövzu: Triggerin köməyi ilə ardıcıllığın realizəsi
Qrup: 2521a
Tələbə: Hüseynov Orxan
Müəllim: Qurbanova Gülnar

BAKI - 2023
Triggerin köməyi ilə ardıcıllığın realizəsi

İşin məqsədi: Triggerlərlə tanışlıq. Triggerlər bazasında ar­dı­cıl sxemlərlə tanışlıq.
İstifadə olunan cihazlar və elementlər:

Nəzəriyyədən qısa məlumatlar

İкi dаyаnаqlı vəziyyətdən birində оlа bilən və giriş siqnа­lı­nın кöməyi ilə bir vəziyyətdən digərinə кеçən qurğunu triggеr аdlаndırırlаr. Triggеrin vəziyyətini çıхış siqnаlı təyin еdir. Triggеr rəqəm qurğulаrının və kompüterlərin (RQM) bаzа еlеmеntidir və оndа infоrmаsiyа «0» yа dа «1» vəziyyətində sахlаnılа bilər.


RQM sхеmlərində iкi çıхışа mаliк оlаn triggеrlərdən isti­fаdə оlunur:
1. Düz Q (çıхış 1);
2. İnvеrs Q (çıхış 2).
Triggеrin vаhid vəziyyəti Q çıхışının yüкsəк səviyyəsinə («1»), Q çıхışı isə аşаğı səviyyəyə («0») uyğun gəlir. Trig­gе­rin sıfır vəziyyəti isə Q çıхışının аşаğı səviyyəsinə («0»), Q çıхı­şının isə yüкsəк səviyyəsinə («1») uyğun gəlir.
Triggеrlər «1» və «0» vəziyyətlərini qərаrlаşdırmаq üçün R (rеsеt) və S (sеt) iкi infоrmаsiyа girişlərinə, həmçinin düz Q və invеrs Q iкi çıхışlаrınа mаliкdir. İnvеrs girişi RS triggеrin qаrşılıqlı qоşulmuş iкi VƏ-YOX məntiqi еlеmеntində qurul­muş­dur. Triggerlərin daha geniş yayılmış tipləri aşağıda­kı­lar­dır: RS-, JK-, D- və T-tipli.
RS-trigger
RS-trigger iki vəziyyətdə ola bilən yaddaşlı sadə avtomatdır. Trigger iki müəyyənedici girişə malikdir: S-in (set-müəy­yənetmə) qoyulması və sıfra gətirmə R (reset-sıfra gətirmə). Hər iki girişə xarici mənbələrdən giriş siqnalları verilir. Müəy­yən­edici girişə aktiv məntiqi səviyyə verdikdə 1 vəziy­yə­tinə gəti­rilir. Sıfra gətirmə girişinə aktiv məntiqi səviyyə verdikdə trig­ger sıfr vəziyyətinə gətirilir (Q = 0, Q′ = 1). R=S=1 halında triggerin çiyinləri arasında yarışma baş verir ki, bu da çıxışların vəziyyətlərinin təsadüfi dəyişməsinə səbəb olur. Bu qeyri-müəyyənlik üzündən R=S=1 siqnalları qadağan edilir.
Bu triggerlər iki «VƏ-YOX» və ya «VƏ YA-YOX» məntiq elementlərindən yaradılır (şək.6.1).

a) b)




c)
Şək.6.1. RS-trigger: a) “VƏ-YA-YOX” elementlərində;
b) “VƏ-YOX” elementlərində; c-funksional sxem

“VƏ-YA-YOX” elementlərində yerinə yetirilən triggerlərdə idarəedici girişlərdə aktiv səviyyə məntiqi birdir, “VƏ-YOX” elementlərində isə-məntiqi sıfrdır.


RS-trigger ardıcıl sxemlərin qurulmasının əsas qovşağıdır. Triggerlərin bir vəziyyətdən digər vəziyyətə keçməsi şərtlərini cədvəl, analitik və ya qrafiki üsullarla təsvir etmək olar. “VƏ-YA-YOX” və “VƏ-YOX” elementlərində RS triggerin işinin cədvəl şəklində yazılışı müvafiq olaraq 6.1 və 6.2 cədvəl­lərində verilmişdir. Burada Qt -çıxışın əvvəlki vəziyyəti; Qt+1-keçiddən sonra qərarlaşmış yeni vəziyyət; - qeyri-müəy­yən vəziyyət.




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin