ElectronicsWorkbench paketində JK-triggerin proqram realizəsi JK-triggerin tədqiqi üçün işə hazırlıq və sxemin yığılması asinxron RS-triggerin tədqiqi üçün sxemin yığılmasına analojudur, yalnız asinxron triggeri JK-triggerlə əvəz etmək lazımdır. JK-triggerinin tədqiqi üçün sxem şəkil.6.11-də verilmişdir Alınmış nəticələrin qiymətlərini cədvəl 6.6-ya yazmalı
J=K=0 giriş siqnallarında triggerin vəziyyəti dəyişmir, belə ki, VƏ-YOX elementinin bir girişindəki aşağı səviyyəli gərginlik onun digər girişlərindən olan siqnalları ləğv edir və çıxış siqnalını yüksək səviyyədə saxlayır. Əgər J və K girişlərinə qarşılıqlı olaraq əks səviyyələr verilərsə, o zaman C girişinə gərginlik düşgüsünü verdikdə JK-triggerinin çıxışları da həmin səviyyədə qərarlaşacaqlar.
Sinxron JK triggerinin sıfıra gətirmə və onu yadda saxlama vəziyyəti
ElectronicsWorkbench paketində T-triggerin proqram realizəsi Əgər JK-triggerinin K girişini əlavə invertor vasitəsilə J girişi ilə birləşdirsək, o zaman D- triggerini almaq olar. Əgər J, K və C girişlərini birləşdirsək, o zaman T-triggerini almış olacağıq. Sonuncu hər bir giriş impulsu ilə çevriləcəkdir. T-triggerinin tədqiqi üçün sxemlər şək.6.12 və şək.6.13-də verilmişlər. Alınmış nəticələrin qiymətlərini cədvəl 6.7-yə yazmalı.
Şək.6.13. T-triggerinin tədqiqi (D-triggerindən istifadə etməklə)
Hesabat
Yoxlama sualları
Triggerin təyinatı nədən ibarətdir?
Triggerin Təyinatı: Triggerin təyinatı, bu elektronik qurğunun giriş və çıxışlarının necə davranması gerektiyini və girişdəki siqnallara görə çıxışın necə dəyişməli olduğunu açıqlayır.
2. Sinxron RS triggeri asinxron RS triggerdən nə ilə fərqlənir?