İxtisas: Dövlət və bələdiyyə idarəetməsi buraxiliş İŞİ Mövzu



Yüklə 105,07 Kb.
səhifə6/24
tarix10.01.2022
ölçüsü105,07 Kb.
#108506
1   2   3   4   5   6   7   8   9   ...   24
Şəxsi mülkiyyət- xüsusi mülkiyyətin müəyyən bir qolu kimi təzahür edir.Bütün inkişaf etmiş ölkələrdə şəxsi mülkiyyət öz təyinatına görə xüsusi mülkiyyətin bir növü hesab edilir. Çox təəssüflər olsun ki, yazılı və şifahi çıxışlarda çox vətəndaşlar şəxsi və xüsusi mülkiyyət anlayışlarını eyniləşdirirlər. Şəxsi mülkiyyət xüsusi mülkiyyətin törəməsi, onun bir növü, müəyyən mənada onun məhdud çərçivədə təzahür formalarından biri kimi nəzərdən keçirilməlidir.

Ev təsərrüfatı üçün lazım olan əşyalar, nəqliyyat vasitələri, yaşayış evi və evin içindəki mebel, xalı, xalça və başqa əmlak, pul, bağ inventarları və alətləri, istehlak şeyləri-şəxsi mülkiyyətdir. Ər və arvadın hər birinin nigaha qədər olan mülkiyyəti, habelə onların hər birinə edilən paylar, mükafatlar, bəxşlər ayrı-ayrılıqda onların hər birinin şəxsi mülkiyyəti hesab edilir. Ailənin birgə qazancı habelə şəxsi həyətyanı təsərrüfatdan olan gəlirləri ailənin şəxsi mülkiyyətidir.

Deməli həyətyanı təsərrüfat və onun aparılması üçün lazım olan xırda alətlər, həyətyanı təsərrüfatdan götürülən məhsul şəxsi mülkiyyətdir, onun mənbəyi şəxsi yardımçı təsərrüfatda istehsalçının özünün sərf etdiyi əməkdir. Bu mülkiyyətin bütün obyektlərinin sahibliyi, istifadəsi, sərəncamlığı yalnız həmin şəxsə (onun ailəsinə) mənsubdur.

Fərdi mülkiyyət- xüsusi mülkiyyətin mühüm qollarından biridir. Şəxsi mülkiyyətə nisbətən fərdi mülkiyyətdə istehsal vasitələrinə sahib olma və fərdi təsərrüfatçılıq dairəsi daha genişdir. Fərdi təsərrüfatçılıq öz müxtəlif formaları ilə iqtisadiyyatda mühüm rol oynayır. Bu formalardan biri də xırda istehsal sahibkarlığıdır ki, bu da xırda əmtəə istehsalı ilə səciyyələnən mülkiyyət forması xarakteri alır. Bunlar öz fərdi mülkiyyətlərindən istifadə edərək həyətyanı əmtəə istehsalı, sənətkarlıqla, xidmət işləri görməklə məşğul olurlar. Fərdi mülkiyyətçilər əsasən öz ailə əməklərinə arxalanırlar.

Vətəndaşların fərdi mülkiyyətində yaşayış evləri, bağ və bağ evi, pul əmanətləri, və sair olur; fərdlər öz ehtiyaclarını ödəmək üçün məhsul istehsal edən və özünə xidməti təşkil edən və az çox satışa əmtəə çıxaran iqtisadi vahid kimi mövcud olur. Xüsusi mülkiyyətin bir qolu hesab edilən ev təsərrüfatı da fərdi mülkiyyətin tərkibində ola bilər. Bundan əlavə fərdi mülkiyyətdə şəxsi istehlak əşyaları, yardımçı təsərrüfatı idarə etmək, bağçılıq, tərəvəzçilik, gülçülük, arıçılıq, bostançılıq, fərdi və digər təsərrüfat fəaliyyəti üçün istehsal vasitələri və istehsal təyinatlı binalar və başqa əmlak ola bilər.

Vətəndaşların fərdi mülkiyyəti kəndli təsərrüfatlarında mühüm yer tutur. Kəndli təsərrüfatının mülkiyyətində yaşayış evləri, təsərrüfat tikililəri, torpaq və torpaq sahəsindəki bitgilər, məhsuldar və iş heyvanları, müxtəlif növ quşlar, kənd təsərrüfatı texnikası və inventarı, nəqliyyat vasitələri vəkənd təsərrüfatı ilə müstəqil məşğul olmaq, məhsulu emal etmək və satmaq üçün zəruri digər əmlak ola bilər.

Göründüyü kimi fərdi mülkiyyət xüsusi mülkiyyətin çoxmühüm qollarından biridir. Bu mülkiyyətin bütün obyektlərinin sahibliyi, istifadəsi, sərəncamlığı yalnız həmin fərdi şəxsə (onun ailəsinə) mənsubdur. Bu mülkiyyət formasına aid olan təsərrüfatlar hüquqi şəxs deyil, fiziki şəxs kimi fəaliyyət göstərirlər.



Yüklə 105,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin